Sevimlilərə əlavə edin
Paylaşın

Panto-Denk 20 Mq N28 Tablet

Məhsul Kodu : 111-21011
İstehsalçı ölkə : Almaniya
0 Şərh Şərh
10,22 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

PANTO-DENK 20, qastro-rezistent tabletlər

Panto-Denk tərkibi 

Təsiredici maddə:1 qastro-rezistent tabletin tərkibində 22,575 mq pantoprazol natriuma ekvivalent 20 mq pantoprazol vardır.

İstifadəsinə göstərişlər:

 Panto-Denk 20 böyüklər və 12 yaşdan yuxarı yeniyetmələrdə aşağıdakı xəstəliklərin müalicəsində istifadə edilir:

 − simptomatik qastroezofageal reflyuks xəstəliyi;

 − reflüks ezofagitin uzunmüddətli müalicəsi və residivlərinin qarşısının alınması. Panto-Denk 20 böyüklərin müalicəsi üçün aşağıdakı hallarda göstərişdir:

 − QSİƏP-lə fasiləsiz müalicə vacib olan risk qrupundan olan pasiyentlərdə qeyri-selektiv qeyri-steroid iltihabəleyhinə preparatlarla törədilən qastroduodenal xoranın profilaktikası

Əks göstərişlər:
 Pantoprazol, soya, yer fındığı, benzimidazol törəmələrinə və ya bu preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq (“Tərkibi” bölməsinə baxın).

Hamiləlik və laktasiya dövründə istifadəsi:
 Hamiləlik Hamilə qadınlar haqqında orta miqdarda məlumat (300-1000 hamiləlik nəticələri arasında) pantoprazolun malformativ və ya feto/neonatal toksikliyinin olmadığını göstərir. Heyvanlarda aparılan tədqiqatlar reproduktiv toksiklik olduğunu göstərmişdir. Ehtiyat tədbiri olaraq, hamiləlik zamanı pantoprazolun istifadəsindən çəkinməyə üstünlük verilir. Laktasiya Heyvanlarda aparılan tədqiqatlar, pantoprazolun ana südünə ifraz olunduğunu göstərmişdir. Pantoprazolun ana südünə ifrazı barədə kifayət qədər məlumat yoxdur, amma ana südünə ifrazı haqqında məlumat bildirilib. Yenidoğulmuşlar/körpələr üçün risk istisna edilə bilməz. Bu səbəbdən, ana südü ilə qidalanmanın dayandırılması və ya pantoprazol ilə müalicədən imtina edilməsi/ müalicənin dayandırılması barədə qərar, ana südü ilə qidalanmanın uşağa və pantoprazol terapiyasının qadınlara faydasını nəzərə alaraq verilməlidir. Fertillik Heyvanlarda aparılan tədqiqatlarda pantoprazolun tətbiqindən sonra fertilliyin pozulmasına dair heç bir sübut yoxdur.

Panto-Denk istifadə qaydası, dozası

 Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr Simptomatik qastroezofageal reflyuks xəstəliyi Məsləhət görülən peroral doza gündə 1 tablet (20 mq pantoprazol) təşkil edir. Adətən simptomların yüngülləşməsi 2-4 həftə ərzində əldə edilir. Bu müddət kifayət etmədikdə, simptomların yüngülləşməsi sonrakı 4 həftə ərzində baş verir. Bu effekt əldə edildikdə, residivləşən simptomları ehtiyac olduqda, tələbata görə gündə 1 dəfə 20 mq pantoprazol qəbul etməklə, nəzarətdə saxlamaq olar. Tələb olunan müalicənin köməyilə simptomlar aradan qalxmadıqda, fasiləsiz terapiyaya keçidi nəzərdən keçirmək olar. Reflüks ezofagitin uzunmüddətli müalicəsi və residivlərinin profilaktikası Uzun müddətli müalicə üçün gündə 1 dəfə 1 tablet (20 mq pantoprazol) dəstəkləyici doza tövsiyə edilir, residiv baş verdikdə, doza gündə 1 dəfə 40 mq-a qədər artırıla bilər. Bu halda 40 mq-lıq pantoprazol qəbul edilir. Residiv aradan qalxdıqdan sonra dozanı yenidən 20 mq-a qədər azaltmaq olar. Böyüklər QSİƏP-lə fasiləsiz müalicə vacib olan risk qrupundan olan pasiyentlərdə qeyri-selektiv qeyristeroid iltihabəleyhinə preparatlarla törədilən qastroduodenal xoranın profilaktikası Tövsiyə edilən peroral doza gündə 1 tablet (20 mq pantoprazol) təşkil edir. Qaraciyər funksiyası pozulmuş pasiyentlər Ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə pantoprazolun sutkalıq dozasını 20 mq-dan çox artırmaq olmaz. Böyrək çatışmazlığı olan pasiyentlər Böyrək funksiyası pozulmuş pasiyentlərdə dozanın korreksiyası tələb edilmir. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə dozanın korreksiyası tələb edilmir. Pediatrik populyasiya Bu yaş qrupunda istifadəsinin təhlükəsizliyi və effektivliyi üzrə məlumat məhdud olduğu üçün pantoprazolu 12 yaşdan aşağı uşaqlarda istifadə etmək məsləhət görülmür. İstifadə qaydası Daxilə qəbul edilir. Tabletləri çeynəmək və ya xırdalamaq olmaz, yeməkdən 1 saat əvvəl bir qədər su ilə udmaq lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-21011

Oxşar Məhsullar

ACIDELOX (MAALOX) N30 SASHE
26,50 AZN -%0
26,50AZN
Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce