Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: 1 tabletin tərkibində 5 mq perindopril arginin və 1,25 mq indapamid vardır. Köməkçi maddələr: laktoza monohidrat, maqnezium stearat (E470B), maltodekstrin, susuz kolloidal silisium dioksid (E551), natrium nişasta qlikolyatı (A növü). Örtük: qliserin (E422), hipromelloza (E464), makroqol 6000, maqnezium stearat (E470B), titanium dioksid (E171).
İstifadəsinə göstərişlər:
Essensial hipertenziya. Arterial hipertenziya və şəkərli diabet (II tip) xəstələrdə: mikroangiopatiya (böyrək mənşəli) və ürəkdamar xəstəliklərinin nəticəsində yaranmış makroangiopatiya riskini azaltmaq üçün.
Əks göstərişlər:
Perindoprilə, AÇF-in istənilən digər inhibitoruna, indapamidə, sulfonamidlərdən birinə və ya NOLİPREL® FORTE -nin istənilən komponentinə qarşı allergiyanız varsa (bax:“Tərkibi”); − əgər öncə AÇF-in digər inhibitorlarının qəbulu zamanı və ya digər istənilən şərtlər altında Siz və ya qohumlarınızdan biri fişıltılı tənəffüs, üzün və dilin ödemi, intensiv qaşınma və çoxmiqdarlı dəri səpgisi (angiödem) nümayiş etdirmisinizsə; − əgər arterial təzyiqi aşağı salmaq üçün aliskiren tərkibli dərman preparatı qəbul edirsinizsə və eyni zamanda şəkərli diabet və ya böyrəklərin funksiya pozulması probleminiz varsa; − əgər Sizdə ağır qaraciyər xəstəliyi və ya qaraciyər ensefalopatiyası (beyin degenerativ xəstəliyi); − qan təchizatı azalması nəticəsində ağır böyrək xəstəliyi (böyrək arteriyasının stenozu); − əgər Siz dializ və ya başqa hemofiltrasiya proseduraları istifadə edirsiz; ıstifadə olunan apparatından növündən asılı olaraq, NOLİPREL® FORTE-nin qəbulu Sizin üçün uyğun olmaya bilər; − əgər Sizin qanınızda kaliumun səviyyəsi çox aşağı və ya çox yuxarıdırsa; − əgər Sizdə müalicə olunmamış və dekompensasiya mərhələsində olan ürək çatışmazlığına şübhə varsa (duzların bədəndə toplanması, tənəffüsün çətinləşməsi); − əgər Siz hamiləsinizsə və hamiləliyin müddəti 3 aydan artıqdırsa (həmçinin hamiləliyin erkən dövrlərində də NOLİPREL® FORTE-nin qəbulundan çəkinmək lazımdır – bax: “Hamiləlik və südvermə dövrü”); − laktasiya dövrü; − ürək çatışmazlığın müalicəsində istifadə olunan sakubitril/valsartan dərman maddələri ilə birlikdə istifadə (bax: “Digər dərman maddələri ilə qarşılıqlı təsiri”);
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Əgər hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, hamilə olduğunuzu düşünürsünüzsə və ya hamiləliyi planlaşdırırsınızsa, bu preparatı qəbul etməzdən öncə həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Hamiləlik Hamiləliyə şübhəniz varsa (və ya planlaşdırırsınızsa), həkiminizi mütləq xəbərdar edin. Bir qayda olaraq həkim hamiləlikdən öncə və ya hamiləlik faktı təsdiq edilən kimi NOLİPREL® FORTE Argininin qəbulunu dayandırmağı tövsiyə edəcək və əvəzinə digər preparat təyin edəcək. Hamiləliyin ilkin dövrlərində NOLİPREL® FORTE Argininin qəbulu tövsiyə edilmir. 3 ayı keçən hamiləlikdə preparat qəbul edilməməlidir, çünki dölün sağlamlığına ciddi zərər vura bilər. Laktasiya Əgər uşaq əmizdirirsinizsə və ya planlaşdırırsınızsa həkiminizi mütləq xəbərdar edin. NOLİPREL® FORTE Arginin uşaq əmizdirən analara tövsiyə edilmir.
NOLİPREL® FORTE Arginin peroral qəbul üçün nəzərdə tutulur. Dərmanın qəbulu zamanı həkim təyinatına diqqətlə riayət edin. Preparatın Sizə nə dərəcədə faydalı olmasına şübhəniz varsa, həkiminiz və əczaçınızla məsləhətləşin. Tövsiyyə olunan doza – gündə 1 tablet. Dərmanı səhər, yeməkdən öncə qəbul etmək məsləhətdir. Tabletin üstündən 1 stəkan su içilməlidir. Tablet bölünə bilməz. NOLİPREL® FORTE Arginin su və qida ilə qəbulu NOLİPREL® FORTE Arginini yeməkdən əvvəl qəbul etmək məsləhət görülür. NOLİPREL® FORTE Arginin preparatının qəbulunu unutduqda Preparatın müntəzəm qaydada qəbul olunması müalicənin müsbət təsiri üçün mühüm olduğundan, dərman hər gün qəbul olunmalıdır. Əgər, dərmanı qəbul etməyi unutmusunuzsa, növbəti dozanı adi vaxtında qəbul edin. Növbəti dozanın iki qatını qəbul etməyin. NOLİPREL® FORTE Arginin preparatının qəbulunu dayandırdıqda Hipotenziv müalicə ömür boyu aparıldığından, preparatın qəbulunu dayandırmazdan əvvəl müalicə həkiminizlə məsləhətləşməlisiniz. Dərmanın qəbulu barəsində hər