PANANGİN, infuziya məhlulu hazırlamaq üçün konsentrat
PANANGİN tərkibi
PANANGİN tərkibi, 10 ml (1 ampul) məhlulun tərkibində 400 mq maqnezium asparaginat (499,80 mq maqnezium asparaginat • 4 H2O şəklində), 452 mq kalium asparaginat (475,73 mq kalium asparaginat • ½ H2O şəklində) vardır
Panangin, istifadəsinə göstərişlər
Preparat xroniki ürək xəstəliklərində (ürək çatışmazlığı zamanı, postinfarkt dövründə), ürək ritminin pozuntusu zamanı, hər şeydən əvvəl mədəcik aritmiyasında əlavə terapiya üçün göstərişdir. Üskükotu preparatları ilə kombinasiyada əlavə terapiya kimi.
Əks göstərişlər
Kəskin və xroniki böyrək çatışmazlığı, Addison xəstəliyi, III dərəcəli atrioventrikulyar blokada, kardiogen şok (AT < 90 mm c. s.).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hazırkı dövrə qədər bu kateqoriyadan olan pasiyentlərdə preparatın istifadəsi zamanı hər hansı zərərli təsiri barədə məlumat verilməyib.
İstifadə qaydası və dozası
Preparat, yalnız venadaxili yeridilmə üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə 1-2 ampulun möhtəviyyatını 5%-li qlükoza məhlulunda həll edib və asta-asta damcı üsulu ilə venadaxili infuziya şəklində yeridilir. Ehtiyac olduqda bu dozanı 4-6 saatdan sonra təkrar etmək olar. Preparatı kombinəolunmuş terapiya üçün istifadə etmək olar.