Sevimlilərə əlavə edin
Paylaşın

Nozeylin-Ns 15 ml Nazal Sprey

Məhsul Kodu : 111-24937
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
11,05 AZN
Kateqoriya: Burun və boğaz
KolleksiyaQiymət Xəbərdarlığı

NOZEYLİN-NS nazal sprey

Nozeylin tərkibi


Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,5 mq nafazolin hidroxlorid, 5,0 mq xlorfenamin vardır.
Köməkçi maddələr: kalium dihidrofosfat, susuz kalium hidrofosfat, limon turşusu monohidrat, natrium xlorid, benzalkonium xlorid, təmizlənmiş su.

Əks göstərişlər
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq, arterial hipertenziya, taxikardiya, hipertireoidizm, ağır ateroskleroz, bağlıbucaqlı qlaukoma, həmçinin monoaminooksidazanın inhibitorları ilə eyni vaxtda istifadəsi və onların qəbulu dayandırıldıqdan sonrakı 14 gün ərzində istifadəsi qadağandır. Altı yaşa qədər uşaqlarda istifadə edilməməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi yalnız həkim məsləhəti ilə mümkündür. Bu hallarda fayda-risk nisbəti nəzərə alınmalıdır. Ana südü ilə qidalanma zamanı preparatın uşağa təsiri tam öyrənilmədiyindən, istifadə ehtiyatla edilməlidir.


Nozeylin istifadə qaydası, dozası


Nozeylin-NS yalnız intranazal tətbiq olunur. Böyüklər və 6 yaşdan yuxarı uşaqlar üçün hər burun dəliyinə sutkada 2-3 dəfə 1-2 püskürtmə təyin edilir. Püskürtmələr arasında ən azı 3 saat fasilə olmalıdır. Sutkada 6 dəfədən artıq istifadə tövsiyə edilmir. Altı yaşdan kiçik uşaqlarda istifadəsi qadağandır.

Əlavə təsirləri
Məsləhət görülən dozada preparat adətən yaxşı tolere edilir. Bəzi hallarda burun selikli qişasında yanma, quruluq, güclü tutulma hissi, həmçinin taxikardiya, arterial hipertenziya, ürəkdöyünmə, yüksək tərləmə kimi sistemik təsirlər müşahidə edilə bilər. Uşaqlarda uzunmüddətli istifadəsi burun tutulmasının xronikləşməsinə səbəb ola bilər. Doza həddinin aşılması əsəbilik, tremor, yüksək tərləmə, başağrısı, ürəkbulanma, taxikardiya, hətta tənəffüs pozuntuları və şokla müşayiət oluna bilər. Belə hallarda müalicə simptomatik aparılmalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-24937

Oxşar Məhsullar

Akva Maris 10 ml Damla
6,50 AZN -%0
6,50AZN
Akva Maris 30 ml Burun Spreyi
12,20 AZN -%0
12,20AZN
Akva Maris Allergiya 20 ml Sprey
20,80 AZN -%0
20,80AZN
Akva Maris Ekstra 150 ml Sprey
19,50 AZN -%0
19,50AZN
Akva Maris Norm 50 ml Burun Spreyi
13,00 AZN -%0
13,00AZN
Akva Maris Plyus 30 ml Sprey
15,20 AZN -%0
15,20AZN
Akva Maris Stronq 30 ml Sprey
14,00 AZN -%0
14,00AZN
Akva Maris Uşaqlar üçün 150 ml Sprey
17,60 AZN -%0
17,60AZN
Angilor 30 ml Sprey
19,80 AZN -%0
19,80AZN
Anginovag 10 ml Sprey
16,15 AZN -%0
16,15AZN
Anzibel Bal-Limon N20 Tablet
6,00 AZN -%0
6,00AZN
Anzibel Mentol N20 Tablet
6,00 AZN -%0
6,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce