Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 bağırsaqda həll olan tabletin tərkibində 22,55 mq və ya 45,10 mq natrium pantoprazol seskvihidrat (müvafiq olaraq 20 mq və 40 mq pantoprazola ekvivalent) vardır. Köməkçi maddələr: mannitol, krospovidon, natrium karbonat, susuz sorbitol, kalsium stearat. Örtük: hipromelloza, povidon, titan dioksid (Е 171), sarı dəmir oksidi (Е 172), propilenqlikol, metakrilat turşusu və etilakrilat sopolimeri (1:1), 30% dispersiya (dispersiya Eudrajit L30D, metakrilat turşusu və etilakri- lat sopolimerindən və sudan başqa emulqator kimi tərkibində natrium lauril sulfat (0,7%, dispersiyada quru maddəyə əsasən hesablanıb) və polisorbat 80 (2,3%, dispersiyada quru maddəyə əsasən hesablanıb) vardır), talk, makroqol 6000.
İstifadəsinə göstərişlər:
20 mq doza üçün Böyüklərə və yaşı 12-dən yuxarı olan yeniyetmələrə - simptomatik qastroezofaqeal reflüks xəstəliyi - reflüks-ezofaqit residivlərinin uzunmüddətli müalicəsi və profilaktikası üçün. Böyüklər - yüksək riskli və qeyri-steroid iltihabəleyhinə preparatlarla (QSİƏP) daimi müalicəyə ehtiyacı olan xəstələrdə mədənin və onikibarmaq bağırsağın QSİƏP qəbulu səbəbindən yaranmış eroziv-xoralı zədələrinin profilaktikası (bax: “Xüsusi göstərişlər”) 40 mq doza üçün Böyüklər və yaşı 12-dən yuxarı olan yeniyetmələr - reflüks-ezofaqit Böyüklər - Н.pylori ilə əlaqələndirilən xora xəstəliyindən əziyyət çəkən xəstələrdə müvafiq antibakterial müalicə ilə kombinasiyada Helicobacter pylori-nin (H.pylori) eradikasiyası - mədə və onikibarmaq bağırsağın xora xəstəliyi - Zollinger-Ellison sindromu və digər patoloji hipersekretor vəziyyətlər
Əks göstərişlər:
Təsiredici maddəyə, digər benzimidazol törəmələrinə, köməkçi maddələrdən istənilən birinə qarşı yüksək həssaslıq
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Orta sayda məlumat (300-dən 1000-dək hamiləliyin nəticələnməsi) hamilə qadınlarda pantoprazolun istifadəsi zamanı dölün anadangəlmə inkişaf qüsurlarının və ya neonatal toksikliyin olmadığını göstərir. Heyvanlar üzərində keçirilmiş tədqiqatlar nəticəsində pantoprazolun nəsiltörətmə qabiliyyətinə təsiri aşkar edilməmişdir. Heyvanlar üzərində aparılan tədqiqatlar zamanı reproduktiv toksiklik müşahidə olunmuşdur. Buna görə də zərurət olmadıqda pantoprazolu hamiləlik müddətində qəbul etmək tövsiyə olunmur. Heyvanlar üzərində aparılan tədqiaqatlar zamanı pantoprazolun süd vasitəsilə xaric olunduğu məlum olmuşdur. Pantoprazolun insanlarda da ana südü vasitəsilə xaric olması qeyd olunmuşdur. Buna görə də pantoprazolla müalicənin davam etdirilməsinin dayandırılması qərarı /ana südü ilə qidalandırmanın davam etdirilməsi və ya dayandırılması körpə üçün ana südü ilə qidalandırmanın üstünlükləri və ana üçün pantoprazolla müalicənin faydası nəzərə alınmaqla qəbul edilməlidir. Heyvanlar üzərində aparılan tədqiqatlar pantoprazolun fertilliyə təsirini aşkar etməmişdir.
Bağırsaqda həll olan Nolpaza tabletlərini çeynəmək və ya əzmək yox, bütöv şəkildə az miqdarda maye ilə yeməkdən əvvəl udmaq lazımdır. Böyüklərə və yaşı 12-dən yuxarı olan yeniyetmələrə Simptomatik qastroezofaqeal reflüks xəstəliyi: daxilə qəbul üçün tövsiyə edilən doza gündə bir tablet 20 mq təşkil edir. Simptomlar adətən 2-4 həftə ərzində yüngülləşir. Bu müddət kifayət etməzsə, sağalma adətən müalicənin növbəti əlavə 4 həftəsi ərzində qeydə alınır. Simptomların aradan qaldırılmasından sonra, həmin simptomların təkrarən yaranması təqdirdə "tələb üzrə" rejimində gündə bir dəfə 20 mq dozada qəbul etmək kifayətdir. Uzunmüddətli dəstəkləyici müalicə preparatın "tələb üzrə" qəbul edilməsi zamanı simptomların kifayət qədər yüngülləşməsinə nail olunmadıqda təyin edilir. Reflüks-ezofaqit: daxilə qəbul üçün tövsiyə edilən doza günə bir tablet 40 mq təşkil edir. Ayrıayrı hallarda, xüsusilə digər müalicəyə cavab olaraq klinik yaxşılaşma qeydə alınmayan hallarda dozanı artırmaq (gündə 40 mq olmaqla 2 tabletə qədər) olar. Reflüks-ezofaqitin müalicəsi üçün 4 həftəlik müalicə kursu lazımdır, ehtiyac olduqda isə müalicə 4 həftə davam etdirilir. Reflüks-ezofaqitin residivlərinin uzunmüddətli müalicəsi və profilaktikası üçün: uzunmüddətli müalicə üçün gündə 20 mq dəstəkləyici doza tövsiyə olunur. Bu doza kəskinləşmə zamanı gündə 40 mq-a qədər artırıla bilər. Kəskin simptomlar aradan qalxdıqdan sonra doza yenidən 20 mq pantoprazola qədər azaldıla bilər. Böyüklərə Yüksək riskli və qeyri-steroid iltihab əleyhinə preparatlarla (QSİƏP) daimi müalicəyə ehtiyacı olan xəstələrdə QSİƏP qəbulu səbəbindən yaranmış mədənin və onikibarmaq bağırsağın eroziv-xoralı zədələrinin profilaktikası (bax: “xüsusi göstərişlər”): daxilə qəbul üçün tövsiyə edilən pantoprazolun dozası gündə 20 mq təşkil edir. H.pylori bakteriyasının, iki müvafiq antibiotiklə kombinasiyada eradikasiyası: H.pylori ilə bağlı mədə və onikibarmaq bağırsaq xorası olan pasiyentlərdə, bakteriyanın eradikasiyası, kombinəedilmiş terapiya ilə həyata keçirilməlidir. Baxış zamanı, bakterial rezistentlik və antibakterial vasitələrin lazımi istifadəsi və təyinatı barədə, rəsmi yerli prinsiplər (məsələn, milli tövsiyələr) nəzərə alınmalıdır. Rezistentlikdən asılı olaraq, H.pylori bakteriyasının eradikasiyası üçün, aşağıdakı kombinasiyalar tövsiyə oluna bilər: a) Nolpaza sutkada 2 dəfə 40 mq + amoksisillin sutkada 2 dəfə 1000 mq + klaritromisin sutkada 2 dəfə 500 mq b) Nolpaza sutkada 2 dəfə 40 mq + metronidazol sutkada 2 dəfə 400-500 mq (və yaxud 500 mq tinidazol) + klaritromisin sutkada 2 dəfə 250-500 mq c) Nolpaza sutkada 2 dəfə 40 mq + amoksisillin sutkada 2 dəfə 1000 mq + metronidazol sutkada 2 dəfə 400-500 mq (və yaxud 500 mq tinidazol). H.pylori bakteriyasının kombinəedilmiş terapiya ilə eradikasiyası zamanı, Nolpaza preparatının ikinci tableti, şam yeməyindən 1 saat öncə qəbul edilməlidir. Kombinəedilmiş terapiya 7 gün ərzində aparılır və daha 7 günə qədər də artırıla bilər (terapiyanın ümumi müddəti – 2 həftəyə qədərdir). Xoraların sağalmasının təmin edilməsi üçün, mədə və onikibarmaq bağırsaq xorası xəstəliyində, preparatın dozalanması üzrə tövsiyələrin nəzərdən keçirilməsindən sonra aşağıdakı müalicə göstərişlidir: H.pylori bakteriyası üzrə mənfi nəticələri olan pasiyentlərdə, Nolpaza ilə monoterapiya zamanı, aşağıdakı dozalanma prinsipləri rəhbər tutulmalıdır: Mədə xorası xəstəliyinin müalicəsi: tövsiyə edilən doza – 40 mq-lıq 1 tablet. Ayrı-ayrı hallarda, xüsusilə, başqa müalicəyə cavab olaraq, klinik yaxşılaşma müşahidə edilməzsə, dozanı ikiqat artırmaq olar (Nolpaza preparatının gündə 40 mq-lıq 2 tabletə qədər artırılması). Mədə xorasının müalicəsi üçün, adətən, 4 həftəlik, bəzi hallarda isə, irəlidəki 4 həftə ərzində müalicə kursu tələb olunur. Onikibarmaq bağırsaq xorası xəstəliyinin müalicəsi: tövsiyə edilən doza – 40 mq-lıq 1 tablet. Təsiri olmadıqda, dozanı, gündə 80 mq-a qədər artırmaq olar (40 mq-lıq 2 tablet Nolpaza). Onikibarmaq bağırsaq xorası xəstəliyinin sağalması, adətən, 2 həftə ərzində, bəzi hallarda isə, irəlidəki 2 həftə ərzində baş verir. Zollinger-Ellison sindromu və yüksək mədə sekresiyası ilə bağlı digər patoloji vəziyyətlər: Zollinger-Ellison sindromu və yüksək mədə sekresiyası ilə bağlı digər patoloji vəziyyətlərdə olan pasiyentlərin uzunmüddətli müalicəsi zamanı, müalicəni gündəlik 80 mq doza ilə başlamaq lazımdır (40 mq-lıq 2 tablet). Bundan sonra, xlorid turşusunun sekresiyasının səviyyəsindən asılı olaraq, dozanı, zəruri hallarda, çoxaltmaq və ya azaltmaq olar. Gündə 80 mq-dan yuxarı dozalar zamanı, dozanı gündə iki dəfəyə bölmək lazımdır. Pantoprazolun, gündəlik 160 mq-dan yuxarı dozasını müvəqqəti artırmaq mümkündür, lakin onu, mədə sekresiyasının adekvat nəzarəti dövrünə lazım olandan daha çox müddətə tətbiq etmək olmaz. Zollinger-Ellison sindromunun və yüksək mədə sekresiyası ilə bağlı digər patoloji vəziyyətlərin müalicəsinin müddəti məhdud deyil və klinik zərurətdən asılı olaraq, adaptasiya edilməlidir. Xüsusi pasiyent kateqoriyası Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə pantoprazolun sutkalıq dozası 20 mq-dan çox olmamalıdır. Nolpaza orta və ağır dərəcəli qaraciyər disfunksiyasından əziyyət çəkən və böyrək funksiyası pozulmuş xəstələr üzərində H.рylori bakteriyasının eradikasiyası üçün antibiotiklərlə kombinə olunmuş müalicədə tətbiq olunmamalıdır. Yaşlı xəstələr və böyrək funksiyası pozulmuş xəstələr üçün dozanın korreksiyası tələb olunmur. Təhlükəsizlik və effektivlik üzrə məlumatların az olması səbəbindən yaşı 12-dən aşağı olan uşaqlara pantoprazolun təyin edilməsi tövsiyə olunmur.