Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Noofen 250 mq N10 kapsul

Məhsul Kodu : 111-25756
Reseptlə satılır
İstehsalçı ölkə: Latviya
16,91 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Noofen, 250 mq bərk jelatin kapsullar 

Noofen tərkibi

Təsiredici maddə:  1 kapsulda 250 mq fenibut vardır.

Əks göstərişlər    

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. 
Hamiləlik və laktasiya dövrü. 
Qaraciyər çatışmazlığı.

Hamiləlik və laktasiya dövründə istifadəsi          

Heyvanlar üzərində aparılan tədqiqatlarda preparatın mutagen, teratogen və embriotoksik təsiri 
müəyyən edilməmişdir. 
Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir, belə ki, dərman vasitəsinin bu dövrlərdə istifadəsinin təhlükəsizliyi barədə adekvat və yaxşı nəzarət olunan klinik tədqiqatlar aparılmamışdır. Fenibutun fertilliyə təsiri barədə məlumat yoxdur. 

İstifadə qaydası və dozası 

Noofen daxilə, yeməkdən sonra su ilə qəbul edilir. 
Astenik və həyacanlı-nevrotik vəziyyətlər: böyüklərə gündə 3 dəfə 250-500 mq. Yüksək birdəfəlik doza: böyüklər üçün 750 mq, 60 yaşdan yuxarı şəxslərdə 500 mq. Müalicə kursu 2-3 həftədir. 
Ehtiyac olduqda, kursu 4-6 həftəyə qədər uzatmaq olar. 
Uşaqlar (kekələmə, enurez və tiklərin müalicəsi üçün): 8-14 yaş gündə 3 dəfə 250 mq. 14 yaşdan 
yuxarı uşaqlara böyüklərdə olduğu doza. Müalicənin müddətini həkim təyin edir. 
Menyer xəstəliyi və vestibulyar analizatorun disfunksiyası ilə əlaqədar yaranan müxtəlif genezli 
başgicəllənmə  
infeksion genezli və Menyer xəstəliyinin kəskinləşməsi dövründə vestibulyar analizatorun 
funksiyasının pozulması: 5-7 gün ərzində gündə 3 dəfə 750 mq, vestibulyar pozuntuların 
təzahürü azaldıqda, 5-7 gün ərzində gündə 3 dəfə 250-500 mq, sonra daha 5 gün ərzində gündə 
1 dəfə  250 mq. Xəstəliyin nisbətən daha yüngül gedişi zamanı 5-7 gün ərzində  sutkada 2 dəfə 
250 mq, sonra 7-10 gün ərzində gündə 1 dəfə 250 mq təyin edilir.  
vestibulyar analizatorun funksiyasının damar və travmatik genezli pozulması: 12 gün ərzində 
gündə 3 dəfə 250 mq. 
Yırğalanmanın (kinetozların) profilaktikası üçün yırğalanmanın ehtimal edilən başlanmasından 1 
saat əvvəl və ya dəniz xəstəliyinin ilk simptomları yaranan zaman birdəfəlik 250-500 mq təyin 
edilir. İfadəolunmuş simptomlar başlandıqda (qusma və s.), preparatın qəbulu az effektivdir. 
Alkoqollu abstinent sindromunun aradan qaldırılması üçün köməkçi vasitə: ilk günlər 250-500 mq gündə 3 dəfə gün ərzində və 750 mq gecə qəbul edilir, sonra gündəlik dozanı tədricən adi dozaya 
qədər azaltmaq şərtilə. 
Preparata adətolma və asılılıq müşahidə edilmir, “ləğvetmə sindromu” yoxdur. 
Xüsusi qrup pasiyentlər 
Qaraciyər funksiyasının pozulması olan pasiyentlərdə Noofen dərman vasitəsinin yüksək dozası 
hepatotoksikliyə səbəb ola bilər. Bu qrup pasiyentlərə ən aşağı effektiv doza təyin edilir. 
Böyrəklərin funksiyasının pozulması olan pasiyentlərə terapevtik dozaların qəbulu zamanı Noofen dərman vasitəsinin arzuolunmaz təsiri barədə məlumat yoxdur. 
Pediatrik populyasiya 
8 yaşdan aşağı uşaqlara Noofen 250 mq kapsullar yararlı deyil (1 kapsulda təsiredici maddənin 
miqdarı çoxdur). 
Preparatın qəbulu unudulduqda, bunu xatırlayan kimi onu qəbul etmək lazımdır, növbəti qəbulun 
vaxtı yaxınlaşdıqa, qəbulu ötürmək lazımdır. Heç vaxt ikiqat doza qəbul etmək olmaz.

Prepared by  T-Soft E-Commerce.