Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq rozuvastatin (kalsium duzu şəklində) vardır.
Hiperxolesterinemiyanın müalicəsi Pəhriz və digər qeyri-farmakoloji müalicə metodlarına (məsələn, məşq, bədən kütləsini azaltma) qeyri-adekvat cavab zamanı, pəhrizə əlavə vasitə kimi birincili hiperxolesterinemiyalı (I Ia tip, heteroziqot ailəvi hiperxolsterinemiyalı daxil olmaqla) və ya qarışıq dislipidemiyalı (tip I Ib) böyüklər, yeniyetmələr və 10 yaşda və ondan böyük uşaqlar. Homoziqot ailəvi hiperxolesterinemiya zamanı pəhrizə və digər lipidazaldıcı müalicəyə əlavə kimi və ya əgər bu cür müalicələr uyğun deyilsə. Ürək-damar hadisələrinin profilaktikası Digər risk faktorlarının korreksiyasına əlavə olaraq ilk ürək-damar hadisəsinin baş verməsinin yüksək risk olduğu təxmin edilən pasiyentlərdə əsas ürək-damar hadisələrinin profilaktikası.
Aşağıdakı hallarda Rozuvastatinin istifadəsi əks göstərişdir: - rozuvastatinə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslığı olan pasiyentlər. - Zərdab transaminazalarının səbəbi məlum olmayan və davamlı yüksəlməsi və zərdab transaminazalarının səviyyəsinin normanın yuxarı həddindən (NYH) 3 dəfədən çox istənilən yüksəlməsi daxil olmaqla, aktiv qaraciyər xəstəliyi olan pasiyentlər. - ağır böyrək çatışmazlığı olan pasiyentlər (kreatinin klirensi <30ml / dəq). -Miopatiyası olan pasiyentlər - yanaşı olaraq, siklosporin qəbul edən pasiyentlər.
- hamiləlik və laktasiya dövrü və uşaq doğuş potensialı olan qadınlardan müvafiq kontraseptiv tədbirlərdən istifadə etməyənlər. - Qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi problemləri olan pasiyentlər bu dərmanı qəbul etməməlidirlər.
Hiperxolesterinemiyanın müalicəsi İlkin tövsiyə olunan doza gündə bir dəfə daxilə (peroral) 5 mq və ya 10 mq təşkil edir. Doza, lazım gələrsə, ən azı 4 həftə intervalla gündə bir dəfə növbəti doza səviyyəsinə qədər artırıla bilər. Roviget tabletləri ilə müalicəyə başladıqda və ya HMQ-Ko A redüktazanın başqa bir inhibitoru ilə müalicədən bu müalicəyə keçərkən əvvəlcə müvafiq başlanğıc doza istifadə olunmalı və yalnız sonra pasiyentlərin cavabına və müalicənin fərdi məqsədinə uyğun olaraq titrlənməlidir. Roviget tabletləri ilə müalicəyə başladıqdan və ya dozanın titrlənməsindən sonra, lipid səviyyəsi 2 - 4 həftə müddətində analiz olunmalı və dozaya müvafiq olaraq düzəliş edilməlidir.
Ürək-damar hadisələrinin profilaktikası Tövsiyə olunan doza gündə 1 dəfə 20 mq təşkil edir. Homoziqot ailəvi hiperxolesterinemiya Roviget tabletlərinin tövsiyə olunan başlanğıc dozası gündə bir dəfə 20 mq-dır. Müalicəyə reaksiya preferezə qədər ASLP-X (aşağı sıxlıqlı lipoprotein xolesterini) səviyyəsinə görə qiymətləndirilməlidir. Uşaqlarda istifadəsi Uşaqlarda istifadəsi, yalnız mütəxəssislər tərəfindən aparılmalıdır.
10 - 17 yaşlı uşaqlar və yeniyetmələr Heteroziqot ailəvi hiperxolesterinemiyası olan uşaqlarda və yeniyetmələrdə adi başlanğıc doza gündə 5 mq təşkil edir. Adi doza diapazonu gündə bir dəfə daxilə (peroral) 5-20 mq təşkil edir Titrləmə pediatrik pasiyentlərdə fərdi reaksiyaya və dözümlülüyə müvafiq olaraq aparılmalıdır. Uşaqlara və yeniyetmələrə rozuvastatinlə müalicəyə başlamazdan əvvəl xolesterinin səviyyəsini azaldan pəhriz təyin edilməlidir; rozuvastatinlə müalicə zamanı bu pəhriz davam etdirilməlidir. Asiya mənşəli pasiyentlər Gündə 1 dəfə 5 mq başlanğıc doza lazım gələrsə gündə 20 mq-a qədər yüksəldilir.
Qeyd: əvvəlcə fibratla yanaşı gündə bir dəfə 5 mq, lazım gələrsə, gündə 1 dəfə maksimum 20 mq-a qədər artırılır. Böyrək çatışmazlığı Yüngül və orta böyrək çatışmazlığı olan pasiyentlərdə adi doza diapazonu istifadə olunur. Ağır böyrək çatışmazlığı olan pasiyentlərdə rozuvastatinin dozası gündə bir dəfə 10 mq-dan çox olmamalıdır. Qaraciyər çatışmazlığı Yüngül və orta dərəcədə qaraciyər çatışmazlığı olan pasiyentlərdə adi doza diapazonu istifadə olunur.
Ağır qaraciyər çatışmazlığı olan pasiyentlər müalicəyə 10 mq doza ilə başlamalıdır. Bu pasiyentlərdə rozuvastatinin sistem təsirinin artması müşahidə edilmişdir, buna görə 10 mq-dan yuxarı dozaların istifadəsinə diqqətlə yanaşılmalıdır. Yaşlılar 70 yaşdan böyük pasiyentlərdə başlanğıc doza 5 mq tövsiyə edilir. ears.