Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

ROZULIP 20MG N28 TB

Məhsul Kodu : 111-16545
İstehsalçı ölkə: Macaristan
20,87 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ROZULİP, 5 mq, 10 mq, 20 mq, 40 mq örtüklü tabletlər

ROZULİP tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq, 10 mq, 20 mq və ya 40 mq rozuvastatin (sink rozuvastatin şəklində) vardır.

İstifadəsinə göstərişlər

Rozulip preparatı pasiyentlərə aşağıda göstərilən hallarda təyin olunur Qanda, infarktın və insultun inkişaf etməsi üçün səbəb ola bilən xolesterinin səviyyəsinin yüksəlməsi ilə müşayiət olunan vəziyyətlərdə. Rozulip preparatı böyüklərdə, yeniyetmələrdə və 6 yaşdan yuxarı uşaqlarda xolesterinin yüksək səviyyəsinin müalicəsi üçün istifadə edilir. Qanda xolesterinin səviyyəsinin aşağı salınması üçün pəhrizin dəyişdirilməsi və fiziki aktivliyin artırılması yetərli olmadığı təqdirdə, pasiyentlərə statinlərdən istifadə etmək tövsiyə olunur. Rozulip preparatının örtüklü tabletlərinin istifadəsi müddətində pasiyent, qanda xolesterinin səviyyəsinin aşağı salınmasına istiqamətləndirilmiş pəhrizin və fiziki aktivliyin saxlanılmasını davam etdirməlidir.

Pasiyentdə miokard infarktının, insultun və digər yanaşı problemlərin inkişaf etmə riskinin yüksəlməsinə səbəb olan digər faktorların mövcudluğu ilə əlaqəli – miokard infarktı, insult və digər yanaşı problemlər ateroskleroz (damar divarlarında çöküntülər) adlandırılan xəstəliyin meydana çıxmasına səbəb ola bilər. Ateroskleroz zamanı damar divarlarında yağ hissəciklərinin çökməsi yüksəlir. Rozulip preparatının uzunmüddətli istifadəsi əhəmiyyətlidir.

Əks göstərişlər

Aşağıda göstərilən hallarda Rozulip preparatının tabletlərindən istifadə etmək olmaz: - pasiyentdə təsiredici maddəyə (rozuvastatinə) və ya Rozulip preparatı tabletlərinin tərkibinə daxil olan “Tərkibi” bölməsində göstərilən köməkçi maddələrdən hər hansı birinə qarşı allergiya qeyd olunduqda; - qaraciyər xəstəlikləri zamanı; - böyrək funksiyalarının ağır pozğunluqları zamanı; - pasiyentdə residivləşən, izah edilməyən əzələ ağrıları qeyd olunduqda; - pasiyent sofosbuvir/velpatasvir/voksilaprevir kombinasiyasından (qaraciyərin, hepatit C adlandırılan virus infeksiyasının müalicəsi üçün) istifadə etdikdə; - pasiyent siklosporin dərman preparatından istifadə etdiyi halda (siklosporin – orqanizmin immun cavabını tormozlayır və məsələn, orqanların transplantasiyasından (köçürülməsindən) sonra istifadə edilir); - hamiləlik və laktasiya dövründə. Rozulip preparatı ilə müalicə müddətində pasiyentin hamilə olduğu aşkar edildiyi halda, o, preparatın istifadəsini dərhal dayandırmalı və həkimə müraciət etməlidir. Rozulip preparatından istifadə edən qadınlar hamiləliyin qarşısını almaq məqsədi ilə etibarlı kontrasepsiya üsullarından istifadə etməlidirlər; - pasiyentdə əvvəllər rozuvastatinin istifadəsindən sonra istənilən zaman ağır dəri səpgiləri inkişaf etdikdə və ya dərinin qopması, dəri üzərində suluqların əmələ gəlməsi və/və ya ağız boşluğunda xoraların meydana çıxması qeyd olunduqda. Pasiyentdə yuxarıda qeyd olunan vəziyyətlərdən hər hansı biri müşahidə olunduqda (və ya ehtimal edildiyi halda), o, həkimə müraciət etməlidir.

Yuxarıda göstərilənlərdən əlavə Rozulip preparatını 40 mq dozada (maksimal doza) aşağıda qeyd olunan vəziyyətlərdə istifadə etmək olmaz: - pasiyentdə böyrək funksiyalarının mülayim pozğunluqları qeyd olunduqda (əmin olmadıqda, həkimlə məsləhətləşmək lazımdır); - pasiyentdə qalxanabənzər vəzi funksiyaları pozulduğu halda; - pasiyenti əvvəllər residivləşən və ya izah olunmayan əzələ ağrıları narahat etdiyi halda, pasiyentdə və ya onun ailə üzvlərində əvvəllər əzələ sisteminin xəstəlikləri müşahidə olunduqda və eləcədə, pasiyentdə əvvəllər qanda xolesterinin səviyyəsini aşağı salan digər preparatların istifadəsi fonunda əzələ sistemində pozğunluqlar müşahidə olunduğu hallarda; - pasiyent müntəzəm olaraq, əhəmiyyətli miqdarda alkoqoldan istifadə etdikdə; - Asiya mənşəli pasiyentlər (yapon, çinli, filippinli, vyetnamlı, koreyalı və ya hindli pasiyentlər); - pasiyent qanda xolesterinin səviyyəsini aşağı salan digər dərman preparatlarından, xüsusilə, fibratlardan istifadə etdikdə. Pasiyentdə yuxarıda qeyd olunan vəziyyətlərdən hər hansı biri müşahidə olunduqda (və ya ehtimal edildiyi halda), o, həkimə müraciət etməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Qadın hamilə olması, körpəsini ana südü ilə qidalandırması, hamiləliyini ehtimal etməsi və ya hamiləliyinin planlaşdırılması barədə həkimi və ya əczaçını məlumatlandırmalıdır. Hamiləlik dövrü Hamiləlik dövründə qadın Rozulip preparatından istifadə etməməlidir. Rozulip preparatı ilə müalicə müddətində qadının hamilə olduğu aşkar edildiyi halda, preparatın istifadəsi dərhal dayandırılmalı və həkimə müraciət edilməlidir. Rozulip preparatından istifadə edən qadınlar hamilə qalmaqdan çəkinməli və etibarlı kontrasepsiya vasitələrindən istifadə etməlidirlər.

Laktasiya dövrü Laktasiya dövründə Rozulip preparatından istifadə etmək olmaz. Hamiləlik və laktasiya dövründə istənilən dərman preparatlarının istifadəsinə başlamazdan əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Rozulip preparatı ilə aparılan müalicə, nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir və bu səbəbdən, pasiyentlər əksər hallarda göstərilən fəaliyyət növləri ilə məşğul ola bilərlər. Buna baxmayaraq, Rozulip preparatı ilə müalicə fonunda bəzi pasiyentlərdə başgicəllənmə inkişaf edə bilər. Pasiyentdə başgicəllənmə müşahidə olunduğu halda, nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

ROZULİP istifadə qaydası və dozası

Rozulip preparatını hər zaman həkimin və ya əczaçının təyinatlarına dəqiq riayət edərək istifadə etmək lazımdır. Pasiyentdə preparatın dozalanması ilə əlaqəli istənilən şübhələr meydana çıxdığı halda, həkimə və ya əczaçıya müraciət edilməlidir. Rozulip preparatı ilə müalicə müddətində pasiyentlər fiziki aktivliklərini dəstəkləməli və aşağı xolesterin tərkibli standart pəhrizin saxlanılmasına riayət etməlidirlər. Dozalanma rejimi Preparatın böyüklər üçün tövsiyə olunan dozaları Rozulip preparatı tabletlərinin xolesterin səviyyəsinin yüksəlməsi qeyd olunan pasiyentlərdə istifadəsi Preparatın başlanğıc dozası Pasiyent əvvəllər digər statinin hətta yüksək dozası ilə müalicə qəbul etdiyi halda, Rozulip preparatı ilə müalicə 5 mq və ya 10 mq dozanın istifadəsi ilə başlanmalıdır.

Başlanğıc dozanın seçilməsi aşağıda göstərilənlərdən asılıdır: - qanda xolesterinin konsentrasiyasından; - miokard infarktının və ya insultun inkişaf etmə riskinin dərəcəsindən; - əlavə effektlərin inkişaf etməsinə yüksək meylliliyi müəyyən edən faktorların mövcudluğundan. Rozulip preparatı tabletlərinin optimal başlanğıc dozasının seçilməsi üçün həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Aşağıda göstərilən hallarda həkim pasiyentə preparatın minimal (5 mq) dozasını təyin edə bilər: - Asiya mənşəli pasiyentlərə (yapon, çinli, filippinli, vyetnamlı, koreyalı və ya hindli pasiyentlər); - yaşı 70-dən yuxarı olan pasiyentlərə; - pasiyentdə qanda rozuvastatinin konsentrasiyasının yüksəlməsinə genetik meyllilik qeyd olunduqda; - pasiyentdə böyrək funksiyalarının orta dərəcəli pozğunluğu qeyd olunduğu halda; - pasiyentdə əzələ ağrısının (miopatiyanın) meydana çıxma riski mövcud olduqda; - pasiyent qanda rozuvastatinin səviyyəsinin yüksəlməsinə səbəb olan dərman preparatlarından istifadə etdiyi halda. Preparatın dozasının artırılması və maksimal sutkalıq dozası Rozulip preparatının dozasının artırılması barədə qərar həkim tərəfindən qəbul edilə bilər.

Həmin qərar, qan zərdabında xolesterinin konsentrasiyasının cari göstəricilərindən, ürək-damar sistemində arzuolunmayan halların inkişaf etmə riskindən və eləcədə, yanaşı xəstəliklərin mövcudluğundan asılıdır. Dozanın artırılması Rozulip preparatının optimal dozasının seçilməsi üçün tələb oluna bilər. Pasiyentin müalicəsi 5 mq dozanın istifadəsi ilə başlandığı halda həkim, dozanın 2 dəfə – 10 mq-a qədər və daha sonra, zərurət yarandığı halda, 20 mq-a və 40 mq-a qədər artırılması barədə qərar qəbul edə bilər. Müalicə 10 mq dozanın istifadəsi ilə başlandığı halda həkim dozanı müvafiq olaraq, 20 mq-a və ya 40 mq-a qədər artıra bilər.

Doza artırıldıqda, hər dəfə 4 həftə intervalına riayət edilməlidir. Rozulip preparatının maksimal sutkalıq dozası sutkada 40 mq təşkil edir. Bu doza istifadəsi yalnız, qanda yüksək xolesterin səviyyəsi qeyd olunan və Rozulip preparatının 20 mq dozasının istifadəsi ilə aparılan müalicə fonunda xolesterinin konsentrasiyası kifayət qədər azalmadığı halda infarkt və ya insult riskinin yüksəlməsi qeyd olunan pasiyentlər üçün göstərişdir. Rozulip preparatının miokard infarktının, insultun və ya yanaşı problemlərin inkişaf etmə riskinin aşağı salınması məqsədi ilə istifadəsi Preparatın tövsiyə olunan dozası gündə 20 mq təşkil edir.

Lakin, pasiyentdə yuxarıda göstərilən faktorlardan hər hansı biri qeyd olunduğu halda, həkim tərəfindən preparatın dozasının aşağı salınması barədə qərar qəbul edilə bilər. 6-17 yaşlı uşaqlar və yeniyetmələr Preparatın tövsiyə olunan başlanğıc dozası 5 mq təşkil edir. Uşaq üçün ən müvafiq dozanın müəyyən edilməsi məqsədi ilə həkim preparatın dozasını artıra bilər. Heteroziqot irsi hiperxolesterinemiyalı 6-9 yaşlı uşaqlarda preparatın tövsiyə olunan sutkalıq dozası 5-10 mq/sutkada təşkil edir.

Heteroziqot irsi hiperxolesterinemiyalı 10-17 yaşlı uşaqlarda preparatın tövsiyə olunan sutkalıq dozası 5-20 mq/sutkada təşkil edir. Rozulip preparatının maksimal sutkalıq dozası 6-9 yaşlı uşaqlarda 10 mq, 10-17 yaşlı uşaqlarda 20 mq təşkil edir. Tabletləri gündə bir dəfə qəbul etmək lazımdır. Homoroziqot irsi hiperxolesterinemiyalı 6 yaşdan 17 yaşa qədər uşaqlarda preparatın tövsiyə olunan başlanğıc dozası sutkada 1 dəfə 5-10 mq təşkil edir.

Preparatın maksimal tövsiyə olunan sutkalıq dozası – sutkada 1 dəfə 20 mq təşkil edir. Müalicəyə başlamazdan əvvəl uşaqlara və yeniyetmələrə xolesterin səviyyəsini aşağı salan standart pəhriz təyin edilməli və həmin pəhrizə, müalicə müddətində də riayət edilməlidir. 6-17 yaşlı uşaqlara və yeniyetmələrə Rozulip preparatının 40 mq dozada örtüklü tabletlərini təyin etmək olmaz. 6 yaşdan kiçik uşaqlar 6 yaşdan kiçik uşaqlara Rozulip preparatının örtüklü tabletlərini təyin etmək tövsiyə olunmur.

İstifadə qaydası Preparat daxilə qəbul etmək üçün nəzərdə tutulmuşdur. Tabletləri bütöv və su ilə birlikdə daxilə qəbul etmək lazımdır. Rozulip preparatı gündə 1 dəfə istifadə edilməlidir. Rozulip preparatını sutkanın istənilən vaxtında, qida ilə birlikdə və ya qidasız istifadə etmək olar.

Sutkalıq dozanı ötürməmək məqsədi ilə preparatı, mümkün qədər günün eyni vaxtında istifadə etmək lazımdır. Qan zərdabında xolesterinin miqdarına müntəzəm nəzarətin aparılması Həkim müayinəsi zamanı qan zərdabında xolesterinin miqdarına müntəzəm nəzarətin aparılmasının mühüm əhəmiyyəti vardır. Xolesterinin arzuolunan səviyyəsinin əldə edilməsini və dəstəklənməsini qiymətləndirmək məqsədi ilə qeyd olunan nəzarətin aparılması vacibdir. Pasiyent üçün optimal dozanın seçilməsi üçün həkim, preparatın dozasının artırılması barədə qərar qəbul edə bilər.

Rozulip preparatı tabletinin növbəti dozasının istifadəsinin ötürülməsi Rozulip preparatının istifadəsi ötürüldüyü halda, narahat olmaq lazım deyil. Pasiyentlər həmin dozanı ötürüb, növbəti doza öz vaxtında qəbul etməlidirlər. Otürülən dozanı kompensasiya etmək məqsədi ilə preparatın ikiqat dozası istifadə edilməməlidir. Rozulip preparatı tabletinin istifadəsinin dayandırılması Hamiləlik, müalicənin əzələ sisteminə mənfi təsiri (əzələ zəifliyi, sıxılma zamanı həssaslıq, ağrı) və ya ağır allergik reaksiya (hiperhəssaslıq reaksiyası) simptomları (üzün yumşaq toxumalarının, dodaq, dil və boğaz nahiyəsinin ödemi, tənəffüsün və ya udma qabiliyyətinin çətinləşməsi, şiddətli qaşınma və övrə) istisna olmaqla, həkimlə məsləhətləşmədən Rozulip preparatının istifadəsini dayandırmaq olmaz.

Göstərilən preparatın istifadəsinə dair əlavə suallar meydana çıxdığı halda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.