Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 şprisdə 60 mq (6000 BV-yə ekvivalentdir) anti-Xa vardır.
Natrium enoksaparin istifadəsi aşağıdakı hallarda əks göstərişdir:
• Parinoks, heparin və ya onun törəmələrinə, o cümlədən, digər kiçik molekulyar çəkili
heparinlərə qarşı hiperhəssaslıq göstərməsi;
• Son 100 gün ərzində immun sistemi ilə əlaqədar heparin mənşəli trombositopeniya və ya qan
dövranında antitel mövcudluğu;
• Klinik baxımdan əhəmiyyətli qanaxma və ya qanaxma riski yüksək olan vəziyyətlər, o
cümlədən, yaxın zamanlarda keçirilmiş hemorragik insult, mədə-bağırsaq xorası, yüksək
qanaxma riski olan bədxassəli yeni törəmələr, yaxın zamanlarda keçirilmiş beyin, spinal və
ya oftalmoloji cərrahi əməliyyatlar, ezofageal eroziyalar, arteriya-venoz malformasiyalar,
vaskulyar anevrizmalar və ya intraspinal və ya intraserebral damar anomaliyaları daxil
olmaqla, yüksək hemorragik risk daşıyan hallar;
• Spinal və ya epidural və ya lokal anesteziyadan 24 saat əvvəl müalicə üçün natrium
enoksaparin istifadə edilməsi.
• Aktiv güclü qanaxma, eləcə də yüksək qanaxma riski olan vəziyyətlər və ya xəstəliklər:
düşük təhlükəsi, baş beyin damarlarının anevrizması və ya aortanın laylanan anevrizması
(in vitro şəraitdə natrium enoksaparinin olduğu mühitdə antitrombositar anticisimlərə qarşı
müsbət testlə birlikdə rast gəlinən trombositopeniya).
Hamiləlik kateqoriyası B.
Nəslartırma potensialına malik qadınlar/Doğuma nəzarət (Kontrasepsiya)
Eksperimental tədqiqatlar hər hansı fetotoksiklik və ya teratogenlik hadisələrini nümayiş
etdirməmişdir.
Hamiləlik dövrü
Qadınlarda hamiləliyin ikinci və üçüncü trimestrlərində enoksaparinin plasentar baryerdən
keçməsini göstərən hadisələr qeyd olunmamışdır. Birinci trimestrlərə dair məlumatlar əldə
olunmamışdır.
Natriumun enoksaparin hamiləlik dövründə yalnız həkim təyinatı ilə istifadə edilməlidir.
Natriumun enoksaparin qəbul edən hamilə qadınlar qanaxma və ya həddindən artıq antikoaqulyasiya əlamətləri görüldükdə diqqətlə izlənilməli və onlara hemorragik risk barədə xəbərdarlıq edilməlidir.
Epidural anesteziya planlaşdırıldığı halda, natrium enoksaparin müalicəsini dayandırmaq tövsiyə
olunur.
Laktasiya dövrü
Dəyişməmiş enoksaparinin ana südü ilə xaric olub-olunmaması tədqiqatlar zamanı müəyyən
edilməmişdir. Natrium enoksaparinin ağızdan sorulması ehtimalı azdır. Buna görə də, Parinoks ENX südvermə zamanı istifadə edilə bilər.
Reproduktivlik qabiliyyəti/Fertillik
Reproduktivlik qabiliyyəti/fertilliyə dair tədqiqatlar aparılmayıb.
Damarlarda qan laxtalanmasının qarşısını almaq üçün: -Laxtalanma riskinin dərəcəsinə görə təyin olunur. Belə ki, gün ərzində veriləcək olan Parinoks ENX dozası 20 mq ilə 40 mq arasında dəyişir. Məsələn, gündə 1 Parinoks ENX 2000 anti-Xa/0,2 ml əvvəlcədən doldurulmuş Şpris və ya Parinoks ENX 4000 anti-Xa/0,4 ml əvvəlcədən doldurulmuş Şprisdən istifadə ediləcəkdir. Bu müalicə müddəti, adətən, 7-10 gün davam edir. - Əgər ciddi ortopedik əməliyyat keçirmisinizsə, bu əməliyyatdan sonra Parinoks ENX ilə müalicəni 3 həftəyə qədər uzatmaq lazım gələ bilər. - Əgər əməliyyat olacaqsınızsa və tövsiyə olunan doza 20 mq-dırsa, bu doza əməliyyatdan 2 saat
əvvəl effektiv və təhlükəsiz hesab olunur. -Əgər tövsiyə olunan doza 40 mq olarsa, bu dozanı əməliyyatdan 12 saat əvvəl və dəstəkləyici doza isə əməliyyatdan 12-24 saat sonra yeridilməlidir. - Xəstəlikdən asılı olaraq yataq xəstəsi olduğunuz hallarda bir gündə veriləcək Parinoks ENX dozası 40 mq (0,4 ml) olacaq. Bu müalicə 6-14 gün davam edəcək.
Damarlarda əmələ gələn qan laxtalarının parçalanması üçün - Ümumiyyətlə, gündə bir dəfə bədən çəkinizin hər kiloqramına 1,5 mq dozada (məsələn, bədən
çəkiniz 80 kq-dırsa, sizə lazım olan gündəlik doza 120 mq-dır. Bu doza gündə 2 dəfə Parinoks ENX anti-Xa /0,6 ml əvvəlcədən doldurulmuş inyeksiyalardan istifadə etməklə əldə edilə bilər) və ya hər 12 saatdan bir bədən çəkisinin hər kiloqramına uyğun olaraq 1 mq dozada veriləcəkdir. Müalicənin orta müddəti 10 gündür.
Tibbi pasiyentlərdə venoz tromboemboliyanın profilaktikas:
Tövsiyə edilən doza 40 mq gündə bir dəfə dərialtı inyeksiya.
Parinoks ilə müalicə minimum 6 gün təyin olunur və tam ambulator vəziyyətə qayıdana qədər,
maksimum 14 günə qədər davam edir.
Ağciyər emboliyası ilə və ya dərin venoz tromboemboliyanın müalicəsi
Parinoks dərialtına birdəfəlik gündəlik inyeksiya şəklində 1,5 mq/kq və ya gündə iki dəfə 1 mq/kq
yeridilir. Venoz tromboemboliyanın(VTE ) təkrar yaranma riski aşağı olan xəstələrdə gündə bir dəfə 1,5 mq/kq təyin oluna bilər. Ağırlaşmış tromboemboliya xəstəliyi, xərçəng, piylənmə, təkrarlanan venoz tromboemboliya və proksimal tromboz zamanı 1 mq/kq gündə iki dəfə istifadə edilməsi məsləhət görülür. Natrium enoksaparinlə orta müalicə müddəti 10 gün təşkil edir. Ehtiyac olduqda peroral antikoaqulyant təyin olunmalıdır və Natrium enoksaparin terapiyası müvafiq peroral antikoaqulyant təyin olunana qədər davam etdirilməlidir.
Hemodializ zamanı ekstrakorporal trombun yaranmasının profilaktikası
Tövsiyə edilən doza 1 mq/kq təşkil edir. Qanaxma riski yüksək olan pasiyentlər üçün doza
0,5 mq/kq-a qədər azaldılmalıdır ikili damar yolu üçün, və ya tək damar yolu üçün 0,75 mq/kq-a
qədər azaldılmalıdır.
Hemodializ zamanı Parinoks dializin başlanğıcında arterial xəttə yeridilir və adətən 4-saatlıq seans kifayət edir. Əgər fibrin halqası aşkar olunarsa sonrakı doza 0.5-1 mq/kq verilə bilər.
Kəskin koronar sindrom: Qeyri-sabit stenokardiya və Q dişsiz miokard infarktının müalicəsi üçün -Adətən, bədən çəkinizin hər kiloqramı üçün 1 mq dozada verilməli və bu doza hər 12 saatdan bir
təkrarlanmalıdır. Məsələn, bədən çəkiniz 60 kq olarsa, sizə lazım olan gündəlik doza 60 mq-dır. Bu dozanın hər 12 saatdan bir təkrarlanacağını nəzərə alaraq, 2 ədəd Parinoks ENX 6000 anti-Xa
/0,6 ml əvvəlcədən doldurulmuş şpris tələb olunacaqdır. Bu müalicə, adətən, 2 ilə 8 gün davam
etməlidir. - Bununla yanaşı müalicə srategiyasından asılı olmayaraq gündə bir dəfə başlanğıc doza olaraq 150-300 mq və davamlı olaraq 75-325 mq asetil salisil turşusu qəbul edilməlidir.
Dializ zamanı cihazın borularında laxtaların əmələ gəlməsinin qarşısını almaq üçün -Dializ seansının əvvəlində bədəndən çıxan boruya tibb bacısı tərəfindən vurulacaq doza, adətən,
bədən çəkisinin hər kiloqramı üçün 1 mq təşkil edir. Bu doza, adətən, 4 saatlıq dializ seansı üçün
kifayətdir. - Həkimin zəruri hesab etdiyi halda, əlavə doza verilə bilər.
Dərialtından koronar revaskulyarizasiya proseduru (PCI) tətbiq olunan xəstələr üçün - Əgər ürəyinizi qidalandıran koronar arteriyalarınızda laxtalanmanı qasıq nahiyənizdə kiçik bir
kəsiklə müalicə etmək üçün müdaxilə tətbiq olunubsa, o zaman həkiminiz Parinoks ENX
preparatının son dozasının qəbulu zamanına əsaslanaraq sizə əlavə dozanın verilməsinə dair qərar
verəcəkdir. - Parinoks ENX-un son subkutan dozası balon şişirdilməsindən 8 saatdan da uzun müddət öncə
verilmişsə, bu halda bədən çəkisinin hər kiloqramına birdəfəlik 0,3 mq Parinoks ENX dozası
venadaxili yeridiləcəkdir.
İstifadə qaydası və üsulu
Parinoks ENX dəri altına tətbiq olunmalıdır.
Parinoks ENX əzələdaxili yeridilməməlidir.
• ST segmentinin qalxması ilə gedən miokard infarktı birdəfəlik IV bolus yeridilmə inyeksiya
ilə başlanır və bundan sonra dərialtı inyeksiya ilə aparılır.
• Hemodializ zamanı ekstrakorporal dövriyyədə tromboz əmələ gəlməsinin qarşısını almaq
üçün qoldakı dializ dövrəsi olan arterial damara vurulur. Tək istifadə üçün nəzərdə tutulmuş
əvvəlcədən doldurulmuş injektor istifadə olunmalıdır.
IV bolus şəklində inyeksiya (yalnız kəskin STEMI göstəricisi üçün)
• İlkin bolus dozası 3000 IU (30 mq)
İlkin 3000 IU (30 mq) bolus dozası üçün natrium enoksaparinin əvvəlcədən doldurulmuş
şpris istifadə olunur və həddindən artıq həcm şprisdə qaldıqda yalnız 3000 IU (30 mq) saxlanmaqla əlavə miqdar çıxarılır. Daha sonra 3000 IU (30 mq) doza birbaşa IV xəttə yeridilə bilər. Natrium enoksaparinin əvvəlcədən doldurulmuş 60 mq-lıq şprisin köməyilə 3 mq/ml qatılıqlı məhlulunu əldə etmək üçün içərisində 50 ml infuziya məhlulu (yəni, 0,9 %-li natrium xlorid və ya
5%-li dekstroza mehlulu) olan qabdan istifadə etmək tövsiyə olunur. İçərisində infuziya məhlulu
olan qabdan adi şprisin köməyi ilə 30 ml məhlul çixarilir və tullanılır. Natrium enoksaparin (dərialtı yeridilmək üçün 60 mq-lıq şprisin içərisindəki məhlul) qabda qalmış 20 ml infuziya üçün məhlula əlavə olunur. Qabın içərisindəki durulaşdırılmış natrium enoksaparin məhlulu ehtiyatla qarışdırılır. Yeridilmək üçün lazımi qədər durulaşdırılmış natrium enoksaparin məhlul şprislə götürülür, lazımi həcm aşağıdaki düstur üzrə hesablanır.
Durulaşdırılmış məhlulun həcmi = Pasiyentin bədən kütləsi (kq) * 0.1
Durulaşdırıldıqdan sonra venadaxili yeridilməli olan həcmlər
Pasiyentin bədən kütləsinə əsasən lazım olan doza 0,3 mq/kq hesablanır. Preparat 3 mq/ml konsentrasiyaya qədər durulaşdırıldıqdan sonra venadaxili yeridilməli olan həcm aşağıdakı kimidir:
45 kq çəkidə pasiyent üçün doza 13,5 mq təşkil edir və yeridilməli həcm 4,5 ml-dir.
50 kq – 15 mq, 5 ml;
55 kq – 16,5 mq, 5,5 ml;
60 kq – 18 mq, 6 ml;
65 kq – 19,5 mq, 6,5 ml;
70 kq – 21 mq, 7 ml;
75 kq – 22,5 mq, 7,5 ml;
80 kq – 24 mq, 8 ml;
85 kq – 25,5 mq, 8,5 ml;
90 kq – 27 mq, 9 ml;
95 kq – 28,5 mq, 9,5 ml;
100 kq – 30 mq, 10 ml.
Ağır böyrək çatışmazlığı
Hemodializ zamanı ekstrakorporal sirkulyasiya zamanı tromb formalaşmasının qarşısının alınması istisna olmaqla, böyrək çatışmazlığının son mərhələsində olan (kreatinin klirensi <30 ml/dəq) pasiyentlər üçün denoksiparin natriumun istifadəsi tövsiyə edilmir.
Böyrək çatışmazlığının səviyyəsindən asılı olaraq dozalanma (kreatinin klirensi 15–30 ml/dəq)
Venoz tromboembolik xəstəliklərin profilaktikası üçün preparat 2 000 İU (20 mq) dozada, dərialtı yeridilmə yolu ilə gündə bir dəfə tətbiq olunur.
Dərin damar trombozu (DVT) və ağciyər emboliyasının (PE) müalicəsində 100 İU/kq (1 mq/kq) bədən çəkisinə uyğun olaraq, dərialtı yeridilmə yolu ilə gündə bir dəfə istifadə edilir.
Qeyri-sabit stenokardiya və Q dişsiz miokard infarktının (NSTEMI) müalicəsində də 100 İU/kq (1 mq/kq) doza, dərialtı yeridilmə yolu ilə gündə bir dəfə təyin olunur.
ST segmentinin qalxması ilə gedən kəskin miokard infarktının (STEMI) müalicəsində, 75 yaşdan aşağı pasiyentlər üçün başlanğıc olaraq birdəfəlik 3 000 İU (30 mq) dozasında venadaxili bolus tətbiq edilir və ardınca 100 İU/kq (1 mq/kq) dozada dərialtı yeridilmə yolu ilə 24 saatdan bir davam etdirilə bilər. 75 yaşdan yuxarı pasiyentlərdə isə başlanğıc doza olaraq venadaxili istifadə qadağandır və preparat 100 İU/kq (1 mq/kq) dozada dərialtı yeridilmə yolu ilə 24 saatdan bir tətbiq olunur. Tövsiyə olunan dozalanmanın korreksiyası hemodializ göstərişinə tətbiq edilmir.
Yüngül və orta böyrək çatışmazlığı
Həmçinin yüngül böyrək çatışmazlığı (kreatinin klirensi 30-50 ml/dəq) və ya orta böyrək
çatışmazlığı (kreatinin klirensi 50-80 ml/dəq) olan pasiyentlərdə dozalanmanın korreksiyası tövsiyə olunmur, diqqətli klinik monitorinq məsləhət görülür.
Qaraciyər çatışmazlığı
Klinik tədqiqatlar olmadığı üçün, ehtiyatlı olmaq lazımdır.
Pediatrik populyasiya
Parinoksun uşaqlarda effektivliyi və təhlükəsizliyi təsdiq olunmayıb.
Yaşlı populyasiya
Əgər böyrəklərin funksiyası pozulmayıbsa, yaşlılarda dozalanmanın korreksiyasına ehtiyac olmur Spinal/epidural anesteziyada tətbiqi
Həkim epidural və ya spinal anesteziya/analgeziya kontekstində antikoaqulyant müalicə üsulu tətbiq etmək qərarına gəldikdə, nevraksiyal hematoma riski səbəbindən diqqətli nevroloji monitorinq tövsiyə olunur. Kateterin qoyulması və ya çıxarılması preparatın daha aşağı dozalarının (sutkada 1 dəfə 20 mq, sutkada 1 ve ya iki dəfə 30 mq, sutkada bir dəfə 40mq) yeridilməsindən ən azı 12 saat sonra və daha yüksək dozalarının (gündə iki dəfə 0.75 mq/kq bədən kütləsi, sutkada iki dəfə 1 mq/kq bədən kütləsi, sutkada bir dəfə 1,5 mq/kq bədən kütləsi) yeridilməsindən ən azı 24 saat sonra aparılmalıdır. Bu zaman nöqtələrində Anti-Xa səviyyələri aşkar edilə bilər və bu gecikmələr neyroaksiyal hematomanın qarşısının alınacağına zəmanət vermir. Gündə iki dəfə 0.75 mq/kq bədən kütləsi və ya gündə iki dəfə 1 mq/kq bədən kütləsi dozasında natrium enoksaparin qəbul edən pasientlərə belə dozalanma rejimində kateter qoyulmazdan və ya dəyişdirilməzdən əvvəlki intervalı uzatmaq məqsədi ilə ikinci dozanı yeritməmək lazımdır. Növbəti dozanın yeridilməsi minimum 4 saat uzadılması zamanı fayda/risk nisbətinə (digər risk amilləri nəzərə alınmaqla tromboz və ya qanaxma riski) görə müəyyən etmək lazımdır.
Kreatinin klirensi [15-30] mL/dəq olan xəstələrdə natrium enoksiparinin orqanizmdən çıxarılması
ləngiyir. Buna görə də bu kateqoriyadan olan pasientlərdə kateterin çıxarılma anından etibarən
keçən müddətin iki dəfə uzadılmasını nəzərdən keçirmək lazımdır. Natrium enoksiparinnin kiçik
dozaları (gündə 1 dəfə 30mq )üçün minimum 24 saat və daha yüksək dozaları (sutkada 1 mq/kq
bədən kütləsi) üçün minimum 48 saatdır. Natrium enoksaparin 2000 IU (20 mq) əməliyyatdan 2 saat əvvəl başlanması nevroaksial anesteziya ilə uyğun gəlmir. Parinoks ENX preparatını necə özünüzə dəri altı inyeksiya edəcəksiniz?
Parinoks ENX digər inyeksiya üçün mayelərlə qarışdırılmamalıdır.
Özünüzə Parinoks ENX inyeksiya etmək üçün əvvəlcədən müvafiq texnikanı bilməlisiniz. Dərman və ya özünüzə inyeksiya ilə bağlı suallarınız varsa, həkiminizə müraciət edin. Tətbiq üçün aşağıdakı 9 addımı yerinə yetirin.
1. Əllərinizi sabunla yuyun və qurudun.
2. Rahat bir vəziyyətdə oturun və ya uzanın. Qarın bölgənizdə inyeksiya edəcəyiniz nöqtə
əlçatan olmalıdır. Divanda və ya yastıqla dəstəklənən çarpayıda uzana bilərsiniz. 3. Qarnınızın sağ və ya sol tərəfində, yanlara doğru və göbəyinizdən ən azı 5 sm uzaqlıqda bir
sahə seçin. UNUTMAYIN -Mövcud göyərmə və yaralar üzərində inyeksiya etməməlisiniz. Qarnınızın sağ və sol tərəflərində inyeksiya nöqtəsini növbəli şəkildə dəyişdirməlisiniz. - Şprisi əlinizə qələm tuturmuş kimi götürün. Digər əlinizlə inyeksiya üçün seçdiyiniz nahiyənin
dərisini yumşaq bir şəkildə tutun və onu baş və şəhadət barmağınız arasında yumşaq bir şəkildə
sıxın.İynəni şaquli olaraq (90° bucaq altında) dəri qatına tam daxil edin. -Şprisin pistonunu baş barmağınızla itələyin. Bu şəkildə dərman qarın dərinizdəki yağ toxumasına veriləcəkdir. İnyeksiya boyunca dəri qatını tutmağa davam edin. - İynəni düz və birdəfəyə çıxarın. İndi dəri qatını buraxa bilərsiniz. Göyərtilərin qarşısını almaq üçün tətbiq olunan inyeksiya yerini sürtməyin. - İstifadə olunmuş şprisi təhlükəsiz şəkildə atın. Şprisi qoyduğunuz qabın qapağını möhkəm bağlayın və uşaqların əli çatmayan yerdə saxlandığından əmin olun. Normal məişət tullantıları üçün istifadə edilən qutulara atmayın.
Parinoks ENX-un damara birdəfəlik inyeksiya ilə verilməsi lazım olduqda, bu prosedur xəstəxanada aparılacaq və texnikanı bilən tibb bacısı və ya həkim tərəfindən həyata keçirilməlidir.