Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:58 q və ya 116 q preparatın tərkibində 2,5 q və ya 5,0 q dekspantenol (100 % maddə hesabı ilə) vardır. Köməkçi maddələr: emulqasiya olunmuş setostearil spirti (tip A), makroqolqliserol kokoat, metilparahidroksibenzoat (E 218), propilenqlikol, kalium dihidrofosfat, natrium hidrofosfat dodekahidrat, təmizlənmiş su, tetraflüoretan.
İstifadəsinə göstərişlər:
Dərinin və selikli qişaların müxtəlif zədələnmələri zamanı, o cümlədən, sıyrıntılar, yanıqlar, əməliyyatdan sonrakı aseptik yaralar, dəri transplantasiyası, bullyoz və qovuqcuqlu dermatitlərdə istifadə olunur.
Əks göstərişlər:
Preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Pantotenat aktiv nəqlolunma prosesi yolu ilə plasentar baryerdən keçir və udulma dərəcəsinə proporsional olaraq, ana südünə nüfuz edir. Yerli istifadədən sonra dekspantenolun sistem biomənimsənilməsi barədə heç bir məlumatın olmamasını nəzərə alaraq, hamiləlik və ya laktasiya dövründə Pantenol aerozolun dərinin geniş sahələrində istifadəsi üçün zərurət yarandıqda, preparatın istifadəsinin ana üçün faydasını və döl/uşaq üçün ehtimal olunan riskini hərtərəfli qiymətləndirmək lazımdır. Hamiləlik dövründə preparatın istifadəsi, yalnız həkim təyinatı əsasında mümkündür. Laktasiya dövründə döş giləsinin çatlarının müalicəsi üçün istifadə edildikdə, qidalandırmadan əvvəl preparatı yumaq vacibdir.
Pantenol aerozolunu sutkada 1 və ya bir neçə dəfə zədələnmiş nahiyəyə bir bərabərdə püskürtmək lazımdır. Preparatı püskürtdükdə, balonu vertikal, qapağı yuxarı istiqamətdə saxlamaq lazımdır. Keyfiyyətli köpüyün əldə olunması üçün, xüsusilə, preparat uzun müddət ərzində istifadə edilmədiyi halda, balonu istifadə etməzdən əvvəl hər dəfə güclü çalxalamaq lazımdır. Preparat ilk dəfə istifadə edildiyi halda, köpük əmələ gəlməmişdən əvvəl, ilk olaraq yalnız propellent püskürdülə bilər. Püskürdücünün taxmasını zədələnmiş nahiyəyə yaxınlaşdırmaq və üzərindən yüngül sıxaraq, 10- 20 sm məsafədən 1-2 saniyə müddətində preparatı zədələnmiş nahiyəyə bir bərabərdə püskürtmək lazımdır. Müalicənin davametmə müddəti xəstəliyin növündən və gedişindən asılıdır və həkim məsləhətindən sonra müəyyən olunur. Pantenol aerozolu üz nahiyəsində istifadə etmək tələb olunduğu halda, preparatı bilavasitə üz nahiyəsinə püskürtmək olmaz. Preparatı ovucun icinə püskürtmək və sonra üz nahiyəsinin müvafiq hissəsinə yaymaq lazımdır. Preparatı gözlərə, bilavasitə ağız boşluğuna və ya buruna püskürtmək olmaz.