Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Novomiks 30 Fleksipen 100 İU 3 ml N5 qələm

Məhsul Kodu : 111-03527
89,28 AZN
Daha çox Endokrin
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

NOVOMİKS 30 FLEKSPEN® 100 TV/ml inyeksiya üçün suspenziya (hazır doldurulmuş  qələmdə) 30% həll olan insulin aspart məhlulu və 70%  protaminlə kristallaşmış insulin aspart

Novomiks tərkibi

 Tәsiredici maddә:   NovoMiks® 30 30% insulin aspart məhlulu və 70%  protaminlə kristallaşmış insulin aspartdan ibarət miksturadır (qarışıqdır). 1 ml-     100 TV insulin aspart vardır. Kömәkçi maddәlәr: qliserol, fenol, metakrezol, sink-xlorid, natrium-xlorid, dinatrium fosfat dihidrat, protamin-sulfat, natrium-hidroksid, xlorid turşusu, inyeksiya üçün su.

İstifadəsinə göstərişlər:

 NovoMiks® 30 insulindən asılı diabet xəstələrinin  müalicəsində istifadə olunur. Diabet zamanı insan orqanizmi qandakı şəkərin səviyyəsini tənzimləmək üçün  kifayət qədər insulin ifraz etmir. NovoMiks® 30 oral antidiabetik dərmanlarla birlikdə istifadə oluna bilər. NovoMiks® 30 inyeksiya edildikdən 10-20 dəqiqə sonra qanda şəkərin səviyyəsini azaltmağa başlayır, inyeksiyadan sonra 1-4 saat müddətində maksimum təsir göstərməklə, ümumi təsiri 24 saata qədər davam edir.

Әks göstərişlər:

 İnsulin asparta və ya NovoMiks® 30-un tərkibində olan hər hansı bir digər maddələrə (bax: “Tərkibi”) qarşı allergiya (yüksək həssaslıq). Hipoqlikemiyanın yaxınlaşdığını hiss edirsinizsə (qanda şəkərin səviyyəsinin aşağı olması) (bax: “NovoMiks® 30-un istifadə qaydası”). İnsulin infuziya pompaları ilə FleksPen® əlinizdən düşübsə, zədələnibsə və ya əzilibsə Düzgün şəraitdə saxlanılmayıbsa və ya dondurulubsa (bax: “NovoMiks® 30-un saxlanma şəraiti”) Suspenziya çalxalandıqda bircinsli ağ və bulanıq deyilsə Çalxalandıqdan sonra topalar qalarsa və ya kartricin dibinə yaxud divarına bərk ağ cisimlər yapışarsa.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

  Hər hansı dərman preparatını qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınız ilə məsləhətləşin. Hamiləsinizsə və yaxud hamiləliyi planlaşdırırsınızsa, həkiminizlə məsləhətləşin. İnsulin aspartın hamiləlik dövründə istifadəsi barədə klinik təcrübə azdır. Hamiləlik zamanı və doğuşdan sonra insulin dozanızın dəyişdirilməsinə ehtiyac yarana bilər. Diabetinizə dəqiq nəzarət olunması və xüsusilə də, hipoqlikemiyanın qarşısının alınması körpənizin sağlamlığı üçün vacibdir.  Laktasiya dövründə NovoMiks®-lə müalicəyə heç bir məhdudiyyət yoxdur.

Novomiks istifadə qaydası, dozası

 Dozalar və insulini nə zaman inyeksiya etmək lazımdır. İnsulin dozanız barədə həkiminiz və tibb bacınız ilə danışın. NovoMiks® 30 FleksPen® preparatını həkiminizin göstərişinə uyğun qəbul edin və həkimizin məsləhətlərinə diqqətlə riayət edin. Həkim Sizi bir növ və ya marka insulindən digərinə keçiribsə, həkiminiz tərəfindən dozanıza dəyişikliklər edilə bilər. İnsulini həkim təyin etməyənə qədər dəyişdirməyin. Hipoqlikemiya vəziyyətinə düşməmək üçün insulin inyeksiyasından sonra 10 dəqiqə ərzində tərkibində karbohidratlar olan yemək və ya çərəzlər yeyin. Ümumiyyətlə NovoMiks® 30 yeməkdən bilavasitə qabaq qəbul olunur. Lazımdırsa, NovoMiks® 30 yeməkdən dərhal sonra da istifadə oluna bilər. Xüsusi populyasiyalarda Böyüklәrdә (≥65 yaş) NovoMiks 30 böyüklərdə istifadə oluna bilər; lakin 75 yaşdan yuxarı pasiyentlərdə NovoMiks 30un oral antidiabetik dərman vasitələri ilə kombinasiyada istifadəsinə dair məhdud təcrübə mövcuddur. Böyüklərdə, şəkərin monitorinqi intensiv aparılmalı və insulin aspartın dozası fərdi qaydada tənzimlənməlidir. Böyrәk vә qaraciyәr çatışmazlığı Böyrək və qaraciyər çatışmazlığı pasiyentin insulin tələbatlarını azalda bilər. Böyrək və qaraciyər çatışmazlığı olan pasiyentlərdə, şəkərin monitorinqi intensiv aparılmalı və insulin aspartın dozası fərdi qaydada tənzimlənməlidir. Bu insulin necә vә harada istifadә olunur NovoMiks® 30 dərialtı inyeksiya üçün nəzərdə tutulub. İnsulini heç vaxt birbaşa damara və ya əzələyə yeritməyin. Hər inyeksiya zamanı, dərinizin istifadə etdiyiniz nahiyəsində inyeksiya yerini dəyişdirin. Bu dəridə nazikləşmə və ya qalınlaşma riskini azaldır (bax: “Əlavə təsirləri”). Bədəninizdə inyeksiya üçün ən münasib yerlər: belin ön tərəfi (qarın nahiyəsi); sağrı əzələsi; ombaların ön tərəfi və bazu. İnsulin qarın nahiyəsinə yeridildikdə daha tez təsir göstərir. Qanda şəkərin səviyyəsini müntəzəm ölçməyiniz məsləhətdir. NovoMiks® 30 FleksPen®-dәn necә istifadә etmәk lazımdır NovoMiks® 30 FleksPen®-in İSTİFADƏ TƏLİMATLARINI diqqətlə oxuyun. Qələmdən istifadə təlimatlarına uyğun istifadə edin. İnsulini istifadә etmәyi unutmuşsunuzsa İnsulini istifadə etməyi unutmuşsunuzsa, qanda şəkərinizin səviyyəsi çox yüksələ bilər (buna hiperqlikemiya deyilir). Bu həmçinin aşağıdakı hallarda baş verə bilər. • Kifayət qədər  insulin inyeksiya etməmişsinizsə, • Hər dəfə lazım olandan daha az insulin istifadə etmişsinizsə və ya insulin istifadəsini dayandırmışsınızsa • İnfeksiya tutmuşsunuzsa və ya qızdırmanız qalxıbsa, • Adət etdiyinizdən daha çox yemisinizsə, • Adət etdiyinizdən daha az fiziki çalışma etmişsinizsə. Əlamətlər tədricən meydana çıxır. Bu əlamətlər: tez-tez sidik ifrazı, susuzluq, iştahanın azalması, nasazlıq (ürəkbulanma və ya qusma), yuxululuq və ya yorğunluq, dərinin qızarıb quru olması, ağızda quruluq hissi və nəfəsdən gələn aseton qoxusu. Bu, diabetik ketoasidoz (orqanizmdə qlükoza əvəzinə yağların parçalanması nəticəsində qanda keton cisimcikləri əmələ gəlir) adlanan çox ciddi bir vəziyyətin əlamətləri ola bilər. Müdaxilə olunmazsa, bu, diabetik komaya və ölümə səbəb ola bilər. Bu əlamətlərdən hər hansı biri Sizdə varsa, qanda şəkərin səviyyəsini ölçün; mümkündürsə, sidiyi də ketona görə yoxlayın, sonra gecikmədən həkiminizə müraciət edin. İnsulin inyeksiyaları dayandırılarsa Bu ağır hiperqlikemiya və ketoasidoza səbəb ola bilər. Həkiminizlə məsləhətləşmədən insulinin istifadəsini dayandırmayın. Həkiminiz Sizə nə etmək lazım olduğu barədə məsləhət verəcək. Bu preparatın istifadəsi ilə bağlı hər hansı əlavə sualınız olarsa, həkiminiz və ya əczaçınız ilə məsləhətləşin.

Prepared by  T-Soft E-Commerce.