Out Of Stock
Notify me when its in stockTəsiredici maddə:
1 qastro-rezistent tabletin tərkibində 45,15 mq pantoprazol natriuma ekvivalent 40 mq pantoprazol vardır. Köməkçi maddələr: maltitol, krospovidon, natrium karmelloza, susuz natrium karbonat, kalsium stearat. Örtük: polivinil alkoqol, talk, titan dioksid, makroqol 3350, soya lesitini, sarı dəmir oksidi, susuz natrium karbonat, metakril turşusu-etil akrilat kopolimer (1:1), trietil sitrat.
İstifadəsinə göstərişlər:
12 yaşdan yuxarı uşaqlar və böyüklərdə:
− reflüks ezofaqit. Böyüklərdə:
− Helicobacter pylori (H. pylori) ilə əlaqəli mədə xorası olan pasiyentlərdə müvafiq antibiotik terapiyası ilə birlikdə H. Pylori-nin eradikasiyası;
− mədə və onikibarmaq bağırsaq xorası;
− Zollinger-Ellison sindromu və digər patoloji hipersekresiya halları.
Əks göstərişlər:
Pantoprazol, soya, yer fındığı, benzimidazol törəmələrinə və ya bu preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq (“Tərkibi” bölməsinə baxın).
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik Hamilə qadınlar haqqında orta miqdarda məlumat (300-1000 hamiləlik nəticələri arasında) pantoprazolun malformativ və ya feto/neonatal toksikliyinin olmadığını göstərir. Heyvanlarda aparılan tədqiqatlar reproduktiv toksiklik olduğunu göstərmişdir. Ehtiyat tədbiri olaraq, hamiləlik zamanı pantoprazolun istifadəsindən çəkinməyə üstünlük verilir. Laktasiya Heyvanlarda aparılan tədqiqatlar, pantoprazolun ana südünə ifraz olunduğunu göstərmişdir. Pantoprazolun ana südünə ifrazı barədə kifayət qədər məlumat yoxdur, amma ana südünə ifrazı haqqında məlumat bildirilib. Yenidoğulmuşlar/körpələr üçün risk istisna edilə bilməz. Bu səbəbdən, ana südü ilə qidalanmanın dayandırılması və ya pantoprazol ilə müalicədən imtina edilməsi/ müalicənin dayandırılması barədə qərar, ana südü ilə qidalanmanın uşağa və pantoprazol terapiyasının qadınlara faydasını nəzərə alaraq verilməlidir. Fertillik Heyvanlarda aparılan tədqiqatlarda pantoprazolun tətbiqindən sonra fertilliyin pozulmasına dair heç bir dəlil yoxdur.
12 yaşdan yuxarı uşaqlar və böyüklər Reflüks ezofagit Tövsiyə olunan doza gündə bir dəfə 40 mq-dır. Fərdi hallarda, xüsusən digər müalicələrə reaksiya olmadıqda, doza iki dəfə artırıla bilər (gündə 2 tablet pantoprazol 40 mq-a qədər artım). Reflüks ezofagitin müalicəsi üçün adətən 4 həftə tələb olunur. Bu müddət kifayət deyilsə, sağalma adətən növbəti 4 həftə ərzində əldə olunur. Böyüklər İki müvafiq antibiotiklə birlikdə Helicobacter pylori-nin eradikasiyası Mədə və onikibarmaq bağırsaq xorası olan, H. pylori müsbət olan xəstələrdə, mikrobun kombinəolunmuş terapiya ilə məhvinə nail olmaq lazımdır. Müalicə bakterial rezistentliyə və antibakterial vasitələrinin müvafiq istifadəsinə dair mövcud kliniki protokollara uyğun olaraq aparılmalıdır. Rezistentlikdən asılı olaraq, H. Pylori-nin eradikasiyası üçün aşağıdakı müalicə sxemləri tövsiyə edilə bilər: a) Bir tablet pantoprazol 40 mq gündə iki dəfə + 1000 mq amoksisilin gündə iki dəfə + 500 mq klaritromisin gündə iki dəfə. b) Bir tablet pantoprazol 40 mq gündə iki dəfə + 400-500 mq metronidazol (və ya 500 mq tinidazol) gündə iki dəfə + 250-500 mq klaritromisin gündə iki dəfə. c) Bir tablet pantoprazol 40 mq gündə iki dəfə + 1000 mq amoksisilin gündə iki dəfə + 400-500 mq metronidazol (və ya 500 mq tinidazol) gündə iki dəfə. H. pylori infeksiyasının eradikasiyası üçün kombinəolunmuş terapiyada, Panto-denk 40 mq preparatının ikinci tabletini axşam yeməyindən 1 saat əvvəl qəbul etmək lazımdır. Kombinəolunmuş terapiya adətən 7 gün ərzində aparılır və ümumi müalicə müddəti iki həftəyə qədər olmaqla, müalicə növbəti 7 gün müddətinə uzadıla bilər. Xoraların sağalması üçün pantoprazol ilə növbəti müalicə göstəriş olarsa, onikibarmaq bağırsaq və mədə xorasının müalicəsi üçün doza tövsiyələri nəzərə alınmalıdır. Kombinəolunmuş terapiya uyğun deyilsə, məsələn, xəstədə H. pylori testi mənfidirsə, Panto-denk 40 mq ilə monoterapiya üçün aşağıdakı dozalar tövsiyə olunur: Mədə xorasının müalicəsi Bir tablet pantoprazol 40 mq gündə 1 dəfə. Fərdi hallarda, xüsusilə digər müalicəyə reaksiya olmadıqda, doza iki dəfə artırıla bilər (gündə 2 tablet pantoprazol). Mədə xorasının müalicəsi üçün adətən 4 həftə tələb olunur. Bu müddət kifayət olmadıqda, sağalma adətən növbəti 4 həftə ərzində əldə olunur. Onikibarmaq bağırsaq xorasının müalicəsi Bir tablet pantoprazol 40 mq gündə 1 dəfə. Fərdi hallarda, xüsusilə digər müalicəyə reaksiya olmadıqda, doza iki dəfə artırıla bilər (gündə 2 tablet pantoprazol). Onikibarmaq bağırsaq xorasının sağalması üçün adətən 2 həftə kifayət edir. Bu müddət kifayət olmadıqda, sağalma növbəti 2 həftə ərzində əldə olunacaq. Zollinqer-Ellison sindromu və digər patoloji hipersekresiya halları Zollinger-Ellison sindromu və digər patoloji hipersekresiya hallarının uzunmüddətli müalicəsi preparatın gündəlik 80 mq (2 tablet 40 mq pantoprazol) dozası ilə başlanmalıdır. Bundan sonra, doza təlimata uyğun olaraq mədə turşusunun ifrazının dəyərlərindən asılı olaraq yuxarı və ya aşağı titrlənə bilər. Gündəlik 80 mq-dan yuxarı doza bölünməli və gündə iki dəfə verilməlidir. Pantoprazolun dozasının 160 mq-dan yuxarı müvəqqəti artırılması mümkündür, lakin adekvat turşu nəzarəti üçün tələb olunan müddətdən çox istifadə edilməməlidir. Zollinqer-Ellison sindromu və digər patoloji hipersekresiya hallarının müalicə müddəti məhdud deyil və klinik ehtiyaclara uyğun olmalıdır. Xüsusi populyasiya Qaraciyər çatışmazlığı olan pasiyentlər Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə gündəlik pantoprazol 20 mq-dan çox istifadə edilməməlidir. Pantoprazol 40 mq, orta və ağır dərəcəli qaraciyərin funksional pozğunluğu olan xəstələrdə H. pylori-nin eradikasiyası üçün kombinə müalicədə istifadə edilməməlidir, çünki bu xəstələrin kombinə müalicəsində pantoprazolun 40 mq-nın effektivliyi və təhlükəsizliyi barədə məlumat yoxdur. Böyrək çatışmazlığı olan xəstələr Böyrək funksiyası pozulmuş xəstələrdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Böyrək funksiyası zəif olan xəstələrdə H.pylori-nin eradikasiyası üçün 40 mq pantoprazol kombinasiya müalicədə istifadə edilməməlidir, çünki bu xəstələr üçün kombinasiya müalicədə pantoprazol 40 mq-nin effektivliyi və təhlükəsizliyi barədə məlumat yoxdur. Yaşlı insanlar Yaşlı xəstələrdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Pediatrik populyasiya Bu yaş qrupunda pantoprazolun təhlükəsizliyi və effektivliyi ilə bağlı məlumatlar məhdud olduğuna görə 12 yaşdan kiçik uşaqlarda istifadəsi tövsiyə edilmir. İstifadə qaydası Peroral istifadə üçündür. Tabletlər çeynənməməli və əzilməməli, yeməkdən 1 saat əvvəl bir miqdar su ilə bütöv şəkildə udulmalıdır.