Bitib
Stokda olanda mənə xəbər verin.5 mq-lıq tabletlər Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq amlodipin (6,944 mq amlodipin bezilat şəklində) vardır. Köməkçi maddələr:mikrokristallik sellüloza, susuz kalsium hidrofosfat, natrium nişastaqlikolyatı (tip A), maqnezium stearat. 10 mq-lıq tabletlər Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq amlodipin (13,889 mq amlodipin bezilat şəklində) vardır. Köməkçi maddələr:mikrokristallik sellüloza, susuz kalsium hidrofosfat, natrium nişastaqlikolyatı (tip A), maqnezium stearat.
İstifadəsinə göstərişlər:
Arterial hipertenziya (həm monoterapiya, həm də digər hipotenziv vasitələrlə birlikdə). Xroniki stabil stenokardiya. Vazospastik stenokardiya (Prinsmetal stenokardiyası və ya variant stenokardiyası) həm monoterapiya, həm də digər antianginal vasitələrlə birlikdə.
Əks göstərişlər:
Norvask preparatını aşağıdakı halları olan pasiyentlərdə tətbiq etmək olmaz: - - - - - Dihidropiridin törəmələrinə, amlodipinə və ya bu dərman vasitəsinin tərkibinə daxil olan hər hansı digər komponentə qarşı hiperhəssaslıq; Ağır arterial hipotenziya; Şok (o cümlədən kardiogen); Sol mədəciyin xaricedici traktının obstruksiyası (məsələn, ağır aortal stenoz); Kəskin miokard infarktından sonra hemodinamik olaraq qeyri-stabil ürək çatışmazlığı.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik İndiki zamanda hamiləlik zamanı amlodipinin tətbiqinin təhlükəsizliyi təyin olunmayıb. Heyvanlar üzərində aparılan eksperimental tədqiqatlarda reproduktiv toksiklik preparatın yüksək dozada istifadəsi zamanı müşahidə edilmişdir. Beləliklə, amlodipinin hamiləlik zamanı istifadəsi yalnız daha təhlükəsiz alternativ olmadıqda, xəstəliklə bağlı risk isə ana və döl üçün mümkün ziyandan üstün olduqda tövsiyə olunur. Ana südü ilə qidalandırma Amlodipin ana südü ilə nüfuz olunur. Körpəyin qəbul etdiyi ana südündə preparatın payı interkvartil diapazonda 3-7%-dən, maksimum isə 15% kimi qiymətləndirilir. Amlodipinin körpələrə təsiri məlum deyil. Ana südü ilə qidalandırmanı davam etdirmək/dayandırmaq və ya amlodipin terapiyasını davam etdirmək/ləğv etmək barədə qərar qəbul etdikdə, uşaq üçün ana südü ilə qidaladırmanın faydası və ana üçün amlodipinin tətbiqindən olan fayda nəzərə alınmalıdır. Fertillik Bəzi pasiyentlərdə kalsium kanallarının blokatorlarının tətbiqi zamanı, spermatozoidin başlığ nahiyəsində geridönən biokimyəvi dəyişikliklər müşahidə edildi. Amlodipinin fertilliyə potensial təsiri barədə məlumatlar kifayət qədər deyil. Siçovullar üzərində aparılan tədqiqatlar zamanı preparatın erkək siçovulların reproduktiv funksiyasına təsir göstərdiyi müəyyən edilmişdir.
Dozalanma rejimi Böyük pasiyentlər Arterial hipertenziya və stenokardiya zamanı preparatın adi dozası sutkada bir dəfə 5 mq təşkil edir. Pasiyentin terapiyaya fərdi reaksiyasından asılı olaraq preparatın dozası 10 mq təşkil edən maksimal dozaya qədər artırıla bilər. Arterial hipertenziyası olan pasiyentlərdə Norvask tiazid diuretiklər, α-adrenoblokatorlar, βadrenoblokatorlar və ya AÇF inhibitorları ilə kombinasiyada tətbiq edilmişdir. Stenokardiyası olan pasiyentlərdə Norvaskı həm monoterapiya kimi, həm də müvafiq dozalarda nitratlara və/və ya βadrenoblokatorlara qarşı rezistentlik zamanı digər antianginal dərman vasitələri ilə kombinasiyada tətbiq etmək olar. Tiazid diuretiklərin, β-adrenoblokatorlar və ya AÇF inhibitorları ilə eyni vaxtda tətbiq olunduqda amlodipinin dozasının tənzimlənməsi tələb olunmur. Pasiyentlərin ayrı-ayrı kateqoriyaları Yaşlı pasiyentlərdə istifadəsi Norvask preparatının eyni dozalarına həm gənc, həm də yaşlı pasiyentlər yaxşı tab gətirmişlər. Bununla əlaqədar olaraq, yaşlı pasiyentlərdə amlodipinin adi dozalarını tətbiq etmək tövsiyə olunur, lakin preparatın dozasının artırılması ehtiyatla olunmalıdır. Qaraciyər funksiyasının pozulması olan pasiyentlərdə istifadəsi Yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlərdə istifadə üçün preparatın dozaları təyin olunmamışdır; bununla əlaqədar olaraq doza seçimi ehtiyatla edilməli və müalicəyə aşağı dozada başlanılmalıdır. Ağır dərəcəli qaraciyər çatışmazlığı zamanı amlodipinin farmakokinetikasının tədqiqi aparılmamışdır. Ağır dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlərdə müalicə amlodipinin minimal dozası ilə başlanılmalı və doza yavaş-yavaş artırılmalıdır. Böyrək funksiyasının pozulması olan pasiyentlərdə istifadəsi Böyrək çatışmazlığının kəskinlik dərəcəsi ilə qan plazmasında amlodipinin konsentrasiyasındakı dəyişikliklər arasında korrelyasiy mövcud deyil, buna görə böyrək funksiyasının pozulması olan pasiyentlərdə preparatı adi dozalarda tətbiq etmək tövsiyə olunur. Amlodipin hemodializ vasitəsilə xaric olunmur. Uşaqlar Arterial hipertenziyası olan 6 yaşdan 17 yaşa qədər uşaqlar və yeniyetmələr 6 yaşdan 17 yaşa qədər olan pasiyentlərdə arterial hipertenziyanın müalicəsi üçün preparatın tövsiyə olunan başlanğıc dozası sutkada bir dəfə daxilə 2,5 mq təşkil edir. Preparat tətbiqinin 4 həftəsi ərzində arterial qan təzyiqinin hədəf olan səviyyəsinə çatmaq mümkün olmadıqda, preparatın dozası sutkada bir dəfə 5 mq-yə qədər artırıla bilər. Pasiyentlərin bu kateqoriyasında preparatın 5 mq/sut-dan yüksək olan dozada istifadəsinin tədqiqatları aparılmamışdır. 6 yaşınadək olan uşaqlar Məlumat mövcud deyil. İstifadə qaydası Daxilə qəbul üçün tabletlər.