Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq, 100 mq və ya 200 mq sulpirid vardır.
Antideprssantlara qarşı rezistent olan psixotik depressiyanın və depressiyanın ağır formalarının müalicəsi. Standart müalicəyə reaksiya olmadığı hallarda vertiqonun müalicəsi. Kəskin və xroniki psixoz.
Tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq halları olduqda preparatın istifadəsi əks göstərişdir. Sulpirid feoxromositoma. Kəskin porfiriya və prolaktindən asılı şişlər zamanı (hipofiz prolaktinoması və süd vəzisinin xərçəngi) təyin edilməməlidir. Levodopa ilə və ya parkinsonizməleyhinə preparatlarla (o cümlədən, ropinirolla) eyni zamanda istifadə etmək olmaz.
18 yaşa qədər uşaqlar.
Hamiləlik dövründə preparatın istifadəsi barədə klinik məlumatlar olduqca məhduddur. Hamiləlik zamanı preparatın istifadəsinin təhlükəsizliyi sübut ediməyib. Məhdud təcrübəni nəzərə alaraq, hamiləlik dövründə və kontrasepsiyadan istifadə etməyən uşaq həyata gətirmək potensialı olan qadınlarda fayda riskdən üstün olduğu hallar istisna olmaqla, preparatdan istifadə etmək tövsiyə olunmur. Hamiləlik zamanı neyroleptiklərlə müalicə alan qadınların uşaqlarında ekstrapiramid sindrom və/və ya ləğvetmə simptomu meydana çıxa bilər.
Doğuşdan sonra müəyyən müddət ərzində sulpirid qəbul edən anaların uşaqlarının nevroloji statusunu nəzarət altında saxlamaq məsləhətdir. Sulpirid ana südünə nüfuz edə bildiyi üçün laktasiya dövründə preparatla müalicə dayandırılmalıdır.
Sürücülər və potensial təhlükəli mexanizmlərdə çalışan şəxslər nəzərə almalıdırlar ki, preparatın qəbulu yuxugətirici effektin yaranmasına səbəb ola bilər.
Böyüklər Somatik vəziyyətlə əlaqədar olan nevrotik psixofunksional və psixoaffektiv pozğunluqlar zamanı dozalanma aşağıdakı kimi olmalıdır: böyüklər – 100-200 mq/sut; Kəskin və xroniki psixozlar zamanı doza simptomlar əsasında müəyyənləşdirilir: neqativ – 200-600 mq/sut, pozitiv – 800-1600 mq/sut. Kəskin simptomlar zamanı müalicə ilk əvvəl preparatın ə/d yeridilməsi ilə başlanılır və daha sonra peroral qəbula keçmək olar. Yaşlı pasiyentlər Böyüklər üçün nəzərdə tutulan dozanın yarısı. Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlər Böyrək çatışmazlığı zamanı dozanı, kreatinin klirensinə müvafiq seçmək lazımdır.
- kreatinin klirensi 30-60 ml/dəqiqədə olduqda, adi sutkalıq dozanın 50 %-ni istifadə etmək lazımdır; - kreatinin klirensi 10-30 ml/dəqiqədə olduqda, adi sutkalıq dozanın 30 %-ni istifadə etmək lazımdır; - kreatinin klirensi < 10 ml/dəqiqədə olduqda, adi sutkalıq dozanın 20 %-ə qədərini istifadə etmək lazımdır.