Sevimlilərə əlavə edin
Paylaşın

Novalans 30 Mg N14 Kapsul

Məhsul Kodu : 111-20095
İstehsalçı ölkə : Ispaniya
0 Şərh Şərh
6,58 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

NOVALANS, 30 mq bağırsaqda həll olan bərk kapsullar

Novalans tərkibi

 Təsiredici maddə: 1 kapsulda 30 mq lansoprazol vardır. Köməkçi maddələr: şəkər kürəcikləri, natrium laurilsulfat, hipromelloza 2910, mannitol, meqlümin, makroqol 6000, polisorbat 80, metakril turşusu-etil akrilat sopolimeri (1:1) dispersiyası 30%, talk, titan dioksid, təmizlənmiş su. Kapsul: titan dioksid, jelatin, təmizlənmoş su.

İstifadəsinə göstərişlər:

 - Mədə xorası.

 - Onikibarmaq bağırsaq xorası.

 - Reflyuks ezofaqitin qısamüddətli müalicəsi.

 - Zollinger-Ellison sindromu daxil olmaqla patoloji hipersekretor hallar.

 - H. pylori ilə əlaqədar xoranın müalicəsi üçün müvafiq antibiotiklərlə bərabər H.pylori-nin eradikasiyası.

 - QERX simptomlarının qısamüddətli müalicəsi.

Əks göstərişlər:

 Novalans® 30 mq enterik örtüklü mikropellet (mikroqranul) kapsulların preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslığı olan şəxslərə təyini əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik kateqoriyası “B”-dir. Hamilə qadınlar üzərində yaxşı idarə olunan, müvafiq tədqiqatlar aparılmamışdır. Heyvan reproduksiyasının tədqiqatları insanlar üçün hər zaman uyğun olmur. Hamilələrdə bu preparatın istifadəsi məsləhət görülmür. Lansoprazolun və ya metabolitlərinin ana südünə keçməsi haqda məlumat yoxdur. Əksər dərmanlar ana südünə keçdiyi üçün və Lansoprazolun yenidoğulmuşlarda səbəb ola biləcəyi ciddi əlavə reaksiyaları nəzərə alaraq, dərmanın ana üçün vacibliyindən asılı olaraq ya südvermə, ya da müalicə dayandırılmalıdır.

Novalans istifadə qaydası, dozası

 NOVALANS® yeməkdən 30 dəqiqə əvvəl qəbul edilməlidir. Həkim tərəfindən başqa təyinat verilməzsə: Onikibarmaq bağırsaq xorası Tövsiyə olunan peroral doza 2-4 həftə ərzində gündə bir dəfə 30 mq. Mədə xorası Tövsiyə olunan peroral doza 4 həftə ərzində gündə bir dəfə 30 mq. 2-4 həftə əlavə müalicə təyin olunması faydalı ola bilər. Reflyuks ezofaqitin qısamüddətli müalicəsi Tövsiyə olunan peroral doza 4-8 həftəyə qədər gündə bir dəfə 30 mq. Reflyuks ezofagitin profilaktikası Tövsiyə olunan doza gündə 1 dəfə 15 mq-dır. Ehtiyac olduqda, doza 30 mq-a qədər artırıla bilər. Zollinger-Ellison sindromu daxil olmaqla patoloji hipersekretor hallar Patoloji hipersekretor hallar zamanı Novalans ®-in dozası xəstəyə görə individual seçilir. Peroral qəbul üçün tövsiyə olunan başlanğıc doza gündə 1 dəfə 60 mq. Həmçinin, gündəlik 120-180 mq dozada tətbiq etmək mümkündür. Gündəlik doza 90 mq-dan artıq olarsa, bölünərək təyin olunmalıdır. H.pylori ilə əlaqədar xoranın müalicəsi üçün H. pylori eradikasiyası 30 mq Lansoprazol müvafiq antibakterial vasitələrlə birlikdə gündə iki dəfə (12 saatdan bir), 7-14 gün ərzində təyin olunmalıdır. QERX simptomlarının qısa müddətli müalicəsi Tövsiyə olunan doza 15 və ya 30 mq təşkil edir. 30 mq doza ilə 4 həftəlik müalicədən sonra simptomlar aradan qalxmadıqda, əlavə müayinə tələb olunur. Qaraciyər çatışmazlığı Orta və ağır dərəcəli qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə gündəlik dozanın 50% azaldılması məsləhət görülür. Yaşlılar İnandırıcı klinik göstəriş olmadığı halda, yaşlılarda 30 mq gündəlik doza aşılmamalıdır. Alternativ təyinat yolları Kapsulu udmaqda çətinlik çəkən xəstələr kapsulu açıb, içindəki qranullara toxunmadan 1 xörək qaşığı alma püresi, pudinq, kəsmik, yoqurt və ya süzgəcdən keçirilmiş armudun üzərinə səpərək dərhal uda bilər. Qranulları çeynəmək və əzmək olmaz. Alternativ olaraq, kapsullar açılaraq az miqdarda (təqribən 60 ml) alma və ya pomidor şirəsinə əlavə edilib azca qarışdırmaqla dərhal içilə bilər. Dozanın tam olaraq qəbul edilməsindən əmin olmaq üçün stəkana təkrar olaraq bir neçə dəfə şirə əlavə edilib içilə bilər. Nazoqastral zondu olan xəstələrdə kapsullar açılıb qranullar 40 ml alma şirəsi ilə qarışdırılır və nazoqastral zond vasitəsilə mədəyə yeridilir. Qranullar qəbul edildikdən sonra boru əlavə alma şirəsi qəbul etməklə yuyulub təmizlənməlidir. Böyrək çatışmazlığı olan xəstələrdə doza korreksiyası vacib deyil. Novalans® 30 mq enterik örtüklü mikropellet kapsullar YEMƏKDƏN ƏVVƏL QƏBUL EDİLMƏLİDİR. KAPSULDAKI MİKROPELLETLƏR (MİKROQRANULLAR) ÇEYNƏNMƏMƏLİ VƏ ƏZİLMƏMƏLİDİR.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-20095

Oxşar Məhsullar

ACIDELOX (MAALOX) N30 SASHE
26,50 AZN -%0
26,50AZN
Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce