Sevimlilərə əlavə edin
Paylaşın

Pankraza 25000 Iu N20 Kap

Məhsul Kodu : 111-28015
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
15,70 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

PANKRAZA, bağırsaqda həll olunan kapsullar

PANKRAZA tərkibi

Təsiredici maddə: 1 kapsulda 171,43 mq pankreatin (pellet formasında) vardır ki, bu da 10000 Avr. Farm. vahidi lipazaya, 8000 Avr. Farm.

vahidi amilazaya və 600 Avr. Farm. vahidi proteazaya müvafiqdir.

İstifadəsinə göstərişlər

- Həzm prosesinin pozulması ilə müşayiət olunan, mədəaltı vəzinin ekzokrin funksiyalarının çatışmazlığı; - mukovissidoz zamanı mədəaltı vəzinin ekzokrin funksiyalarının çatışmazlığının kompensasiyası.

Əks göstərişlər

Donuz mənşəli məhsullara qarşı və ya preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı təsdiq olunmuş hiperhəssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Tərkibinə mədəaltı vəzinin fermentləri daxil olan preparatların istifadəsi ilə hamilə qadınların müalicəsi barədə heç bir klinik məlumat yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlarda donuz mənşəli mədəaltı vəzi fermentlərinin absorbsiyası aşkar edilməmişdir və bu səbəbdən, reproduktiv və ontogenetik toksikliyin inkişaf etməsi ehtimal edilmir. Heyvanlar üzərində aparılan tədqiqatlara əsasən, mədəaltı vəzi fermentlərinin laktasiya dövründə qadınlara sistem təsiri barədə heç bir məlumat yoxdur. Bu səbəbdən, preparatın insan üçün potensial riski məlum deyil.

Beləliklə, son dərəcədə zəruri hallar istisna olmaqla, hamiləlik və ya laktasiya dövründə Pankraza preparatının istifadəsi tövsiyə olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir və ya əhəmiyyətsiz təsir göstərir.

PANKRAZA istifadə qaydası və dozası

Dozalanma rejimi Preparatın dozasını, xəstəliyin ağırlıq dərəcəsindən və istifadə edilən qidanın tərkibindən asılı olaraq, fərdi qaydada seçmək lazımdır. Uşaqlar Preparatın dozası bədən kütləsinə əsasən hesablanmalıdır. Preparatın başlanğıc dozası 4 yaşa qədər uşaqlar üçün 1 qida qəbulunda bədən kütləsinin 1 kq-na 1000 Avr. Farm.

vahidi lipaza və 4 yaşdan yuxarı uşaqlar üçün 1 qida qəbulunda bədən kütləsinin 1 kq-na 500 Avr. Farm. vahidi lipaza təşkil edir. Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr Preparatın dozasını, həzm prosesinin pozğunluq dərəcəsindən və istifadə edilən qidanın tərkibindən asılı olaraq, pasiyentin fərdi xüsusiyyətlərinin nəzərə alınması ilə seçmək lazımdır.

Ümumi tövsiyə olunan dozası 1 qida qəbulunda 20000-80000 Avr. Farm. vahidi lipaza (Pankraza 10000 Avr. Farm.

vahidi preparatının 2-8 kapsuluna və ya Pankraza 25000 Avr. Farm. vahidi preparatının 1-3 kapsuluna müvafiqdir) təşkil edir. Həzm pozğunluğunun ağırlıq dərəcəsindən asılı olaraq, müalicə üçün tələb olunan doza yuxarıda göstərilən dozalardan əhəmiyyətli dərəcədə yüksək ola bilər.

Preparatın tövsiyə olunan maksimal sutkalıq dozası Xüsusilə, mukovissidozdan əziyyət çəkən pasiyentlərdə istifadə edilən qidanın miqdarının və tərkibinin nəzərə alınması ilə yağların kifayət qədər sorulmasının təmin edilməsi üçün, fermentlərin tələb olunan dozasını aşmaq olmaz. Dozanın artırılması yalnız, həkim nəzarəti altında və simptomların (məsələn, steatoreyanın, qarın nahiyəsində ağrının) ağırlıq dərəcəsinin aşağı salınması məqsədi ilə aparılmalıdır. Preparatın sutkalıq dozası bədən kütləsinin 1 kq-na 15000-20000 Avr. Farm.

vahidi lipazadan və ya istifadə edilən 1 q yağ hesabı ilə 4000 Avr. Farm. vahidi lipazadan artıq olmamalıdır. İstifadə qaydası Preparat qida qəbulu zamanı və ya qida qəbulundan və ya yüngül qəlyanaltıdan dərhal sonra, kifayət qədər maye ilə birlikdə daxilə qəbul edilir.

Kapsullar bütöv, qırılmadan və ya çeynənilmədən daxilə qəbul edilməlidir. Udma qabiliyyəti çətin olduqda (məsələn kiçik yaşlı uşaqlarda və ya yaşlı pasiyentlərdə), kapsullar ehtiyatla açılmalı və pelletlər (kapsulların möhtəviyyatı) p H göstəricisi < 5,5 olan çeynənilməsi tələb olunmayan yumşaq qidaya (məsələn, alma püresinə və ya yoqurta) əlavə edilməlidir və ya p H göstəricisi < 5,5 olan kifayət qədər maye (məsələn, alma, portağal və ya ananas şirələri) ilə birlikdə qəbul edilməlidir. Pelletlərin qida ilə və ya maye ilə istənilən qarışığı saxlanılmamalıdır və həmin qarışıq hazırlandıqdan dərhal sonra istifadə edilməlidir. Pelletlərin bağırsaqda həll olunan örtüyünün qırılması və ya çeynənilməsi nəticəsində dağılması və ya pelletlərin p H göstəricisi > 5,5 olan qidaya və ya mayeyə əlavə edilməsi, fermentlərin ağız boşluğunda vaxtından əvvəl azad olmasına gətirib çıxara bilər və ağız boşluğunun selikli qişasının qıcıqlanmasına və eləcədə, preparatın effektivliyinin aşağı düşməsinə səbəb ola bilər.

Preparatın ağız boşluğunda qalmamasına nəzarət edilməlidir. Preparatın istifadəsi ilə müalicə müddətində pasiyentin kifayət qədər maye qəbulunu təmin etmək lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-28015

Oxşar Məhsullar

ACIDELOX (MAALOX) N30 SASHE
26,50 AZN -%0
26,50AZN
Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce