Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:1 tabletin tərkibində 5 mq bisoprolol fumarat (4,24 mq bisoprolola müvafiqdir), 5 mq perindopril arginin (3,395 mq perindoprilə müvafiqdir) vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza PH 102 (E460), kalsium karbonat (E170), jelatinləşdi- rilmiş qarğıdalı nişastası, natrium nişasta qlikolyatı A (E468), susuz kolloidal silisium (E551), maqnezium stearat (Liqa E572), natrium kroskarmelloza (E468), qliserin (E422), hipromelloza (E464), makroqol 6000, titan dioksid (E171), sarı dəmir oksidi (E172), qırmızı dəmir oksidi (E172).
Təsviri:
Prestilol açıq çəhrayı-bej rəngli, uzunsov, iki-hissəli, üzəri örtüklü tabletlərdir və bir üzündə ‘ ’ işarəsi, digər üzündə isə “5/5” yazısı oyulmuşdur. Tablet iki bərabər hissəyə bölünə bilər.
İstifadəsinə göstərişlər:
Prestilol yüksək qan təzyiqi (hipertoniya) hallarını müalicə etmək və/və ya stabil xroniki ürək çatışmazlığında (orqanizmin ehtiyaclarını ödəmək üçün ürəyin qan təchizatının yetərsizliyi nəticəsində yaranan təngnəfəslik və şişkinlik varsa) və/və ya ürək xəstəlikləri riskini azaltmaq, məsələn, sabit koronar arteriya xəstəliyi olan xəstələrdə (ürəyin qan təchizatının azalması və ya pozulması) infarkt riskini azaltmaq və infarkt keçirmiş xəstələrdə və/və ya ürəyin qan təchizatını yaxşılaşdırmaq üçün damarların genişləndirilməsi üçün əməliyyatdan keçmiş xəstələrdə istifadə edilir.
Əks göstərişlər:
• Sizin bisoprol və ya hər hansı digər β-blokatora, perindoprilə və ya hər hansı digər AÇF inhibitoruna, yaxud bu preparatın hər hansı digər inqrediyentinə (“Tərkibi” bölməsində sadalanan) qarşı allergiyanız varsa;
• ürəyinizlə bağlı qəflətən ağırlaşan və\yaxud stasionar müalicə tələb edən problemləriniz varsa;
• kardiogen şok keçirmisinizsə (aşağı qan təzyiqi ilə bağlı ciddi ürək çatışmazlığı);
• yavaş və ya qeyri-sabit ürək döyüntüsü ilə səciyyələnən ürək xəstəliyiniz varsa (ikinci və ya üçüncü dərəcəli atrioventrikulyar blokada, sinus vəzisinin disfunksiyası);
• zəif ürək döyüntüsü varsa;
• çox aşağı qan təzyiqiniz varsa;
• kəskin astma və ya ciddi xroniki ağciyər xəstəliyiniz varsa;
• ətraflarınızda qan dövranı ilə bağlı ciddi problemləriniz varsa (məsələn, Reyno xəstəliyi) və bu səbəbdən əl və ayaq barmaqlarınız keyləşir və ya rəngi solur və ya göyərirsə;
• müalicə edilməyən feoxromositoma (böyrəküstü vəzidə nadir yenitörəmə xəstəliyi) xəstəliyiniz varsa;
• maddələr mübadiləsi asidozu varsa (bu zaman qanınızda turşuluq səviyyəsi yüksək olur);
• üzünüzdə, dilinizdə və ya boğazınızda şişklinlik və xışıltılı nəfəsalma varsa, daha əvvəl AÇF inhibitoru ilə müalicə zamanı dərinizdə kəskin qaşınma və səpmə halları baş veribsə və ya ailənizin hər hansı üzvündə digər hallarda bu simptomlar müşahidə edilibsə (angiödem adlanan bir haldır);
• 3 aydan çox hamiləsinizsə (erkən hamiləlik dövründə də Prestilol preparatının qəbulu arzuedilməzdir – bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsi);
• əgər arterial təzyiqi aşağı salmaq üçün aliskiren tərkibli dərman preparatı qəbul edirsinizsə və eyni zamanda şəkərli diabet və ya böyrəklərin funksional pozulması probleminiz varsa;
• əgər Siz dializ və ya başqa hemofiltrasiya proseduraları istifadə edirsiz; Istifadə olunan maşın növündən asılı olaraq, Prestilol-un qəbulu Sizin üçün uyğun olmaya bilər;
• qan təchizatı azalması nəticəsində ağır böyrək xəstəliyi (böyrək arteriyasının stenozu);
• ürək çatışmazlığın müalicəsində istifadə olunan sakubitril/valsartan dərman vəsitələri ilə birlikdə istifadə (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”); Prestilol, sakubitril / valsartan dərman vəsitələrin son qəbulundan 36 saatdan sonra təyin edilməlidir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri:
Prestilol qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər Sizdə aşağıda göstərilmiş hallardan hər hansı biri varsa və ya olmuşsa, həkiminizi bu barədə məlumatlandırmalısınız:
• diabet xəstəliyiniz varsa;
• böyrək xəstəliyiniz varsa (o cümlədən böyrək transplantasiyası) və ya dializ qəbul edirsinizsə;
• qaraciyər xəstəliyiniz varsa;
• aorta və ya mitral klapanların stenozu (ürəkdən gələn əsas qan damarının daralması) və ya hipertrofik kardiomiopatiya (ürək əzələsinin xəstəliyi) və ya böyrək arteriyasının stenozu (böyrəyi qanla təchiz edən arteriyanın daralması) xəstəliyiniz varsa;
• qanda aldosteron hormonunun səviyyəsinin anomal artması (birincili aldosteronizm);
• ürək çatışmazlığı və ya ürəyinizlə bağlı hər hansı digər problemləriniz varsa, məsələn ürək döyüntüsü ritmində zəif pozuntular və ya sakit halda döş qəfəsində kəskin ağrılar (Prinsmetal stenokardiyası);
• kollagenoz xəstəliyiniz varsa (birləşdirici toxumanın xəstəliyi), məsələn sistem eritematoz və ya sklerodermiya;
• duzsuz pəhrizdəsinizsə və ya kalium tərkibli duz əvəzedicilərindən istifadə edirsinizsə;
• bu yaxınlarda ishal və ya qusma baş veribsə və ya bədən susuzlaşıbsa (Prestilol qan təzyiqinin düşməsinə səbəb ola bilər);
• ASLP- aferez keçmisinizsə (xolesterinin qandan aparat vasitəsilə çıxarılması);
• hazırda allergiyaya qarşı müalicə keçirsinizsə və ya arı sancmasına olan allergiya və həssaslığın azaldılması üçün müalicə keçirsinizsə;
• ciddi pəhriz rejimi saxlayırsınızsa;
• anesteziya və yaxud mühüm cərrahiyyə əməliyyatı gözlənilirsə;
• ətraflarınızda qanın hərəkəti ilə bağlı problemləriniz varsa;
• astma və ya xroniki ağciyər xəstəliyiniz varsa;
• psoriaz xəstəliyiniz varsa (və ya olubsa);
• böyrəküstü vəzidə şiş varsa (feoxromositoma);
• qalxanvarı vəzidə pozuntu varsa (Prestilol preparatı qalxanvarı vəzinin hiperaktivliyinin simptomlarını gizlədə bilər);
• angioödem varsa (üzün, dodaqların və ya udqunma və ya nəfəsalmada ciddi çətinliklər yaradan dilin və boğazın şişməsi ilə nəticələnən ciddi allergik reaksiya). Müalicə zamanı bu hər an baş verə bilər. Əgər belə simptomlarınız yaranarsa, Prestilolun qəbulunu dərhal dayandırın və həkiminizə müraciət edin;
• qara dərilisinizsə, Sizdə angioödem riski daha yüksək olur və bu preparat digər dəri rəngindən olan pasientlərə nisbətən Sizdə qan təzyiqinin azaldılmasında daha az effektiv ola bilər;
• yüksək arterial təzyiqin müalicəsi üçün aşağıdakı preparatlardan hər hansı birini qəbul edirsinizsə: - angiotenzin II reseptorların blokatorları (ARB) (bunlara sartanlar da deyilir, məsələn, valsartan, telmisartan, irbesartan) – xüsusilə də, əgər şəkərli diabetlə əlaqədar böyrək çatışmazlığından əziyyət çəkirsinizsə. - aliskiren Həkiminiz Sizdə böyrəklərin funksiyalarını, arterial təzyiq və qanda elektrolitlərin (məs., kalium) miqdarını mütamadi intervallarda yoxlaya bilər. Aşağıdakı dərmanlardan hər hansı birini qəbul edirsinizsə angioödem riski artır:
• rasekadotril (diareya zamanı istifadə edilir);
• sirolimus, everolimus, temsirolimus və mTor inhibitorları sinifinə aid olan digər dərman vasitələri (transplantasiya olunmuş orqanların rədd edilməməsi üçün istifadə edilir);
• sakubitril: ürək çatışmazlığın müalicəsində istifadə olunan (valsartan dərman vəsitəsi ilə kombinasiyasında); Prestilol preparatının qəbulunu dərhal dayandırmaq olmaz, çünki bu halda ürək fəaliyyəti kəskin pisləşə bilər. Müalicə, xüsusilə koronar arteriya xəstəlikləri olan pasientlərdə gözlənilmədən və dərhal dayandırılmamalıdır. Hamilə olduğunuzu (yaxud ola biləcəyinizi) düşünürsünüzsə, həkiminizi bu barədə mütləq xəbərdar etməlisiniz. Hamiləliyin erkən dövrlərində Prestilolun qəbulu tövsiyə edilmir. Preparat hamiləliyin 3 aydan artıq müddətlərində qəbul edilməməlidir, çünki bu, uşağın sağlamlığına ciddi zərər vura bilər (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi”).
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Əgər hamiləsinizsə və ya südəmər uşağınız varsa, yaxud hamilə ola biləcəyiniz ehtimal olunursa və ya hamiləlik planlaşdırılırsa, preparatı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Hamiləlik Əgər hamiləsinizsə (və ya ola bilərsinizsə) bu barədə mütləq həkiminizə məlumat verin. Bir qayda olaraq həkim Sizə hamilə olmazdan əvvəl və ya hamilə olduğunuzu bilən kimi dərhal Prestilol preparatının qəbulunu dayandırmağı tövsiyə edəcək və Prestilol əvəzinə digər preparat təyin edəcək. Prestilol preparatının hamiləliyin erkən dövrlərində qəbulu tövsiyə edilmir və 3 aydan çox hamiləlik halında qəbul edilməsinə yol verilmir, çünki hamiləliyin üçüncü ayından sonra preparatın qəbulu bətninizdəki körpəyə ciddi ziyan verə bilər. Laktasiya Əgər südəmər uşağınız varsa, bu barədə həkiminizə məlumat verin. Laktasiya dövründə ananın Prestilol qəbul etməsi tövsiyə olunmur və əgər uşağınızı əmizdirməyi davam etdirmək istəyirsinizsə, xüsusilə əgər körpəniz yenidoğulmuşdursa və ya vaxtından əvvəl doğulmuşdursa, həkiminiz Sizə başqa müalicə təyin edə bilər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri: Prestilol diqqətin cəmləşdirilməsinə təsir etmir, lakin bəzi pasientlərdə, xüsusilə müalicənin erkən mərhələlərində və ya spirtli içkilərlə birgə preparat qəbul olunduqda qan təzyiqinin aşağı düşməsi nəticəsində başgicəllənmə və ya ümumi zəiflik müşahidə edilə bilər. Əgər özünüzdə belə hallar müşahidə edirsinizsə, Sizin avtomobil və ya texnikanı idarə etmək qabiliyyətiniz zəif ola bilər.
Preparatı yalnız həkiminizin və ya əczaçınızın göstərişinə uyğun qəbul edin. Əmin deyilsinizsə və ya suallarınız varsa, həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Tövsiyə edilən doza gündə bir tabletdir. Tabletinizi səhər yeməyindən əvvəl bir stəkan su ilə qəbul edin. Bəzi hallarda, həkiminiz səhər yeməyindən əvvəl gündə yarım tablet Prestilol təyin edə bilər. Böyrək xəstəlikləri olan pasiyentlər Böyrəyinizdə orta və ciddi xəstəlik və problemlər varsa, Prestilol qəbul edilməsi tövsiyə olunmur. Prestilol preparatının qida və içkilərlə birlikdə qəbulu Prestilol preparatını yeməkdən əvvəl qəbul etmək tövsiyə olunur. Uşaqlar və yeniyetmələrdə istifadəsi Preparatın uşaqlar və yeniyetmələr tərəfindən istifadə edilməsi tövsiyə olunmur. Prestilol preparatının qəbulunu unutduqda Preparatın davamlı qəbul edilməsi daha effektiv nəticə verdiyi üçün, preparatı gündəlik qəbul etmək önəmlidir. Lakin, əgər Prestilolun bir dozasını qəbul etməyi unutsanız, növbəti dozanı öz vaxtında qəbul edin. Ötürdüyünüz dozanı bərpa etmək üçün ikiqat doza qəbul etməyin. Prestilol preparatının qəbulunu dayandırdıqda Həkiminizlə məsləhətləşmədən Prestilol preparatının qəbulunu qəfil dayandırmayın və ya dozanı dəyişməyin, belə ki, bu, ürəyinizin fəaliyyətində kəskin pisləşməyə səbəb ola bilər. Müalicə, xüsusilə ürək-damar xəstəlikləri olan pasiyentlərdə, qəflətən dayandırılmamalıdır. Preparatın qəbulu ilə bağlı əlavə sualınız yaranarsa, həkiminizlə, əczaçınızla və ya tibb bacınız ilə məsləhətləşin.