Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr:1 ml suspenziyanın tərkibində 50, 00 mq natrium alginat, 21, 30 mq natrium bikarbonat, 32,50 mq kalsium karbonat vardır. Köməkçi maddələr: karbomer 974 P, natrium saxarin, metilparaben (E 218), propilparaben (E 216), nanə yağı 957675, natrium hidroksid, təmizlənmiş su.
Təsviri Qeyri-şəffaf, ağımtıl krem rəngli, nanə ətirli özlü suspenziyadır.
İstifadəsinə göstərişlər:
REFKON DABL AKŞN mədə turşusunun artıqlığı və turşunun requrqitasiyası (turşunun mədədən ağız boşluğuna daxil olması və dispepsiya) və mədə möhtəviyyatının qida borusuna qayıtması (qastroezofaqeal reflüks) ilə bağlı yaranan qıcqırma və döş qəfəsində yanma kimi şikayətlərin müalicəsi üçün istifadə olunur.
Əks-göstərişlər:
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. (Xüsusi göstərişlər və ehtiyat tədbirləri bölməsinə baxın).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri:
Əgər Sizdə aşağıda sadalanan problemlərdən hər hansı biri varsa, Sizin müalicəniz həkiminiz tərəfindən ehtiyatla aparılacaqdır.
• Əgər Siz duz tərkibi məhdudlaşdırılmış pəhriz saxlayırsınızsa,
• Əgər Sizdə böyrək və ya qaraciyər xəstəliyi varsa və ya keçmişdə olmuşdursa (bəzi duzlar bu tipli vəziyyətlərə təsir göstərə bilər)
• Mədə turşusu çox aşağı olan pasiyentlərdə bu dərmanın aktivliyinin aşağı düşməsi mümkündür.
• Əgər Sizdə ağır böyrək çatışmazlığı və ya hipofosfatemiya varsa,
• Əgər yeddi gündən sonra simptomların yaxşılaşması baş verməzsə,
• Əgər uşaqlarda qastroenteritin və ya böyrək çatışmazlığının olmasına şübhə olarsa, klinik vəziyyət həkim tərəfindən nəzərdən keçirilməlidir. Preparat, tərkibində olan metilparabenin (E218) və ya propilparabenin (E216) hesabına allergik reaksiya törədə bilər. REFKON DABL AKŞN-ın bəzi komponentləri barədə mühüm məlumat Hər bir 10 ml-lik dozanın tərkibində 124,33 mq natrium və 130,12 mq kalsium vardır. Məhdud pəhriz saxlayan pasiyentlər bu preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir. Preparatın tərkibində olan metilparaben (E218) və propilparaben (E216) allergik reaksiyalar törədə bilər (ola bilsin ki, gecikmiş). Bir qayda olaraq, 12 yaşdan kiçik uşaqların müalicəsində istifadə etmək tövsiyə edilmir. İstifadə etməli olduğun müddətdən artıq müddət ərzində istifadə etməyin. Digər antasidlər kimi, REFKON DABL AKŞN-dan istifadə ciddi tibbi vəziyyətlərin mövcudluğunu maskalaya bilər. Əgər bu xəbərdarlıqlar hətta keçmişdə hər hansı dönəmdə olsa belə Sizin üçün keçərlidirsə, lütfən, həkiminizlə məsləhətləşin.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Hamiləlik və laktasiya dövründə REFKON DABL AKŞN həkim tövsiyəsi ilə istifadə edilə bilər. Hamiləlik dövründə digər dərman vasitələri ilə birlikdə uzun zaman həkim tərəfindən təyin edilmiş müddətdən artıq istifadə etmək tövsiyə edilmir. Əgər müalicə dövründə hamiləlik baş verərsə, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:
REFKON DABL AKŞN nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir mənfi təsir göstərmir.
Həmişə REFKON DABL AKŞN-ı həkiminizin göstərişlərinə uyğun olaraq qəbul edin. Müntəzəm olaraq və hər gün qəbul edin. Preparatın qəbulu ilə bağlı nəyəsə əmin olmasanız, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin. Daxilə qəbul edilir. Yüksək özlülüyə malikdir. İstifadə etməzdən bilavasitə əvvəl yaxşı çalxalamaq lazımdır. Yaşlılar daxil olmaqla böyüklər həmçinin 12 yaş və böyük uşaqlar: yeməkdən sonra və yatan zaman 10-20 ml (gündə 4 doza). Müxtəlif yaş qrupları Uşaqlarda istifadəsi 12 yaşdan kiçik uşaqlar: yalnız tibbi tövsiyə əsasında verilməlidir. Yaşlılarda istifadəsi Heç bir doza dəyişikliyi tələb olunmur. Xüsusi hallarda istifadəsi Böyrək/ Ürək çatışmazlığı REFKON DABL AKŞN-ın tərkibində kalsium və natrium olduğundan, hiperkalsiemiya, nefrokalsinoz və təkrarlanan kalsium böyrək daşlarından müalicə olunan xəstələrdə və tərkibində natrium olduğu üçün ciddi duz tərkibi məhdudlaşdırılmış pəhriz tövsiyə edildiyi hallarda ehtiyatla istifadə edilməlidir. Qaraciyər çatışmazlığı Qaraciyər çatışmazlığı olan xəstələrdə istifadəsinə dair məlumatlar yoxdur.