Sevimlilərə əlavə edin
Paylaşın

Renqalin N20 Sorma Tablet

Məhsul Kodu : 111-22756
İstehsalçı ölkə : Rusiya
0 Şərh Şərh
7,03 AZN
Kateqoriya: Burun və boğaz
KolleksiyaQiymət Xəbərdarlığı

RENQALİN, homeopatik sorma tablatlər.

Renqalin tərkibi 

Təsiredici maddə:1 tabletin tərkibində vardır: bradikininə qarşı affin təmizlənmiş antitel 0,006 q*, histaminə qarşı affin təmizlənmiş antitel 0,006 q*, morfinə qarşı affin təmizlənmiş antitel 0,006 q* vardır. Köməkçi maddələr:izomalt, mikrokristallik sellüloza, maqnezium stearat, susuz limon turşusu, natrium siklamat, natrium saxarin. *müvafiq olaraq 10012, 10030, 10050 dəfə durulaşdırılmış üç aktiv maddənin sulu-spirtli substansiyanın qarışığı şəklində izomaltın üzərinə çəkilir.

İstifadəsinə göstərişlər:
 Renqalin böyüklərdə və 3 yaşdan yuxarı uşaqlarda göstərişdir. Qrip və KRVİ zamanı produktiv və qeyri-produktiv öskürək, kəskin faringit, larinqotraxeit, kəskin obstruktiv laringit, xroniki bronxit və yuxarı və aşağı tənəffüs yollarının digər infeksioniltihabi və allergik xəstəlikləri.

Əks göstərişlər:
 Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Effektivliyi və təhlükəsizliyi üzrə kifayət qədər məlumat olmadığı üçün 3 yaşadək uşaqlarda Renqalinin istifadəsi məsləhət görülmür.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri:
 Renqalin preparatını qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi:
 Renqalin preparatının hamilə qadınlarda və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir. Preparatın istifadəsinə ehtiyac olduqda, “fayda-risk” nisbətini nəzərə almaq lazımdır.

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:

 Renqalin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir.

Renqalin istifadə qaydası, dozası


 Tabletin üzərində olan xətt onu hissələrə bölmək üçün nəzərdə tutulmayıb. Daxilə qəbul edilir. Bir qəbula 1 tablet istifadə edilir (tam sorulana qədər ağızda saxlamaq lazımdır). Yemək vaxtı olmamaq şərtilə sutkada 3 dəfə 1-2 tablet qəbul edilir. Pasiyentin ağırlıq dərəcəsindən asılı olaraq, ilk 3 gün qəbul tezliyi sutkada 4-6 dəfəyə qədər artırıla bilər. Terapiyanın müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılıdır və həkim tərəfindən müəyyən edilir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-22756

Oxşar Məhsullar

Akva Maris 10 ml Damla
6,50 AZN -%0
6,50AZN
Akva Maris 30 ml Burun Spreyi
12,20 AZN -%0
12,20AZN
Akva Maris Allergiya 20 ml Sprey
20,80 AZN -%0
20,80AZN
Akva Maris Ekstra 150 ml Sprey
19,50 AZN -%0
19,50AZN
Akva Maris Norm 50 ml Burun Spreyi
13,00 AZN -%0
13,00AZN
Akva Maris Plyus 30 ml Sprey
15,20 AZN -%0
15,20AZN
Akva Maris Stronq 30 ml Sprey
14,00 AZN -%0
14,00AZN
Akva Maris Uşaqlar üçün 150 ml Sprey
17,60 AZN -%0
17,60AZN
Angilor 30 ml Sprey
19,80 AZN -%0
19,80AZN
Anginovag 10 ml Sprey
16,15 AZN -%0
16,15AZN
Anzibel Bal-Limon N20 Tablet
6,00 AZN -%0
6,00AZN
Anzibel Mentol N20 Tablet
6,00 AZN -%0
6,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce