Sevimlilərə əlavə edin
Paylaşın

Reosorbilakt 200 ml Sistem

Məhsul Kodu : 111-03346
İstehsalçı ölkə : Ukrayna
1 Şərh Şərh
7,00 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

REOSORBİLAKT, infuziya üçün məhlul

Reosorbilakt tərkibi

 Təsiredici maddə:  1 ml məhlulun tərkibinə 60,0 mq sorbitol, 19,0 mq natrium laktat (100%  maddə  hesabı ilə), 6,0 mq natrium xlorid, 0,1 mq kalsium xlorid dihidrat  (kalsium xlorid hesabı ilə), 0,3 mq kalium xlorid, 0,2 mq maqnezium xlorid  heksahidrat (maqnezum xlorid hesabı ilə) vardır. Köməkçi maddələr: inyeksiya üçün su.

İstifadəsinə göstərişlər:

  Travmatik, cərrahi, hemolitik, toksik və yanıq şokun müalicə və profilaktikası məqsədi ilə kapillyar qan dövranının yaxşılaşması üçün, kəskin qanaxmalar, yanıq xəstəliyi; intoksikasiya ilə müşayiət edilən infeksion xəstəliklər, xroniki hepatitin kəskinləşməsi; sepsis; əməliyyata hazırlıq üçün və əməliyyatdan sonraki dövr; tromboz, tromboflebit, endarteriit, Reyno xəstəliyinin profilaktikası məqsədi ilə arterial və venoz qan dövranının yaxşılaşması üçün.

Əks göstərişlər:

  Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Reosorbilakt preparatını alkaloz zamanı, eləcə də, böyük maye həcmlərinin yeridilməsinə əks göstərişlər olduğu hallarda (beyinə qansızma, tromboemboliya, ürək-damar dekompensasiyası, III dərəcəli arterial hipertenziya, ürəyin dekompensasiyalı qüsuru, terminal böyrək çatışmazlığı), susuzlaşma, oliquriya zamanı istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik və laktasiya dövründə əks göstərişlər üzrə məlumat yoxdur.

Reosorbilakt istifadə qaydası, dozası

 Reosorbilakt böyüklərə venadaxili damcı üsulu ilə 40-60 damcı/dəqiqə sürətlə yeridilir. Ehtiyac olduğu halda preparatın şırnaq üsulu ilə yeridilməsi 30 damcı/dəqiqə sürətlə damcı üsulu ilə yeritmə yolu ilə keçirilmiş testdən sonra mümkündür. 15 damcı yeridildikdən sonra preparatın infuziyası dayandırılır, reaksiya olmadığı hallarda Reosorbilakt 3 dəqiqən sonra şırnaq üsulu ilə yeridilir. Travmatik, cərrahi əməliyyatdan sonraki, hemolitik və yanıq şok zamanı böyüklərə birdəfəlik 600-1000 ml (10-15 ml/kq pasiyentin bədən çəkisinə) və təkrar 600-1000 ml (10-15 ml/kq pasiyentin bədən çəkisinə) əvvəlcə şırnaq, sonra damcı üsulu ilə yeridilir. Xroniki hepatit zamanı böyüklərə 400 ml (6-7 ml/kq bədən çəkisinə) damcı üsulu ilə təyin edilir. Kəskin qanaxmalar zamanı 1500-1800 ml (25 ml/kq bədən çəkisinə qədər). Belə hallarda preparatın infuziyasını klinikayaqədərki mərhələdə xüsusiləşdirilmiş tibbi yardım maşınında keçirmək məsləhət görülür. Müxtəlif cərrahi əməliyyatlardan əvvəlki və sonraki dövrlərdə 3-5 gün ərzində 400 ml (6-7 ml/kq bədən çəkisinə) damcı üsulu ilə təyin edilir. Qan damarlarının trombobliterasiyaedici xəstəliklərində 8-10 ml/kq bədən çəkisinə hesabla damcı üsulu ilə yeridilir, bir gündən sonra təkrar yeridilir, müalicə kursu 10 infuziyalara təşkil edir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-03346

Oxşar Məhsullar

Ammonyak 100 Mq 25 ml Məhlul
0,90 AZN -%0
0,90AZN
Butargin 42MG//Ml 100 ml Mehlul
8,89 AZN -%0
8,89AZN
Dekasan 0, 2MG 200 ml Sistem
8,60 AZN -%0
8,60AZN
Dekasan 0, 2MG 400 ml Sistem
10,00 AZN -%0
10,00AZN
Dibazol 1% 1 ml N10 Ampul
1,68 AZN -%0
1,68AZN
Glukoza 10% 100 ml Sistem Diamed (15)
1,97 AZN -%0
1,97AZN
Glukoza 10% 200 ml Sistem (Rus)
1,40 AZN -%0
1,40AZN
Glukoza 10% 250 ml Sistem Diamed (15)
2,05 AZN -%0
2,05AZN
Glukoza 10% 400 ml Sistem Diamed (15)
2,60 AZN -%0
2,60AZN
Glukoza 5 % 400 ml Sistem (Ukr)
1,86 AZN -%0
1,86AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce