Sevimlilərə əlavə edin
Paylaşın

Parijon 20 Mq N56 Tablet

Məhsul Kodu : 111-25803
İstehsalçı ölkə : Hindistan
0 Şərh Şərh
29,00 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

Parijon, 20 mq bağırsaqda həll olan tabletlər 

Parijon tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 20 mq rabeprazol natrium vardır. 

Əks göstərişlər 

Hamiləlik; 
laktasiya dövrü (döşlə əmizdirmə); 
preparatın komponentlərinə qarşı yüksək həssaslıq; 
əvəz olunmuş benzimidazollara qarşı yüksək həssaslıq. 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Rabeprazol hamiləlik və laktasiya dövründə əks göstərişdir. 
Hamiləlik zamanı rabeprazolun istifadəsinin təhlükəsizliyi haqqında məlumatlar yoxdur. 
Rabeprazolun insanda ana südü ilə ifraz olunması məlum deyil. Uşaq əmizdirən analarda müvafiq 
tədqiqatlar aparılmamışdır. 

İstifadə qaydası və dozası 

Kəskinləşmə fazasında olan onikibarmaq bağırsaq və mədə xorası xəstəliyi zamanı 4-6 həftə 
müddətində gündə 1 dəfə səhərlər 1 tablet (20 mq) qəbul etmək məsləhətdir. 
Onikibarmaq bağırsaq xorası olan xəstələrin əksəriyyətində sağalma 4 həftə müddətində baş verir, 
lakin bəzi xəstələrə isə xoraların sağalması üçün Parijon tabletləri ilə əlavə 4 həftəlik müalicə kursu tələb oluna bilər. 
Mədə xorası  olan xəstələrin əksəriyyətində sağalma 6 həftə müddətində baş verir, bəzi xəstələrə isə xoraların sağalması üçün Parijon tabletləri ilə əlavə 6 həftəlik müalicə kursu tələb oluna bilər. 
QERX-in müalicəsi zamanı 4-8 həftə müddətində gündə 1 dəfə 1 tablet (20 mq) qəbul etmək 
məsləhətdir. Zollinger-Ellison sindromu və patoloji hipersekresiya ilə xarakterizə olunan digər 
vəziyyətlərin müalicəsi zamanı doza fərdi olaraq seçilir. Başlanğıc doza 60 mq/gün təşkil edir, sonra isə doza artırılır və preparat birdəfəlik qəbul zamanı gündə 100 mq-a qədər və ya gündə 2 dəfə olmaqla 60 mq dozada təyin olunur. Müalicə klinik ehtiyac baxımından davam etdirilməlidir. 
Zollinger-Ellison sindromu olan bəzi xəstələrdə rabeprazolla müalicə 1 ilə qədər təşkil edə bilər. 
Helicobacter pylori ilə əlaqəli yoluxma olan onikibarmaq bağırsağın xora xəstəliyi və ya xroniki 
qastritin müalicəsi zamanı antibiotiklərin müvafiq kombinasiyalarının tətbiq edilməsi ilə bir neçə 
eradikasiya variantından istifadə olunur. Preparatların aşağıdakı kombinasiyalarından biri ilə 7 
günlük müalicə kursu məsləhət görülür: 
Parijon tabletləri gündə 2 dəfə 20mq + klaritromisin gündə 2 dəfə 500 mq və amoksisillin gündə 2 dəfə 1q. 
Parijon tabletləri gündə 2 dəfə 20mq + klaritromisin gündə 2 dəfə 500 mq və metronidazol gündə 2 dəfə 400 mq. Eradikasiyanın 90%-dən yuxarı olan ən yaxşı nəticələri Parijon tabletlərinin 
klaritromisin və amoksisillinlə kombinasiyası zamanı əldə olunur. 
Parijon tabletlərinin gündə 1 dəfə qəbulu tələb olunan zaman preparatı səhər, yeməkdən əvvəl qəbul etmək lazımdır. Müəyyən olunub ki, nə günün vaxtı, nə də qida qəbulu preparatın aktivliyinə təsir göstərmir. Lakin Parijon tabletlərinin məsləhət olunan vaxtda qəbulu xəstələr tərəfindən müalicə sxeminə daha yaxşı riayət olunmasına səbəb olur. 
Tabletləri çeynəmədən və xırdalamadan bütöv qəbul etmək lazımdır. 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-25803

Oxşar Məhsullar

ACIDELOX (MAALOX) N30 SASHE
26,50 AZN -%0
26,50AZN
Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce