Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

PANTOGAM 10% 100ML SRP

Məhsul Kodu : 111-06383
Reseptlə satılır
İstehsalçı ölkə: Rusiya
14,99 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

PANTOQAM, şərbət

PANTOQAM tərkibi

Təsiredici maddə: 100 ml preparatın tərkibində 10,0 q kalsium hopantenat (Pantoqam®) vardır.

İstifadəsinə göstərişlər

− Perinatal ensefalopatiyalı uşaqlar, həyatlarının ilk günlərindən başlayaraq; − uşaq serebral iflicinin müxtəlif formaları; − müxtəlif dərəcəli, o cümlədən, davranış pozğunluqları ilə müşayiət olunan əqli zəiflik; − uşaqlarda, özünü psixi inkişafın ümumi ləngiməsi, spesifik nitq pozğunluqları, hərəki funksiyaların pozğunluqları və bunların birlikdə qeyd olunması, məktəb vərdişlərinin (oxuma, yazma, hesab qabiliyyəti kimi digər vərdişlərin) formalaşmasının pozulması şəklində biruzə verən psixi status pozğunluqları; − hiperkinetik pozğunluqlar, o cümlədən, diqqət çatışmazlığı ilə m üşayiət olunan hiperaktivlik sindromu; − nevrozabənzər vəziyyətlər (əsasən, kloniki formada qeyd olunan kəkələmə zamanı, tiklər, qeyri-üzvi enkoprez və enurez qeyd olunduqda); − senil demensiyanın başlanğıc formalarında, baş beynin travmatik, toksik, neyroi nfeksion mənşəli üzvi zədələnmələri zamanı, baş beyin damarlarının arteriosklerotik dəyişikliklər i nəticəsində mnestik-intellektual səmərəliliyin aşağı düşməsi; − serebral üzvi çatışmazlıqla müşayiət olunan şizofreniya (psixotrop preparatlarla kompleks şəkildə); − beynin üzvi zədələnmələri zamanı ekstrapiramid pozğunluqlar (mioklonik epilepsiya, Hentinqton xoreyası, hepatolentikulyar degenerasiya, Parkinson xəstəliyi və digər vəziyyətlər) və eləcə də, neyroleptiklərin istifadəsi nəticəsində meydana çıxan ekstrapiramid sindromun müalicəsi və profilaktikası; − psixi proseslərin ləngiməsi və koqnitiv səmərəliliyin aşağı düşməsi ilə müşayiət olunan epilepsiya, antikonvulsantlarla birlikdə; − həddindən artıq psixoemosional yüklənmələr, əqli və fiziki iş qabiliyyətin in aşağı düşməsi, diqqət konsentrasiyasının və yaddaşın yaxşılaşdırılması; − sidik ifrazının neyrogen pozğunluqları (pollakiuriya, sidik ifrazına imperativ (əmredici) çağırışlar, sidiyin imperativ saxlanılmaması).

Əks göstərişlər

Preparata qarşı yüksək həssaslıq, kəskin ağır dərəcəli böyrək xəstəlikləri, hamiləlik dövrü (1-ci trimestr), fenilketonuriya (şərbətin tərkibində aspartam vardır).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın klinik istifadə təcrübəsinin olmamasını nəzərə alaraq, həmin kateqoriyaya daxil olan pasiyentlərdə preparatın istifadəsi tövsiyə olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın istifadəsi ilə əlaqəli yuxuya meylliliyin meydana çıxma ehtimalını nəzərə alaraq, preparatın istifadəsinin ilk günlərində nəqliyyat vasitəsini və dig ər potensial təhlükəli mexanizmləri idarə etdikdə, ehtiyat tədbirlərinə riayət edilməlidir (“Əlavə təsirləri” bölməsinə bax).

PANTOQAM istifadə qaydası və dozası

Preparat qida qəbulundan 15-30 dəqiqə sonra, daxilə qəbul edilməlidir. Preparatın, adətən, istifadə edilən dozası böyüklər üçün 2,5 -15 ml (0,25-1,5 q), uşaqlar üçün 1 - 15 ml (0,1-1,5 q) təşkil edir. Preparatın sutkalıq dozası böyüklər üçün 5-30 ml (0,5-3 q), uşaqlar üçün 1-30 ml (0,1-3 q) təşkil edir. Müalicə kursunun davametmə müddəti – 1-4 ay, bəzi hallarda 6 aya qədər təşkil edir.

3 -6 aydan sonra təkrar müalicə kursunun aparılması mümkündür. Uşaqlara yaşdan və sinir sisteminin patologiyasından asılı olaraq, preparatın tövsiyə olunan sutkalıq dozası – 30-50 mq/kq bədən kütləsinə təşkil edir. Pre paratın istifadə tezliyi – gündə 1-2 dəfə təşkil edir. Preparatın dozalanması üçün, üzərində müvafiq olaraq 1; 2; 2,5; 3; 4 ml bölgülər qeyd olunmuş 5 ml həcmli ölçü qaşığından istifadə edilməlidir.

1 ml preparatın tərkibində 100 mq təsiredici maddə vardır. Uşağın bədən kütləsi (kq) Sutkalıq dozası (mq) Sutkalıq dozası (ml) 3,3–6,0 100–400 1–4 6,6–10,0 200–500 2–5 10,0–12,0 300–600 3–6 13,3–16,0 400–800 4–8 16,6–20,0 500–1000 5–10 20,0–28,0 600–1400 6–14 27,0–40,0 800–2000 8–20 40,0–60,0 1200–3000 12–30 60 kq-dan yuxarı 1800–3000 18–30 Müalicənin taktikası nda preparatın dozasının 7 gün müddətində artırılması, preparatın əsas müalicə kursu müddətində tövsiyə olunan dozada istifadəsi və dozanın 7 gün müddətində tədricən aşağı salınması ilə müalicənin tam dayandırılması nəzərdə tutulmuşdur. Müalicə kursunun davametmə müddəti 1 -3 ay (ayrı -ayrı xəstəliklər zamanı 6 aya qədər və daha artıq müddət) təşkil edir. Şizofreniya zamanı psixotrop preparatlarla kombinasiyada – sutkada 5-30 ml (0,5-3 q).

Müalicə kursunun davametmə müddəti 1-3 ay təşkil edir. Epilepsiya zamanı antikonvulsantlarla (qıcolmaəleyhinə preparatlarla) kombinasiyada – sutkada 7,5-10 ml (0,75-1 q). Müalicə kursunun davametmə müddəti 1il və daha çox təşkil edir. Ekstrapiramid pozğunluqlarla müşayiət olunan neyroleptik sindrom zamanı – preparatın sutkalıq dozası 30 ml -ə qədər (3 qrama qədər) təşkil edir, müalicə bir neçə ay müddətində davam etdirilməlidir.

Sinir sisteminin üzvi xəstəlikləri qeyd olunan pasiyentlərdə ekstrapiramid hiperkinezlər zamanı – sutkada 5-30 ml (0,5-3 q). Müalicə kursunun davametmə müddəti 4 ay və daha çox təşkil edir. Neyroinfeksiyaların və kəllə -beyin travmalarının nəticələri – sutkada 5 -30 ml (0,5-3 q) təşkil edir. Yüksək iş yüklənməsi və astenik vəziyyətlərdə iş qabiliyyətinin bərpa edilməsi məqsədi ilə – sutkada 3 dəfə 2,5-5 ml (0,25-0,5 q) təşkil edir.

Sidik ifrazı pozğunluqları zamanı – uşaqlara – sutkada 1-2 dəfə 2,5 -5 ml (0,25 -0,5 q), sutkalıq doza 25-50 mq/kq, müalicə kursunun davametmə müddəti 2-3 ay təşkil edir; böyüklərə – sutkada 2-3 dəfə 5-10 ml (0,5-1 q) təşkil edir. Preparatın nootrop təsirini nəzərə alaraq, onu n səhər və gündüz saatlarında istifadəsinə üstünlük verilməlidir.

Prepared by  T-Soft E-Commerce.