Меню
Мой счет
Я забыл свой пароль
регистр
моя тележка

NITOP 30MG N30 TB

Комментарий
Комментарии (1)
5.0 Средний балл
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Код продукта : 111-00215
İstehsalçı ölkə: Yunanistan
нравиться

Распроданный

Дайте мне знать, когда он прибудет
Добавить в список Рекомендовать Комментарий Оповещение о цене

Nitop, örtüklü tabletlər

Nitop tərkibi

Nitop tərkibi, 1 tabletin tərkibində 30 mq nimodipin vardır. Köməkçi maddələr: mikrokristalik sellüloza, polividon, krospovidon, qarğıdalı nişastası, maqnezium stearat, hipromelloza, makroqol 4000, titan dioksid.

Nitop, istifadəsinə göstərişlər

Anevrizma mənşəli subaraxnoidal qansızmadan sonra işemik nevroloji çatışmazlığın profilaktikası.

Əks göstərişlər

Nimodipinə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq; baş beyin toxumasının generalizə olunmuş ödemi, kəllədaxili təzyiqin xeyli yüksəlməsi; qaraciyərin aydın ifadə olunmuş funksional pozğunluğu; hamiləlik və laktasiya dövrü; ağır arterial hipotenziya; 18 yaşa qədər olan uşaqlarda (təhlükəsizliyi və effekti müəyyənləşdirilmədiyi üçün); miokard infarktı, yaxud qeyri-stabil stenokardiya müddətində və ya bu xəstəliklərin baş verdiyi bir ay ərzində; nimotop travmatik subaraxnoidal hemorragiya zamanı, faydasının riskə olan nisbəti müəyyənləşdirilmədiyi üçün, istifadə edilməməlidir. Rifampisinlə və ya epilepsiyaəleyhinə preparatlarla (fenobarbital, fenitoin, karbamazepin) eyni vaxtda qəbulu.

Nitop, istifadə qaydası

Anevrizma mənşəli subaraxnoidal qansızma: profilaktik qəbul - böyüklər. Müalicəni mümkün olduğu qədər tez başlamaq lazımdır. Nitopun peroral qəbulundan əvvəl 5-14 gün ərzində nimodipin parenteral təyin edilir. Subaraxnoidal qansızmalar zamanı məsləhət görülən doza 7 gün ərzində 60 mq sutkada 6 dəfə. Əlavə təsirlər yarandıqda, ehtiyac olduqda, dozanı azaltmaq və ya müalicəni dayandırmaq lazımdır. Yaşlı xəstələrdə, bədən kütləsi az olan və ya böyrəklərin funksional pozğunluğu zamanı bir dəfəlik doza müalicə həkiminin nəzarəti altında 15-30 mq məsləhət görülür. Beyin qan dövranının işemik pozulmalarında müalicəni mümkün olduğu qədər tez başlamaq lazımdır.

Prepared by  T-Soft E-Commerce.