Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 40 mq pantoprazola ekvivalent olan (45,228 mq)
pantoprazol natrium seskvihidrat vardır.
Təsiredici maddəyə, əvəz olunmuş benzimidazollara və ya hər hansı bir digər köməkçi maddəyə
və onların kombinasiyasına qarşı hiperhəssaslıq.
Hamiləlik
Pantoprazolun hamilə qadınlarda istifadəsinə dair adekvat məlumatlar yoxdur. Heyvanlar üzərində
aparılan tədqiqatlarda reproduktiv toksiklik aşkar edilmişdir. İnsanlarda potensial riski məlum
deyil. PARSESOL hamiləlik zamanı yalnız çox vacib hallar istisna olunmaqla, istifadə
olunmamalıdır
Laktasiya
Heyvanlar üzərində aparılan tədqiqatlarda pantoprazolun südə keçməsi müəyyən edilmişdir.
İnsanlarda ana südünə keçməsi qeyd olunmuşdur. Buna görə ana südü ilə qidalandırmanı davam
etdirmək/yaxud dayandırmaq, yaxud PARSESOL ilə müalicəni davam etdirmək/yaxud
dayandırmaq haqqında qərar uşağa ana südü ilə qidalandırmanın faydası və PARSESOL ilə
müalicənin qadına faydası nəzərə alınaraq verilməlidir.
Tabletlər əzilmədən və çeynənmədən yeməkdən bir saat əvvəl su ilə bütöv olaraq udulur.
Tövsiyə olunan doza:
12 yaşdan yuxarı yeniyetmələr və böyüklər
Reflüks ezofaqit
PARSESOL bir tablet gündə bir dəfə. Fərdi hallarda doza iki dəfə artırıla bilər (gündə iki tabletə
qədər) xüsusən digər müalicəyə cavab olmadıqda. Adətən reflüks ezofaqitin müalicəsi üçün 4
həftə tələb olunur.
Bu müddət kifayət etmədikdə, sağalma növbəti 4 həftə ərzində baş verir.
Böyüklər
H. Pylori-nin iki uyğun antibiotiklə kombinasiyada eradikasiyası
Helicobacter pylori bakteriyası ilə müşaiyət olunan mədə və onikibarmaq bağırsaq xorası olan
xəstələrdə kompleks müalicə ilə mikrobun məhv edilməsinə nail olunur. Bakterial rezistentlik və
uyğun antibiotiklərlə müalicə və antibakterial preparatların təyinatına görə lokal rəsmi protokollara
baxılmalıdır (milli tövsiyələr). Rezistentlik müxtəlifliyindən asılı olaraq, aşağıdakı kombinasiyalar
H. Pylori-nin eradikasiyası üçün tövsiyə oluna bilər.
a) gündə iki dəfə bir tablet PARSESOL
+ gündə iki dəfə 1000 mq amoksisillin
+ gündə iki dəfə 500 mq klaritromisin
b) gündə iki dəfə bir tablet PARSESOL
+ gündə iki dəfə 400 – 500 mq metronidazol (yaxud 500 mq tinidazol)
+ gündə iki dəfə 250 – 500 mq klaritromisin
c) gündə iki dəfə bir tablet PARSESOL
+ gündə iki dəfə 1000 mq amoksisillin
+ gündə iki dəfə 400 – 500 mq metronidazol (yaxud 500 mq tinidazol)
H. Pylori infeksiyası eradikasiyasının kombinə olunmuş müalicəsində ikinci PARSESOL tablet
axşam yeməyindən bir saat əvvəl qəbul olunmalıdır. Kombinə olunmuş müalicə ümumiyyətlə 7
gün aparılmalıdır və növbəti 7 günə qədər uzadıla bilər, ümumi müddət iki həftə olmaqla. Xoranın
sağalmasından əmin olmaq üçün daha sonra pantoprazolla müalicə mədə və 12-barmaq bağırsaq
xorasında verilən dozada təyin edilir.
Kompleks müalicə istifadə olunmadığı halda, yaxud xəstənin H. pylori bakteriyasına test nəticəsi
mənfidirsə, Pantoprazol monoterapiya şəkilində aşağıdakı dozalarda təyin edilir:
Mədə xorasının müalicəsində:
1 tablet gündə bir dəfə. Bəzi hallarda, xüsusən də, başqa müalicələr effekt göstərməyibsə, doza 2
dəfə artırıla bilər (gündəlik 2 tablet). Adətən, mədə yarasının müalicəsi üçün 4 həftə tələb olunur.
Bu müddət kifayət etmədikdə adətən sonrakı 4 həftədə sağalmaya nail olunur.
Onikibarmaq bağırsaq xorasının müalicəsində:
1 tablet gündə bir dəfə. Bəzi hallarda, xüsusən də, başqa müalicələr effekt göstərməyibsə, doza 2
dəfə artırıla bilər (gündəlik 2 tablet). Adətən, onikibarmaq bağırsaq yarası müalicəsi üçün 2 həftə
tələb olunur. Bu müddət kifayət etmədikdə sonrakı 2 həftədə demək olar ki bütün hallarda
sağalmaya nail olunur.
Zollinger-Ellison sindromu və digər patoloji hipersekretor hallar:
Zollinger-Ellison sindromu və digər patoloji hipersekretor hallarda uzunmüddətli müalicə gündəlik
80 mq doza ilə başlamalıdır (2 tablet Pantoprazol 40 mq). Sonradan doza mədə turşusu
sekresiyasının intensivliyindən asılı olaraq müvafiq şəkildə artırıla və ya azaldıla bilər. Gündəlik
doza 80 mq-dan artıq olduqda iki yerə bölünərək gündə 2 dəfə verilməlidir. Dozanın müvəqqəti
160 mq-a çatdırılması mümkündür, lakin bu müvafiq turşu nəzarəti üçün tələb olunan müddətdən
artıq tətbiq edilməməlidir.
Zollinger-Ellison sindromu və digər patoloji hipersekretor halların müalicə müddətinə limit
qoyulmur və klinik ehtiyacdan asılı olaraq uyğunlaşdırıla bilər.
Xüsusi qrup əhali:
12 yaşdan aşağı uşaqlar
12 yaşdan aşağı yaş qrupuna təsiri haqda əldə olan məlumatlar məhdud olduğu üçün bu yaşda
uşaqlara təyin edilməsi məsləhət görülmür.
Qaraciyər pozğunluqlar
Gündə 20 mq pantoprazol (1 tablet 20 mq pantoprazol) ağır qaraciyər pozğunluqlar ilə xəstələrdə
artırılmamalıdır. Pantoprazol orta və ağır qaraciyər disfunksiyası olan xəstələrdə H. Pylori-nin
eradikasiyası üçün kombinə olunmuş müalicədə istifadə olunmamalıdır, çünki belə xəstələrdə
pantoprazolun kombinə olunmuş müalicədə effektivliyi və təhlükəsizliyi haqda məlumatlar
yoxdur.
Böyrək pozğunluqlar
Böyrək pozğunluqlar olan xəstələrdə dozalanmaya düzəlişlər etmək vacib deyil.
Pantoprazol böyrək funksiyasının pozuntusu olan xəstələrdə H. Pylori-nin eradikasiyası üçün
kombinə olunmuş müalicədə istifadə olunmamalıdır, çünki belə xəstələrdə pantoprazolun kombinə
olunmuş müalicədə effektivliyi və təhlükəsizliyi haqda məlumatlar yoxdur.
Yaşlılar
Yaşlı insanlarda dozalanmaya düzəlişlər etmək vacib deyil.
Qida və içki ilə birlikdə qəbulu
Yeməkdən 1 saat əvvəl tabletləri əzmədən və çeynəmədən bir qədər su ilə qəbul olunur.