Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ampulda 100 mq (2 ml) və ya 250 mq (5 ml) etilmetilhidroksipiridin suksinat vardır.
Neyroteks® böyüklərdə istifadə olunur: -Kəskin beyin qan dövranı pozğunluqları (kompleks müalicənin tərkibində) -Kəllə-beyin travmaları, kəllə-beyin travmalarının nəticələri -Dissirkulyator ensefalopatiya -Vegetativ (neyrodissirkulyator) distoniya sindromu -Ateroskleroz mənşəli yüngül koqnitiv pozğunluqlar -Nevroz və nevrozabənzər hallarda həyəcan pozğunluqları -Kəskin miokard infarktı zamanı (ilk sutkalardan) kompleks müalicənin tərkibində -İlkin açıqbucaqlı qlaukomanın müxtəlif mərhələləri (kompleks müalicənin tərkibində) -Nevrozabənzər və vegetativ -damar pozğunluqları üstünlük təşkil edən alkoqolizm zamanı abs tinent sindromun aradan qaldırılması üçün -Antipsixotik dərman vasitələrilə kəskin intoksikasiya -Qarın boşluğunun kəskin irinli -iltihabi xəstəlikləri (kəskin nekrotik pankreatit, peritonit) zamanı kompleks müalicənin tərkibində
Preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq. Kəskin böyrək çatışmazlığı. Kəskin qaraciyər çatışmazlığı. Hamiləlik və laktasiya dövrü.
Uşaqlarda istifadəsi.
Əks göstərişdir.
Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olarkən ehtiyatlı olmaq lazımdır.
Əzələdaxili (ə/d) və ya venadaxili (v/d) (şırnaq və ya damcı üsulu ilə). İnfuziyon yeridilməsi zamanı preparatı 0,9%-li natrium xlorid məhlulunda həll etmək lazımdır. Şırnaq üsulu ilə Neyroteks® 5-7 dəqiqə ərzində yavaş yerid ilir, damcı üsulu ilə dəqiqədə 40 -60 damcı yeridilir. Maksimal sutkalıq doza 1200 mq-dan yuxarı olmamalıdır.
Beyin qan dövranının kəskin pozğunluqlarında Neyroteks ® kompleks müalicədə ilk 10-14 gün ərzində 200-500 mq sutkada 2 -4 dəfə v/d damcı şəklində, daha sonra isə 2 həftə ərzində 200 -250 mq sutkada 2-3 dəfə ə/d istifadə olunur. Kəllə-beyin travmaları və kəllə -beyin travmalarının nəticələrinin müalicəsi: Neyroteks ® 10-15 gün ərzində v/d damcı şəklində 200-500 mq sutkada 2-4 dəfə istifadə olunur. Dekompensasiya fazasında dissirkulyator ensefalopatiya: Neyroteks® v/d şırnaq şəklində və ya damcı ilə 200-500 mq dozada sutkada 1-2 dəfə 14 gün ərzində istifadə olunur. Sonra növbəti 2 həftə ərzində 100-250 mq/sutka dozada ə/d yeridilir.
Dissirkulyator ensefalopatiyanın kurs profilaktikası: Neyroteks® 200-250 mq sutkada 2 dəfə 10-14 gün ərzində ə/d istifadə olunur. Neyrosirkulyator distoniya, nevroz və nevrozabənzər vəziyyətlər: sutkada 50-400 mq 14 gün ərzində ə/d yeridilir. Yaşlı pasiyentlərdə yüngül koqnitiv pozğunluqlar və həyəcan pozğunluqları: sutkada 100-300 mq 14 - 30 gün ərzində ə/d yeridilir. Kəskin infarkt zamanı kompleks müalicədə: Neyroteks ® miokard infarktının ənənəvi müalicəsi (nitratlar, β-adrenoblokatorlar, angiotenzin -çevirici ferment (AÇF) inhibitorları, trombolitiklər, antikoaqulyant və antiaqreqant preparatlar, o cümlədən göstərişə uyğun simptomatik vasitələr daxil olmaqla) fonunda v/d və ya ə/d 14 gün ərzində yeridilir.
İlk 5 sutka maksimal effekt əldə etmək üçün Neyroteks ® v/d yeridilir, sonrakı 9 gün ərzində preparatı ə/d yeritmək olar. Preparatın v/d yeridilməs i 30-90 dəqiqə ərzində yavaş (əlavə təsirlərdən qaçınmaq üçün) damcı infuziyası (100-150 ml 0,9% -li natrium xlorid məhlulu və ya 5% -li dekstroza (qlükoza) məhlulunda) şəklində həyata keçirilir, ehtiyac olarsa yeridilmə müddəti 5 dəqiqədən az olmamaq şərti ilə preparatı v/d şırnaq üsulu istifadə etmək olar. Preparat 8 saatdan 1 olmaqla sutkada 3 dəfə yeridilir (v/d və ya ə/d). Sutkalıq doza 6 -9 mq/kq bədən çəkisi, birdəfəlik doza isə 2 -3 mq/kq bədən çəkisi təşkil edir.
Maksimal sutkalıq doza 800 mq -dan, birdəfəlik doza 250 mq-dan yüksək olmamalıdır. Müxtəlif mərhələlərdə açıqbucaqlı qlaukoma zamanı kompleks müalicənin tərkibində: Neyroteks® 100-300 mq/sutka dozada, gündə 1-3 dəfə 14 gün ərzində ə/d yeridilir. Alkoqol abstinent sindromda: Neyroteks ® 200-500 mq sutkada 2 -3 dəfə ə/d və ya v/d damcı üsulu ilə 5-7 gün ərzində yeridilir. Antipsixotik dərman vasitələri ilə kəskin intoksikasiyalar: preparat 200-500 mq/sutka dozada 7-14 gün ərzində v/d yeridilir.
Qarın boşluğunun kəskin irinli -iltihabi prosesləri zamanı (kəskin nekrotik pankreatit, peritonit): Neyroteks® əməliyyat öncəsi, həmçinin əm əliyyatdan sonra ilk sutkalarda istifadə olunur. Yeridilən dozalar xəstəliyin formasından və ağırlığından, prosesin yayılmasından, klinik gedişatın variantından asılıdır. Preparatın dayandırılması yalnız davamlı müsbət klinik -laborator effektdən sonra tədricən həyata keçirilməlidir. Kəskin ödemli (interstisial) pankreatit: Neyroteks® gündə 3 dəfə 200 -500 mq təyin olunur, v/d damcı üsulu ilə (0,9%-li natrium xlorid məhlulunda) və ə/d yeridilir.
Yüngül dərəcəli nekrotik pankreatit: 100 -200 mq sutkada 3 dəfə damcı üsulu ilə (0,9% -li natrium xlorid məhlulunda) və ə/d. Orta ağırlıqlı nekrotik pankreatit: 200 mq sutkada 3 dəfə, v/d damcı üsulu ilə (0,9%-li natrium xlorid məhlulunda). Ağır nekrotik pankreatit: ilk sutkalar perfuzor ilə 800 mq (2 dəfə yeridilmə rejimində), daha sonra 200-500 mq gündə 2 dəfə, sutkalıq doza tədricən endirilir. Çox ağır gedişli nekrotik pankreatit: pankreatogen şok əlamətlərinin davamlı məhdudlaşdırılmasına qədər başlanğıc 800 mq/sutka dozada istifadə olunur, vəziyyət stabilləşəndə 300-500 mq sutkada 2 dəfə v/d damcı üsulu ilə yeridilir (0,9% natrium xlorid məhlulunda), sutkalıq doza tədricən endirilir.