Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

NEOXIZIN 2MG 200ML SRP

Məhsul Kodu : 111-18798
Reseptlə satılır
İstehsalçı ölkə: Polsa
11,70 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

NEOKSİZİN, 2 mq /ml şərbət

NEOKSİZİN tərkibi

Təsiredici maddə: 1 ml şərbətin tərkibində 2 mq hidroksizin hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

- Preparat böyüklərdə həyəcanın müalicəsində təyin edilir. - Böyüklərdə və uşaqlarda atopik və kontakt dermatit və kəskin və xroniki övrə ilə bağlı qaşınma, o cümlədən, xolinergik və fiziki növləri.

Əks göstərişlər

Porfiriya, hamiləlik və laktasiya dövrü. Hidroksizinə, setirizinə və digər piperazin törəmələrinə, aminofillinə və etilendiaminə və ya köməkçi maddələrə qarşı yüksək həssaslıq. Anadangəlmə və ya qazanılmış QT intervalının uzanması, QT intervalının uzanması riski olan pasiyentlər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparatla müalicə zəruridirsə o zaman müalicə ciddi həkim nəzarəti altında aparılmalıdır. Laktasiya zamanı preparat qəbul edilməmlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Neoksizin qəbul etdikdə, nəqliyyat vasitələrinin və təhlükəli mexanizmlərin idarəetmə qabiliyyətində potensial riskin olunması haqqında xəbərdar edilməlidirlər Neoksizin hər bir psixoaktiv dərman düşünmə bacaraqlarına və ya bacarıqlarının pozulmasına gətirib çıxara bilər.

NEOKSİZİN istifadə qaydası və dozası

Preparatı ən minimal effektiv dozada və olduqca qısa müddət ərzində istifadə etmək lazımdır. Böyüklər və bədən çəkisi 40 kq-dan artıq uşaqlarda maksimal sutkalıq doza 100 mq-dır. Həyəcan: böyüklər-50-100 mq/gün bir neçə qəbula bölünmüş. Allergik xəstəliklər və dermatozlar zamanı qaşınmanın qarşısını almaq üçün: Böyüklərə 25 mq 1 dəfə axşam, ehtiyac olarsa sutkada 3-4 dəfə təyin edilə bilər.

12 aylıqdan yuxarı uşaqlar üçün sutkalıq doza 1 mq/kq (orta doza 5-15 mq) bir neçə qəbula bölünməklə təyin olunur. Bədən çəkisi 40 kq-a qədər olan uşaqlarda maksimal sutkalıq doza 2 ml/kq/gün təşkil edir. Sutkalıq dozanı bir neçə qəbula bölmək lazımdır. 12 aylıqdan kiçik uşaqlarda istifadə edilməsi məsləhət görülmür.

Yaşlılar Yaşlılar üçün gündəlik maksimal doza 50 mq/gün təşkil edir. Qaraciyər çatışmazlığı zamanı gündəlik dozanı 33% azaltmaq lazımdır. Ağır qaraciyər çatışmazlığı zamanı preparatın istifadəsindən çəkinmək lazımdır. Böyrək funksiyası orta və ağır dərəcəli pozuntusu olan pasiyentlərdə dozanı 50% azaltmaq lazımdır.

Prepared by  T-Soft E-Commerce.