Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 40 mq pantoprazol (46 mq pantoprazol natrium seskvihidrata ekvivalent) vardır.
12 yaşdan yuxarı uşaqlar və böyüklərdə: − Qastroezofaqeal reflüks xəstəliyinin müalicəsi Böyüklərdə: − Helicobacter pylori (H. pylori) ilə əlaqəli mədə xorası olan pasiyentlərdə müvafiq antibiotik terapiyası ilə birlikdə H. pylori-nin eradikasiyası, − mədə və onikibarmaq bağırsaq xorası, − Zollinqer-Ellison sindromu və digər patoloji hipersekresiya halları.
Tərkibindəki təsiredici maddəyə, benzimidazollara və ya bu preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq.
Hamiləlik Levonorgestrel və etinil estradiol tərkibli oral kontraseptivlərlə aparılan xüsusi testlərdə heç bir klinik cəhətdən qarşılıqlı təsir müşahidə olunmayıb. Hamilə qadınlara aid olan məlumatlar (300-1000 hamiləlik nəticələri), Normogastrol preparatının zərərli və ya feto /neonatal toksikliyinin olmadığını göstərir. Bu günə qədər epidemioloji məlumat əldə olunmayıb. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksiklik göstərib.
İnsanlar üçün potensial risk məlum deyil. Ehtiyat tədbiri olaraq, hamiləlik dövründə pantoprazolun istifadəsindən çəkinmək lazımdır. Laktasiya Heyvanlar üzərində aparılan tədqiqatlar pantoprazolun ana südü nə nüfuz etməsini göstərib. Pantoprazolun insan südünə nüfuz olunması barədə kifayət qə dər məlumat yoxdur, lakin bu cür məlumatlar olub.
Yenidoğulmuşlar /körpələr üçün təhlükə istisna edilə bilməz. Bu səbəbdən, ana südü ilə qidalandırm anın dayandırılması və ya Normogastrol terapiyasından imtina edilməsı haqqında qərar, ana südü ilə qidalanm anın uşaq üçün və Normogastrol terapiyasının ana üçün faydasını nəzərə alaraq, verilməlidir. Fertillik Heyvanlar üzərində aparılan tədqiqatlar da, pantoprazolun fertilliyə təsiri nə dair heç bir məlumat eldə olunmayıb.
Pantoprazolun istifadəsi nəqliyyat vasitələri ilə və digər mexanizmlərlə iş qabiliyyətinə təsir etmir və ya çox az təsir edir. Lakin başgicəl lənmə və ya görmə pozğunluğu kimi əlavə təsirlər yarana bilər. Təsirə məruz qalan pasiyentlər bu fəaliyyət növlərindən çəkinməlidirlər.
Peroral istifadə üçün. Normogastrol tablet yeməkdən 1 saat əvvəl, çeynəmədən və qırmadan, bir az su ilə udulmalıdır. 12 yaşdan yuxarı uşaqlar və böyüklər Qastroezofageal reflüks xəstəliyi Tövsiyə olunan doz a gündə bir dəfə 40 mq (1 enterik örtüklü tablet) təşkil edir. Fərdi hallarda, xüsusən, digər müalicəyə reaksiya olmadıqda, doza iki dəfə artırıla bilər (gündə 2 tablet Normogastrol).
Reflüks esofag itinin müalicəsi üçün adətən 4 həftə kifayət edir. Bu kifayət olmadıqda, müalicə növbəti 4 həftə ərzində davam edilməlidir. Böyüklər İki antibiotiklə birlikdə Helicobacter pylori-nin eradikasiyası Mədə və onikibarmaq bağırsaq xorası olan, H. pylori müsbət xəstəl ərdə, mikrobun kombinəolunmuş terapiya ilə məhv olunmasına nail olmaq lazımdır.
Müalicə bakterial rezistentlik və antibakterial vasitələrinin müvafiq istifadəsinə dair mövcud kliniki protokollara uyğun olaraq aparılmalıdır. Rezistentlikdən asılı olaraq, H. pylori-nin eradikasiyası üçün aşağıdakı müalicə sxemləri tövsiyə edilə bilər: a) Bir tablet Normogastrol 40 mq gündə iki dəfə + 1000 mq amoksisilin gündə iki dəfə + 500 mq klaritromisin gündə iki dəfə. b) Bir tablet Normogastrol 40 mq gündə iki dəfə + 400-500 mq metronidazol (və ya 500 mq tinidazol) gündə iki dəfə + 250-500 mq klaritromisin gündə iki dəfə.
c) Bir tablet Normogastrol 40 mq gündə iki dəfə + 1000 mq amoksisilin gündə iki dəfə + 400-500 mq metronidazol (və ya 500 mq tinidazol) gündə iki dəfə. H. pylori infeksiyasının eradikasiyası üçün kombinəolunmuş terapiyada, Normogastrol 40 mq preparatının ikinci tabletini axşam yeməyindən 1 saat əvvəl qəbul etmək lazımdır. Kombinəolunmuş terapiya adətən 7 gün ərzində aparılır və ümumi müalicə müddəti iki həftəyə qədər növbəti 7 günə uzadıla bilər.
Xoraların sağalması üçün pantoprazol ilə sonrakı müalicə göstərildikdə, onikibarmaq bağırsaq və mədə xorası müalicəsi üçün olan doza tövsiyələrinə diqqət yetirilməlidir. Kombinəolunmuş terapiya uyğun deyilsə, məsələn, xəstədə H. pylori üçün mənfi nəticə varsa, Normogastrol 40 mq monoterapiyası üçün aşağıdakı dozalar tövsiyə olunur: Mədə xorasının müalicəsi Bir tablet Normogastrol 40 mq g ündə 1 dəfə. Bəzi hallarda, xüsusən digər müalicəyə reaksiya olmadıqda, doza iki dəfə artırıla bilər (gündə 2 tablet pantoprazol).
Mədə xorasının müalicəsi üçün adətən 4 həftə kifayət edir. Bu kifayət olmadıqda, müalicə növbəti 4 həftə ərzində davam edilməlidir. Onikibarmaq bağırsaq xorasının müalicəsi Bir tablet Normogastrol 40 mq g ündə 1 dəfə. Bəzi hallarda, xüsusən digər müalicəyə reaksiya olmadıqda, doza iki dəfə artırıla bilər (gündə 2 tablet pantoprazol).
Onikibarmaq bağırsaq xorasının müalicəsi üçün adətən 2 həftə kifayət edir. Bu kifayət olmadıqda, müalicə növbəti 2 həftə ərzində davam edilməlidir Zollinqer-Ellison sindromu və digər patoloji hipersekresiya halları Zollinqer-Ellison sindromu və digər patoloji hipersekresiya hallarının uzunmüddətli müalicəsi preparatın gündəlik 80 mq (2 tablet Normogastrol 40 mq) dozası ilə başlanmalıdır. Bundan sonra, doza mədə turşusunun ifrazının ölçmələrindən asılı olaraq yuxarı və ya aşağı titrlənə bilər. Gündəlik 80 mq-dan yuxarı doza bölünməli və gündə iki dəfə verilməlidir.
Pantoprazolun dozasının 160 mq yuxarı müvəqqəti art ırılması mümkündür, lakin adekvat turşu nəzarəti üçün tələb olunan müddətdən uzun müddət istifadə edilməməlidir. Terapiyanın müddəti məhdud deyil və Zollinq erEllison sindromu və digər patoloji hipersekresiya halları üçün klinik ehtiyaclara uyğunlaşdırılmalıdır.