Sevimlilərə əlavə edin
Paylaşın

Normoglip M 2/500MG N30 Tb

Məhsul Kodu : 111-25685
İstehsalçı ölkə : Hindistan
0 Şərh Şərh
8,34 AZN
Kateqoriya: Endokrin
KolleksiyaQiymət Xəbərdarlığı

Normoqlip M, tabletlər 

Normoqlip M tərkibi

Təsiredici maddə:   1  tabletin tərkibində 500 mq metformin hidroxlorid, 2 mq qlimepirid vardır.

Əks göstərişlər 

I tip şəkərli diabet, 18 yaşa qədər uşaqlar. 
Qan zərdabında kreatinin səviyyəsinin ≥1,5 mq / dl [kişilər], ≥1,4 mq / dl [qadınlar] və ya ürək
damar kollapsı (şok), kəskin miokard infarktı və sepsis kimi vəziyyətlərdən qaynaqlanan anormal 
kreatinin klirensi ilə təsdiq olunan böyrək xəstəliyi və ya böyrək disfunksiyası.  
Qaraciyər çatışmazlığı. 
Bu preparata və ya onun hər hansı bir komponentinə qarşı məlum yüksək həssaslıq. 
Koma ilə və ya komasız kəskin və ya xroniki metabolik asidoz, o cümlədən diabetik ketoasidoz. 
Diabetik ketoasidoz insulin ilə müalicə olunmalıdır. Bu preparatların istifadəsi böyrək funksiyasının kəskin şəkildə dəyişməsi ilə nəticələnə biləcəyi üçün xəstələr yodlaşdırılmış kontrast maddələrin damardaxili yeridilməsi ilə aparılan rentgenoloji müayinələrdən keçməməlıdirlər.

Hamiləlik  və  laktasiya  dövründə  istifadəsi 

Hamiləlik 
Hamiləlik dövründə qanda qlükozanın anormal səviyyəsi anadangəlmə patologiyanın daha yüksək tezliyi ilə əlaqələndirilir. Əksər mütəxəssislər qanda qlükozanın səviyyəsini normaya uyğun 
saxlamaq üçün insulinin istifadə edilməsini təklif edirlər. Qlimepiridlə metforminin 
kombinasiyasının hamiləlik dövründə istifadəsi tövsiyə edilmir. 
Laktasiya 
Siçovullar üzərində aparılan tədqiqatlar göstərir ki, metformin südlə xaric olur və süddə plazmadakı səviyyələrlə müqayisə olunan səviyyələrə çatır. İnsanlar üzərində laktasiya dövründə  bənzər tədqiqatlar aparılmamışdır. Qlimepirid uşaq əmizdirən analarda istifadə edilməməlidir.  Beləliklə, laktasiya dövründə analarda qlimepirid və metforminin kombinasiyasının istifadəsi tövsiyə edilmir və yalnız pəhriz qanda qlükozanın səviyyəsinə nəzarət etmək üçün yetərli deyilsə, insulinlə müalicə nəzərdən keçirilməlidir.

İstifadə qaydası və dozası 

Dozası 
Ümumi 
Doza həm effektivlik, həm də dözümlülük əsasında fərdi olmalıdır. 
Kombinasiya gündə bir dəfə yeməklə verilməli və müalicə aşağı doza ilə başlanmalıdır. İlkin 
tövsiyə olunan doza gündə bir dəfə səhər yeməyi və ya günün ilk əsas yeməyi ilə qəbul edilməklə, 
bir tabletdir. 
Maksimum tövsiyə olunan doza 
Qlimepirid üçün tövsiyə olunan maksimum doza gündə 8 mq-dır. Metforminin uzunmüddətli azad olan dərman formasının böyüklər üçün maksimum tövsiyə olunan gündəlik dozası 2000 mq təşkil 
edir. 
İstifadə qaydası 
Yalnız peroral istifadə üçün.

 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-25685

Oxşar Məhsullar

Aktrapid 100 İu 10 ml Flakon
21,56 AZN -%0
21,56AZN
Alfalip 600MG/50 ml Sistem
8,00 AZN -%0
8,00AZN
Alfasart 600 Mq N30 Tablet
28,72 AZN -%0
28,72AZN
Alfateks 25MG 24 ml N5 Amp
34,61 AZN -%0
34,61AZN
Amaril 2 Mq N30 Tablet
4,67 AZN -%0
4,67AZN
Amaril 3 Mq N30 Tablet
8,21 AZN -%0
8,21AZN
Amaril 4 Mq N30 Tablet
7,85 AZN -%0
7,85AZN
Amaril M 2 Mq/500 Mq N30 Tablet
10,94 AZN -%0
10,94AZN
Asformin 1000mg N100 Tablet
9,31 AZN -%0
9,31AZN
Asformin 850MG N100 Tb
6,29 AZN -%0
6,29AZN
Asigliy Met 50/1000 N28 Tab
28,80 AZN -%0
28,80AZN
Asiklovir 200MG N20 Vietnam
1,00 AZN -%0
1,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce