Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

ROZULIP PLUS 5/10 MG N30

Məhsul Kodu : 111-26653
İstehsalçı ölkə: Macaristan
26,65 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ROZULİP PLYUS, 5 mq/10 mq kapsullar

ROZULİP PLYUS tərkibi

Təsiredici maddə: 1 kapsulda 5 mq rozuvastatin (sink duzu şəklində) və 10 mq ezetimib vardır.

İstifadəsinə göstərişlər

Rozulip® Plyus preparatı, xolesterin səviyyəsini, yalnız pəhriz vasitəsi ilə aşağı salmaq mümkün olmayan pasiyentlərdə istifadə olunur. Bu preparatın istifadə müddətində xolesterinin səviyyələrinin aşağı salınması istiqamətində pəhriz saxlamağı davam etdirmək lazımdır. Yalnız rozuvastatinin istifadəsi ilə aparılan müalicə xolesterin səviyyələrinə tələb olunan nəzarəti vermədikdə və ya pasiyent artıq eyni dozalarda rozuvastatindən və ezetimibdən istifadə etdiyi halda, həkim Rozulip® Plyus preparatını təyin edə bilər. Rozulip® Plyus preparatı bədən kütləsinin aşağı düşməsinə kömək etmir.

Əks göstərişlər

Pasiyentdə aşağıda göstərilən vəziyyətlər qeyd olunduqda, Rozulip® Plyus preparatı kapsullarını istifadə etmək olmaz: - rozuvastatinə, ezetimibə və ya içlik vərəqənin “Tərkibi” bölməsində qeyd olunan köməkçi maddələrin hər hansı birinə qarşı allergiya; - qaraciyər xəstəlikləri; - ağır dərəcəli böyrək xəstəlikləri; - təkrarlanan və ya izah olunmayan əzələ ağrıları meydana çıxdıqda (miopatiya); - siklosporin adlandırılan dərman preparatından istifadə etdikdə (məsələn, orqanların transplantasiyasından sonra); - hamiləlik və ya laktasiya dövründə. Pasiyent, Rozulip® Plyus preparatından istifadə etdiyi müddət ərzində hamilə olduğu halda, preparatın istifadəsini dərhal dayandırmaq və həkimə müraciət etmək lazımdır. Rozulip® Plyus preparatından istifadə edilən müddət ərzində qadınlar hamiləliyin baş verməsindən çəkinməli və bu məqsədlə, müvafiq kontrasepsiya vasitələrindən istifadə etməlidirlər. Yuxarıda qeyd olunan vəziyyətlərdən hər hansı birinin meydana çıxması barədə (və ya pasiyent əksinə olmasına əmin olmadıqda) həkimi məlumatlandırmaq lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü Pasiyent hamilə olduqda, hamilə olmasını ehtimal etdikdə və ya hamiləliyini planlaşdırdığı halda, Rozulip® Plyus preparatından istifadə etməməlidir. Pasiyentdə hamiləlik Rozulip® Plyus preparatından istifadə etdiyi müddət ərzində baş verdiyi halda, preparatın istifadəsini dərhal dayandırmaq və həkimə müraciət etmək tələb olunur. Rozulip® Plyus preparatının istifadəsi ilə aparılan müddət ərzində kontraseptiv vasitələrdən istifadə etmək vacibdir. Laktasiya dövrü Bu dərman preparatının ana südünə nüfuz edib-etməməsi barədə heç bir məlumatın olmadığını nəzərə alaraq, Rozulip® Plyus preparatını hamiləlik dövründə istifadə etmək olmaz.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Rozulip® Plyus preparatının nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir göstərməsi gözlənilmir. Lakin, nəzərə almaq vacibdir ki, Rozulip® Plyus preparatından istifadə edən bəzi pasiyentlərdə başgicəllənmə inkişaf edə bilər. Başgicəllənmə meydana çıxdığı halda, nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarə etməzdən əvvəl, həkimlə məsləhətləşmək lazımdır.

ROZULİP PLYUS istifadə qaydası və dozası

Bu dərman preparatını hər zaman həkimin və ya əczaçının təyinatına müvafiq istifadə etmək lazımdır. Preparatın düzgün istifadəsinə əmin olmadıqda, pasiyent həkimə və ya əczaçıya müraciət etməlidir. Rozulip® Plyus preparatından istifadə etdikdə, aşağı xolesterin tərkibli pəhriz saxlamaq və kifayət qədər fiziki fəaliyyətlə məşğul olmaq lazımdır. Böyüklər üçün tövsiyə olunan doza gündə 1 kapsul təşkil edir.

Rozulip® Plyus preparatını gündə 1 dəfə qəbul etmək lazımdır. Bu dərman preparatını günün istənilən vaxtı, qida qəbulundan asılı olmayaraq, istifadə etmək olar. Hər kapsulu su ilə birlikdə qəbul etmək lazımdır. Bu dərman preparatını hər gün, günün eyni vaxtında qəbul etmək vacibdir.

Rozulip® Plyus preparatının istifadəsi, başlanğıc müalicə üçün yararlı deyil. Rozulip® Plyus preparatının pasiyent üçün tələb olunan dozada istifadəsi ilə müalicəni yalnız, rozuvastatinin və ya preparatın hər iki monokomponentinin müvafiq dozaları seçildikdən sonra başlamaq lazımdır. Aşağıda göstərilən hallarda həkim, preparatın ən aşağı dozasının (5 mq/10 mq) təyin olunması barədə qərarı qəbul edə bilər: - pasiyent asiya mənşəli insan olduğu halda (pasiyent yapon, çinli, filippinli, vyetnamlı, koreyalı və ya hindli olduqda); - pasiyentin yaşı 70 və ya daha yuxarı olduğu halda; - pasiyentdə böyrək funksiyalarının orta dərəcəli pozğunluğu qeyd olunduqda; - pasiyentdə əzələ həssaslığının və ya əzələ ağrılarının (miopatiya) inkişaf etmə riski mövcud olduqda. Xolesterin səviyyələrinin müntəzəm nəzarəti Xolesterin səviyyələrini müəyyən etmək və tələb olunan xolesterin səviyyəsinin əldə olunmasını və saxlanılmasını təsdiq etmək məqsədi ilə, müntəzəm olaraq həkimə müraciət etmək lazımdır.

Rozulip® Plyus preparatı kapsullarının istifadəsi ötürüldükdə Narahat olmaq lazım deyil və ötürülən dozanı qəbul etmək olmaz, planlaşdırılan növbəti dozanı öz vaxtında qəbul etmək lazımdır. Ötürülən dozanı kompensasiya etmək məqsədi ilə, preparatın ikiqat dozasını qəbul etmək olmaz. Rozulip® Plyus preparatı kapsullarının istifadəsinin dayandırılması Rozulip® Plyus preparatı kapsullarının istifadəsinin dayandırılması barədə həkimi məlumatlandırmaq lazımdır. Rozulip® Plyus preparatının istifadəsi dayandırıldıqdan sonra, xolesterin səviyyələri təkrar yüksələ bilərlər.

Göstərilən preparatın istifadəsi ilə əlaqəli suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.