Sevimlilərə əlavə edin
Paylaşın

Pankreatin 25 Mq N60 Tablet

Məhsul Kodu : 111-06416
İstehsalçı ölkə : Rusiya
1 Şərh Şərh
2,90 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

PANKREATİN, bağırsaqda həll olan örtüklü tabletlər

PANKREATİN tərkibi

PANKREATİN tərkibi, 1 tabletin tərkibində 100,000 mq pankreatin vardır.

Pankreatin, istifadəsinə göstərişlər

Mədəaltı vəzinin xarici sekresiya funksiyasının çatışmazlığı zamanı əvəzedici müalicə: xroniki pankreatit, pankreatektomiya, şüalanmadan sonrakı vəziyyət, dispepsiya, mukovissidoz. Meteorizm, qeyri-infeksion mənşəli diareya, Remheld sindromu (qastrokardial sindrom). Qida mənimsənilməsinin pozulması (mədə və nazik bağırsaq rezeksiyasından sonrakı vəziyyət); normal mədə-bağırsaq traktı funksiyası qeyd olunan şəxslərdə qeyri-sağlam qida qəbulu zamanı (yağlı qida qəbulu, həddindən artıq qida qəbulu, qeyri-müntəzəm qidalanma) və çeynəmə funksiyaları pozulduğu hallarda, az hərəkətli həyat tərzi keçirdikdə və uzunmüddətli immobilizasiya zamanı qida həzmini yaxşılaşdırmaq üçün istifadə edilir. Qarın boşluğu orqanlarının rentgenoloji və ultrasəs müayinəsinə hazırlıq müddəti.

Əks göstərişlər

Preparatın tərkibinə daxil olan komponentlərə qarşı yüksək həssaslıq, kəskin pankreatit, xroniki pankreatitin kəskinləşməsi, 6 yaşa qədər uşaqlar. Preparatın tərkibində laktoza monohidratın olmasını nəzərə alaraq, qalaktozaya qarşı dözümsüzlüklə əlaqəli, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası sindromu kimi nadir irsi xəstəliklərdən əziyyət çəkən pasiyentlərdə preparatın istifadəsi tövsiyə olunmur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Pankreatinin hamiləlik dövründə istifadəsinin təhlükəsizliyi kifayət qədər öyrənilməmişdir. Hamiləlik dövründə preparatın istifadəsi yalnız, ana üçün gözlənilən faydası döl üçün potensial riskdən üstün olduğu hallarda mümkündür. Laktasiya dövründə pankreatinin istifadəsi üçün heç bir əks göstəriş yoxdur.

İstifadə qaydası və dozası

Daxilə qəbul etmək üçün nəzərdə tutulmuşdur. Preparatı yemək zamanı və ya yeməkdən sonra, çeynəmədən və qeyri-qələvi maye (su, meyvə şirələri) ilə birlikdə daxilə qəbul etmək lazımdır. Preparatın dozası fərdi qaydada, həzm pozğunluğunun dərəcəsindən asılı olaraq, müəyyən olunur. Böyüklərə adətən, sutkada 3–6 dəfə 2–4 tablet təyin edilir. Maksimum sutkalıq doza 16 tablet təşkil edir. 6 yaşdan yuxarı uşaqlarda preparat, həkim təyinatı əsasında istifadə edilir. Doza, fərdi qaydada müəyyən edilir. Adətən, sutkada 3 dəfə 1 tablet təyin edilir. Müalicənin davametmə müddəti bir neçə gündən (qeyri-sağlam qidalanma nəticəsində həzm prosesinin pozulması baş verdikdə) bir neçə aya və ya ilə qədər (daimi əvəzedici müalicə üçün zərurət yarandığı hallarda) dəyişə bilər.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-06416

Oxşar Məhsullar

Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
Almagel 170 ml Sirop
3,33 AZN -%0
3,33AZN
Almagel A 170 ml Suspenziya
4,14 AZN -%0
4,14AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce