Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 q aerozolun (nitroqliserinin 1% spirtli məhlulu) tərkibində 8 mq nitroqliserin vardır. Hər püskürtmə zamanı 0,4 mq (400 mkq) nitroqliserin yeridilir.
˗ Stenokardiya tutmalarının aradan qaldırılması; ˗ stenokardiya tutmalarının profilaktikası, o cümlədən, təcrübədə stenokardiya tutmalarına səbəb olan fiziki və ya zehni yüklənmədən əvvəl istifadə; ˗ sol mədəciyin kəskin çatışmazlığı (ürək astması) zamanı köməkçi terapiya; ˗ kəskin miokard infarktı zamanı dolma təzyiqinin azaldılması; ˗ koronaroqrafiya zamanı koronar arteriyaların spazmının profilaktikası.
˗ Təsiredici maddəyə və ya “Tərkibi” bölməsində sadalanan hər hansı köməkçi maddələrə qarşı yüksək həssaslıq; ˗ aşağı dolma təzyiqi ilə kəskin miokard infarktı; ˗ aşağı dolma təzyiqi ilə sol mədəciyin çatışmazlığı; ˗ hipertrofik obstruktiv kardiomiopatiyanın səbəb olduğu stenokardiya, çünki bu vəziyyət qanın atılmasına mane ola bilər; ˗ birincili ağciyər hipertenziyası (çünki kifayət qədər ventilyasiya olmayan alveolyar zonaların hiperemiyası hipoksiyaya səbəb ola bilər). Bu risk xüsusilə ürəyin işemik xəstəliyi olan pasiyentlərdə yüksəkdir. ˗ nitroqliserin fosfodiesteraza-5 inhibitorlarını (sildenafil, vardenafil, tadalafil) istifadə edən pasiyentlərdə əks göstərişdir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə baxın); ˗ kəllədaxili təzyiqin mümkün ola bilən yüksəlməsi ilə müşayiət olunan istənilən vəziyyət (məsələn, beyindaxili qansızma və ya kəllə-beyin travması); ˗ nitratların və həll olunan quanilat-siklaza stimulyatoru riosiquatın eyni zamanda istifadəsi əks göstərişdir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə baxın).
Hamiləlik Heyvanlar üzərində aparılan təcrübələr preparatın hamiləliyə, embrion/dölün inkişafına, doğuşa və ya doğuşdan sonrakı inkişafa heç bir mənfi təsirini aşkar etməmişdir. Lakin bu nəticələrin insanlarda əhəmiyyəti məlum deyil. Hamiləlik dövründə nitroqliserinin istifadəsi yalnız ana üçün gözlənilən fayda döl üçün mümkün riskdən üstün olduqda mümkündür. Laktasiya dövrü Nitroqliserinin insan ana südü ilə xaric olub-olmadığı məlum deyil.
Laktasiya zamanı körpə üçün mümkün riski istisna etmək olmaz. Ana südü ilə qidalanmanın uşaq üçün faydasının və preparatla müalicənin ana üçün faydasının hərtərəfli müqayisəsi əsasında ana südü ilə qidalandırmanın dayandırılması və ya nitroqliserinin istifadəsinin dayandırılması barədə qərar qəbul edilməlidir. Fertillik Heyvanlar üzərində aparılan təcrübələr reproduktiv sisteminə mənfi təsirini aşkar etməmişdir. Lakin bu nəticələrin insanlarda əhəmiyyəti məlum deyil (“Klinikaya qədər təhlükəsizlik tədqiqatları” bölməsinə baxın).
Nitroqliserinin istifadəsindən sonra başgicəllənmə və ya bayılma barədə məlumatlar vardır və bu səbəbdən qəza riski olan fəaliyyət növlərilə məşğul olduqda ehtiyatlı olmaq lazımdır. Müalicənin başlanğıcında pasiyentlərə nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək tövsiyə olunmur. Gələcəkdə məhdudiyyətlərin dərəcəsi fərdi olaraq müəyyən edilir.
Dozalanma rejimi Böyüklər Stenokardiyanın kəskin tutmasının aradan qaldırılması Stenokardiyanın tutmasının başlanğıcında dilin altına bir doza (1 doza - 400 mikroqram) püskürtmək lazımdır. Simptomlar davam etdikdə, dozalanma 5 dəqiqəlik fasilələrlə cəmi üç aerozol dozasından (klapanın üzərinə basmaq) çox olmamaq şərti ilə təkrarlana bilər. Aerozolun üç dozasının təkrar istifadəsindən sonra simptomlar yox olmadıqda, pasiyent dərhal həkimə müraciət etməlidir. Simptomatik hipotenziyanın inkişaf riski səbəbindən preparatı oturmuş vəziyyətdə istifadə etmək tövsiyə olunur.
Stenokardiyanın profilaktikası Yüklənmə zamanı və ya stenokardiyaya səbəb olan digər vəziyyətlərdə stenokardiyanın profilaktikası üçün fiziki yüklənmədən dərhal əvvəl aerozolun bir dozasını (400 mkq) dilin altına püskürtmək tövsiyə olunur. Kəskin kardiogen ağciyər ödeminin müalicəsi Hipotenziya olmadan kəskin kardiogen ağciyər ödemi olan pasiyentlərin müalicəsi üçün (sistolik qan təzyiqi 100 mm c.süt.-dan çox) dilin altına bir dozanın (0,4 mq nitroqliserin) püskürtməsi tövsiyə olunur. Effekt kifayət qədər olmadıqda, arterial təzyiqin nəzarəti daxil olmaqla, pasiyentin klinik vəziyyətinin ciddi nəzarəti ilə eyni doza 5-10 dəqiqəlik fasilələrlə təkrarlana bilər. Pasiyentin ehtiyacına və preparata klinik cavabına uyğun olaraq, sonradan pasiyentlər venadaxili formaya və ya başqa damargenişləndirici preparata keçirilə bilərlər.
Kəskin miokard infarktı zamanı dolma təzyiqinin azaldılması Tövsiyə olunan doza arterial təzyiqin nəzarəti altında (sistolik təzyiq 100 mm c.süt.-dan yuxarı olmalıdır) 0,4 -1,2 mq (1-3 doza yeridilir) təşkil edir. Koronaroqrafiyadan əvvəl: Profilaktika məqsədi ilə koronaroqrafiyadan əvvəl 1-2 dozanın (0,4-0,8 mq) yeridilməsi tövsiyə olunur. Xüsusi pasiyent qrupları Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə nitratların istifadəsi zamanı hipotenziya və bayılma baş verə bilər. Pasiyentlərə sublinqval nitroqliserinin mümkün olduqda, oturaq vəziyyətdə istifadəsi tövsiyə edilməlidir.
18 yaşdan kiçik uşaqlar və yeniyetmələr Bu günə qədər uşaqlarda və yeniyetmələrdə nitroqliserinin istifadəsi ilə bağlı heç bir məlumat yoxdur. Nitroqliserinin 18 yaşdan kiçik uşaqlarda və yeniyetmələrdə istifadəsi tövsiyə edilmir. İstifadə qaydası Dilaltı istifadə üçün məhlul, püskürdücü başcığı və qoruyucu qapağı olan dozalandırıcı nasosla təchiz olunmuş plastik və ya alüminium sprey balonlarında buraxılır. Plastik silindr ilk açılış nəzarəti olan qoruyucu halqa ilə təchiz edilmişdir (bax.
Şəkil 1-2). Şəkil 1. – Birinci nəzarətə malik qoruyucu halqanın qapaqdan çıxarılması Şəkil 2. - Qoruyucu qapağın çıxarılması: qoruyucu halqa çıxarıldıqdan sonra balonu bir əldə tutaraq, digər əllə qoruyucu qapağı plastik balondan asanlıqla çıxarmaq olar.
Preparatın alüminium balonda istifadəsi zamanı, qoruyucu qapağı asanlıqla çıxarmaq olar (bax. Şəkil 3). Şəkil 3. – Birinci nəzarətə malik qoruyucu halqası olmayan alüminium balondan qoruyucu qapağın çıxarılması İlk istifadədən əvvəl dozalandırıcı klapanını maye ilə doldurmaq lazımdır.
Bunu etmək üçün qoruyucu qapağı çıxarmaq və klapanın deşiyini havaya istiqamətləndirməklə, aerozol əmələ gələnədək klapana basmaq lazımdır. Cihaz uzun müddət istifadə edilmədikdə, doldurma prosedurunu təkrarlamaq tələb oluna bilər. İstifadədən əvvəl balonu silkələməyə ehtiyac yoxdur. Dozalandırıcı klapanının yuxarıda olmağı üçün balonu şaquli saxlamaq lazımdır.
Püskürdücü klapanın deşiyini ağıza imkan daxilində yaxın tutmaq və aerozolu dilin altına püskürtmək lazımdır. Püskürtmədən dərhal sonra ağızı bağlamaq lazımdır. Aerozolla nəfəs almaq olmaz və bu səbəbdən püskürtmə zamanı nəfəsi saxlamaq lazımdır. Pasiyentlərə göstərilməlidir ki, dozalandırıcı klapanın deşiyini əllə yoxlamaqla tapmaq asandır, çünki bu, preparatdan gecələr istifadə etməyə imkan verir.
Aerozoldan oturmuş vəziyyətdə istifadə etmək tövsiyə olunur.