Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: 1 tabletin tərkibində 2,5 mq perindopril arginin və 0,625 mq indapamid vardır. Köməkçi maddələr: laktoza monohidrat, maqnezium stearat (E470B), maltodekstrin, susuz kolloidal silisium dioksid (E551), natrium nişasta qlikolyatı (A növü); Örtük: qliserin (E422), hipromelloza (E464), makroqol 6000, maqnezium stearat (E470B), titanium dioksid (E171).
İstifadəsinə göstərişlər:
Essensial hipertenziya. Arterial hipertenziya və şəkərli diabet (II tip) xəstələrdə: mikroangiopatiya (böyrək mənşəli) və ürək-damar xəstəliklərinin nəticəsində yaranmış makroangiopatiya riskini azaltmaq üçün.
Əks göstərişlər:
Perindoprilə, AÇF-in istənilən digər inhibitoruna, indapamidə, sulfonamidlərdən birinə və ya NOLİPREL® Arginin-in istənilən komponentinə qarşı allergiyanız varsa (bax: “Tərkibi”); − əgər öncə AÇF-in digər inhibitorlarının qəbulu zamanı və ya digər istənilən şərtlər altında Siz və ya qohumlarınızdan biri fişıltılı tənəffüs, üzün və dilin ödemi, intensiv qaşınma və çoxmiqdarlı dəri səpgisi (angioödem) nümayiş etdirmisinizsə; − əgər arterial təzyiqi aşağı salmaq üçün aliskiren tərkibli dərman preparatı qəbul edirsinizsə və eyni zamanda şəkərli diabet və ya böyrəklərin funksiya pozulması probleminiz varsa; − qaraciyərin ağır dərəcəli xəstəliyindən və ya qaraciyər ensefalopatiyasından əziyyət çəkirsinizsə (beyin degenerativ xəstəliyi); − qan təchizatı azalması nəticəsində ağır böyrək xəstəliyi (böyrək arteriyasının stenozu); − əgər Siz dializ və ya başqa hemofiltrasiya prosedurları istifadə edirsiz; − qanda kalium səviyyəsi aşağıdırsa; − müalicə olunmamış dekompensasiyalı ürək çatışmazlığına şübhə varsa (orqanizmdə ciddi dərəcədə duzların ləngiməsi, mürəkkəbləşmiş tənəffüs); − ürək çatışmazlığın müalicəsində istifadə olunan sakubitril/valsartan dərman maddələri ilə birlikdə istifadə (bax: “Digər dərman maddələri ilə qarşılıqlı təsiri”); − 18 yaşa qədər uşaqlar; − 3 aydan çox hamiləsinizsə (hamiləliyin erkən mərhələlərində də NOLIPREL® Arginin qəbul etməmək daha məqsədəuyğundur –“Hamiləlik və laktasiya” bölməsinə baxın); − laktasiya dövründə.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Əgər hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, hamilə olduğunuzu düşünürsünüzsə və ya hamiləliyi planlaşdırırsınızsa, bu preparatı qəbul etməzdən öncə həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Hamiləlik Hamiləliyə şübhəniz varsa (və ya planlaşdırırsınızsa), həkiminizi mütləq xəbərdar edin. Bir qayda olaraq həkim hamiləlikdən öncə və ya hamiləlik faktı təsdiq edilən kimi NOLİPREL® Argininin qəbulunu dayandırmağı tövsiyə edəcək və əvəzinə digər preparat təyin edəcək. Hamiləliyin ilkin dövrlərində NOLİPREL® Argininin qəbulu tövsiyə edilmir. 3 ayı keçən hamiləlikdə preparat qəbul edilməməlidir, çünki dölün sağlamlığına ciddi zərər vura bilər. Laktasiya Əgər uşaq əmizdirirsinizsə və ya planlaşdırırsınızsa həkiminizi mütləq xəbərdar edin. NOLİPREL® Arginin uşaq əmizdirən analara tövsiyə edilmir.
NOLİPREL® Arginin peroral qəbul üçün nəzərdə tutulur. Dərmanın qəbulu zamanı həkim təyinatına diqqətlə riayət edin. Preparatın Sizə nə dərəcədə faydalı olmasına şübhəniz varsa, həkiminiz və əczaçınızla məsləhətləşin. Tövsiyyə olunan doza – gündə 1 tablet. Sizdə böyrək funksiyasının pozulması qeyd olunursa, həkim bu dozanı gündə 2 tabletə qədər artıra bilər və ya qəbul rejiminə dəyişikliklər edə bilər. Dərmanı səhər, yeməkdən öncə qəbul etmək məsləhətdir. Tabletin üstündən 1 stəkan su içilməlidir. Tablet bölünə bilməz. NOLİPREL® Arginin qida və içkilərlə birlikdə qəbulu NOLİPREL® Arginini yeməkdən əvvəl qəbul etmək məsləhət görülür. NOLİPREL® Arginin preparatının qəbulunu unutduqda Preparatın müntəzəm qaydada qəbul olunması müalicənin müsbət təsiri üçün mühüm olduğundan, dərman hər gün qəbul olunmalıdır. Əgər, dərmanı qəbul etməyi unutmusunuzsa, növbəti dozanı adi vaxtında qəbul edin. Növbəti dozanın iki qatını qəbul etməyin. NOLİPREL® Arginin preparatının qəbulunu dayandırdıqda Hipotenziv müalicə ömür boyu aparıldığından, preparatın qəbulunu dayandırmazdan əvvəl müalicə həkiminizlə məsləhətləşməlisiniz. Dərmanın qəbulu barəsində hər hansı bir əlavə sual yaranarsa, müalicə həkiminizə və ya əczaçınıza müraciət edin.