Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: insulin aspart. 1 ml inyeksiya məhlulunun tərkibində 100 TV insulin aspart vardır.
Böyüklərdə, yeniyetmələrdə və 1 yaşdan yuxarı uşaqlarda şəkərli diabetin müalicəsi. Şəkərli diabet zamanı orqanizmdə qandakı şəkərin miqdarını tənzimləmək üçün kifayət qədər insulin ifraz olunmur. NovoRapid®, istifadə edildikdən 10-20 dəqiqə sonra qanda şəkərin səviyyəsini azaltmağa başlayır, 1- 3 saat müddətində maksimum təsirə malikdir və ümumi təsiri 3-5 saata qədər davam edir. Belə qısamüddətli təsirə görə normalda NovoRapid® orta və uzunmüddətli təsirə malik insulin preparatları ilə kombinə olunmalıdır. Bundan başqa NovoRapid® insulin infuziya pompaları ilə istifadə oluna bilər.
► İnsulin asparta və ya NovoRapid®-in tərkibində olan hər hansı digər maddəyə qarşı allergiya (yüksək həssaslıq) olduqda (bax: “Tərkibi”).
► Hipoqlikemiyaya (qanda şəkərin səviyyəsinin aşağı olması) yaxın vəziyyət (bax: “NovoRapid®-in
Hər hansı dərman preparatını qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınız ilə məsləhətləşin. Hamiləsinizsə, hamiləliyi planlaşdırırsınızsa və yaxud uşaq əmizdirirsinizsə, həkiminizlə əlaqə saxlayın. NovoRapid® hamiləlik dövründə və uşaq əmizdirilən dövrdə istifadə oluna bilər. Hamiləlik
zamanı və doğuşdan sonra insulin dozanızın dəyişdirilməsinə ehtiyac yarana bilər. Şəkərli diabetinizə dəqiq nəzarət olunması və xüsusilə də, hipoqlikemiyanın qarşısının alınması körpənizin sağlamlığı üçün vacibdir.
Pediatriyada istifadəsi Uşaqlarda NovoRapid®-ə, daha tez təsirinə görə üstünlük verildikdə, o, insan insulini məhlulunun əvəzinə istifadə oluna bilər. Məsələn, dozanı yeməyə nisbətdə tənzimləmək çətin olduqda.
Xüsusi populyasiyalarda istifadə qaydası Əgər Sizdə böyrək və ya qaraciyər çatışmazlıgı varsa və ya Sizin yaşınız 65-dən yuxarıdırsa, onda Siz qanda şəkəri daha müntəzəm yoxlamalı və insulin dozanızdakı dəyişiklik barədə həkiminizlə məsləhətləşməlisiniz.
Əgər qanınızda şəkərin səviyyəsi aşağı və ya yüksədirsə, bu Sizin diqqətinizi toplamaq və cəld reaksiya verə bilmək, bununla da avtomobil idarə etmək və ya avadanlıq və cihazlarla işləmək bacarığınıza təsir edə bilər. Yadda saxlayın ki Siz özünüzü və başqalarını təhlükə altına ata bilərsiniz. Əgər Sizdə tez-tez hipoqlikemiya halları olursa və ya hipoqlikemiyanı müəyyən etməkdə çətinlik çəkirsinizsə, nəqliyyat vasitəsinin və avadanlığın idarə olunması mümkünlüyünü həkiminizdən soruşun. NovoRapid® tez təsirə malikdir. Beləliklə, hipoqlikemiya baş verərsə, bunu inyeksiyadan sonra, insan insulini məhlulu ilə müqayisədə, daha tez bir müddətdə hiss edəcəksiniz
Dozalar İnsulinin dozası barədə həkiminiz və tibb bacınız ilə danışın. NovoRapid® FleksPen® preparatını həkiminiz və ya tibb bacınızın göstərişinə uyğun qəbul etdiyinizdən əmin olun və onların məsləhətlərinə diqqətlə riayət edin. Həkiminiz Sizi bir növ və ya marka insulindən digərinə keçiribsə, dozanızda dəyişikliklər oluna bilər. İnsulini həkim təyin etməyənə qədər dəyişdirməyin. Hipoqlikemiya vəziyyətinə düşməmək üçün insulin inyeksiyasından sonra 10 dəqiqə ərzində tərkibində karbohidratlar olan yemək və ya çərəzlər yeyin. Ümumiyyətlə NovoRapid® yeməkdən bilavasitə qabaq qəbul olunur. Lazımdırsa, NovoRapid® yeməkdən dərhal sonra da istifadə oluna bilər. Bu insulin necə istifadə olunur NovoRapid® dərialtı inyeksiya və ya pompa sistemi vasitəsilə davamlı infuziya üçün nəzərdə tutulub. Pompa sistemindən istifadə etmək üçün səhiyyə mütəxəssisiniz tərəfindən Sizə ətraflı təlimat verilməlidir. NovoRapid® həmçinin həkiminiz və ya mümkünsə, digər səhiyyə işciləri tərəfindən birbaşa vena daxilinə yeridilə bilər. İnsulini heç vaxt birbaşa əzələyə yeritməyin. Dəridə nazikləşmə və qalınlaşma riskini azaltmaq üçün (bax: “Әlavə təsirləri”) eyni nahiyədə inyeksiya etdikdə, hər dəfə inyeksiya yerini dəyişin. Bədəninizdə inyeksiya üçün ən münasib yerlər: belin ön tərəfi (qarın nahiyəsi); ombaların ön tərəfi və bazu. Siz insulini qarın nahiyəsinə yeritsəniz, daha tez təsir göstərər. Qanda şəkərin səviyyəsini müntəzəm ölçməyiniz məsləhətdir. NovoRapid® FleksPen®-dən necə istifadə etmək lazımdır Bura əlavə olunan, FleksPen® qələminin içərisindəki NovoRapid® inyeksiya məhlulundan istifadə təlimatlarını diqqətlə oxuyun. Qələmdən NovoRapid®-in istifadə təlimatlarına uyğun istifadə edin. İnfuziya pompalarında (nasoslarında) istifadəsi Pompa sistemində istifadə edilərkən NovoRapid® digər insulinlər ilə qarışdırıla bilməz. NovoRapid®-in pompa sistemində istifadə üçün həkimin göstərişlərinə və tövsiyələrinə riayət edin. NovoRapid®-i pompa sistemində istifadə etməyə başlamazdan öncə istifadə qaydası haqqında və xəstəliyiniz, qanda şəkərin səviyyəsinin çox yüksək və ya çox aşağı olması, pompa sisteminin nasazlığı təqdirdə lazımi tədbirlər barədə təfərrüatlı göstərişlər almalısınız.
• İynəni yeritməzdən əvvəl əllərinizi və iynənin yeridiləcəyi yeri su və sabun ilə yuyun ki, infuziya yerində iltihab proseslərinə yol verilməsin.
• Təzə rezervuarı doldurarkən, əmin olun ki, şprisdə və ya boruda iri hava köpükləri qalmayıb
• İnfuziya komplektinin dəyişdirilməsi (boru və iynə) komplekt ilə birlikdə gələn təlimatlara uyğun aparılmalıdır. İnsulin infuziya sistemindən tam faydalanmaq və insulin pompasının potensial nasazlıqlarını aşkar etmək üçün qanda şəkərin səviyyəsini müntəzəm ölçməyiniz tövsiyə olunur. Pompa sistemi nasaz olduqda nə etmək lazımdır? Pompa sisteminin nasazlığı təqdirdə dərialtı inyeksiya üçün alternativ insulin həmişə yanınızda olmalıdır. İnsulini istifadə etməyi unutmuşsunuzsa İnsulini istifadə etməyi unutmuşsunuzsa, qanda şəkərinizin səviyyəsi çox yüksələ bilər (buna hiperqlikemiya deyilir). Bu həmçinin aşağıdakı hallarda baş verə bilər.
• Hər dəfə lazım olandan daha az insulin istifadə etməyiniz
• İnfeksiya və ya qızdırma
• Adət etdiyinizdən daha çox yemək
• Adət etdiyinizdən daha az fiziki çalışma. Əlamətlər tədricən meydana çıxır. Bu əlamətlər: tez-tez sidik ifrazı, susuzluq, iştahanın azalması, naxoşluq (ürəkbulanma və qusma), yuxululuq və ya yorğunluq, dərinin qızarıb quru olması, ağızda quruluq hissi və nəfəsdən gələn aseton qoxusu. Bu, diabetik ketoasidoz (orqanizmdə qlükoza əvəzinə yağların parçalanması nəticəsində qanda keton cisimciklərin əmələ gəlməsi) adlanan çox ciddi bir vəziyyətin əlamətləri ola bilər. Müdaxilə olunmazsa, bu, diabetik komaya və ölümə səbəb ola bilər. Bu əlamətlərdən hər hansı biri Sizdə varsa, qanda şəkərin səviyyəsini ölçün; mümkündürsə, sidiyi də ketona görə yoxlayın, sonra dərhal həkimə müraciət edin. İnsulin inyeksiyaları dayandırılarsa Bu ağır hiperqlikemiya və ketoasidoza səbəb ola bilər. Həkimlə danışmadan insulinin istifadəsini dayandırmayın. Həkiminiz Sizə nə etmək lazım olduğu barədə məsləhət verəcək. Bu məhsulun istifadəsinə dair əlavə suallarınız varsa, həkiminiz və ya əczaçınız ilə danışın.