Sevimlilərə əlavə edin
Paylaşın

Otrivin Mentol 0, 1% 10 ml Sprey

Məhsul Kodu : 111-04283
İstehsalçı ölkə : Isveçre
1 Şərh Şərh
6,46 AZN
Kateqoriya: Burun və boğaz
KolleksiyaQiymət Xəbərdarlığı

OTRİVİN, 0,1%mentol və evkaliptli dozalanmış burun spreyi

Otrivin tərkibi

 Təsiredici maddə:   1 ml məhlulun tərkibində 1 mq ksilometazolin hidroxlorid vardır. Köməkçi maddələr: natrium dihidrofosfat dihidrat, dinatrium fosfat dodekahidrat, natrium   xlorid, benzalkonium xlorid, sorbitol, dinatrium edetat, levomentol (mentol),   sineol (evkaliptol), kremofor RH 40, təmizlənmiş su.

İstifadəsinə göstərişlər:

 Müxtəlif mənşəli rinitlər. Burun boşluğunun iltihabı zamanı burundan axan ifrazat axınının yüngülləşdirilməsi. Orta  otit  zamanı köməkçi terapiaya qismində (burun-udlağı selikli qişasından axıntının azaldılması üçün). Rinoskopiyanın aparılmasının yüngülləşdirilməsi üçün.

Əks göstərişlər:

 Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, bağlıbucaqlı qlaukoma, atrofik rinit, quru rinit, hipofizin transfenoidal xaric edilməsi (və ya bərk beyin qişasının sıyrılması ilə transnazal və ya transoral cərrahi medaxilə). 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik Otrivin preparatının damardaraldıcı xüsusiyyətilə əlaqədar onu hamiləlik dövründə istifadə etmək olmaz. Laktasiya dövrü Ksilometazolinin ana südünə nüfuz etməsi məlum deyil. Laktasiya dövründə Otrivin preparatının istifadəsi, yalnız həkim təyinatı ilə mümkündür. Fertillik Otrivin preparatının fertilliyə təsiri üzrə müvafiq məlumat yoxdur. Heyvanlar üzərində nəzarət edilən tədqiqatlar əlçatan deyil. Ksilometazolinin sistem ekspozisiyası çox kiçik olduğu üçün fertilliyətəsiri az ehtimal edilir.

Otrivin istifadə qaydası, dozası

 Böyüklər və 12 yaşdan yuxarı uşaqlar Hər burun keçəcəyinə 1 püskürtmə təyin edilir. Ehtiyacolduqda, təkrarlamaq olar. Gündə 3 dəfədən artıq istifadə etmək olmaz. Axırıncı dozanı yatmazdan əvvəl istifadə etmək məsləhət görülür. Otrivin preparatını 1 həftədən artıq istifadə etmk olmaz, belə ki, uzun müddətli istifadəsi medikamentoz rinitə səbəb ola bilər. İstifadə etməzdən əvvəl burun keçəcəklərini yaxşıca təmizləmək lazımdır. Qapağı çıxartmaq  lazımdır. İlk dəfə istifadədən əvvəl püskürtməyə başlayana qədər bir neçə dəfə püskürdücüyə  basmaq lazımdır. Sonrakı istifadədə sprey artıq istifadəyə hazır vəziyyətdə olacaq. Püskürdücüni bir neçə dəfə basdıqdan sonra püskürtmə tam şəkildə icra olunmadıqda, məsələn, spreyin istifadəsini müvəqqəti dayandırdıqdan sonra yenidən püskürdücüyə 4 dəfə basmaq lazımdır. Ucluq burun keçəcəyinə yerləşdirilir, cəld şəkildə 1 dəfə püskürdücüyə basmaq lazımdır  və  eyni zamanda çox da dərin olmayan nəfəs almaq lazımdır, bu, spreyin burun boşluğunda  optimal şəkildə paylanmasını təmin edir. İstifadə edildikdən sonra qoruyucu qapağı yenidən taxmaq vacibdir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-04283

Oxşar Məhsullar

Akva Maris 10 ml Damla
6,50 AZN -%0
6,50AZN
Akva Maris 30 ml Burun Spreyi
12,20 AZN -%0
12,20AZN
Akva Maris Allergiya 20 ml Sprey
20,80 AZN -%0
20,80AZN
Akva Maris Ekstra 150 ml Sprey
19,50 AZN -%0
19,50AZN
Akva Maris Norm 50 ml Burun Spreyi
13,00 AZN -%0
13,00AZN
Akva Maris Plyus 30 ml Sprey
15,20 AZN -%0
15,20AZN
Akva Maris Stronq 30 ml Sprey
14,00 AZN -%0
14,00AZN
Akva Maris Uşaqlar üçün 150 ml Sprey
17,60 AZN -%0
17,60AZN
Angilor 30 ml Sprey
19,80 AZN -%0
19,80AZN
Anginovag 10 ml Sprey
16,15 AZN -%0
16,15AZN
Anzibel Bal-Limon N20 Tablet
6,00 AZN -%0
6,00AZN
Anzibel Mentol N20 Tablet
6,00 AZN -%0
6,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce