Sevimlilərə əlavə edin
Paylaşın

Rozuvin 20MG N28 Tb

Məhsul Kodu : 111-11810
0 Şərh Şərh
20,87 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

ROZUVİN, 20 mq örtüklü tabletlər

ROZUVİN tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq rozuvastatin (kalsium duzu şəklində) vardır.

İstifadəsinə göstərişlər

Birincili hiperxolesterinemiya və qarışıq dislipidemiya (tip I Ib) zamanı pəhriz və digər farmakoloji müalicəyə əlavə olaraq, (məsələn, pəhriz və fiziki məşqlər), homoziqot ailəvi hiperxolesterinemiyada pəhrizə və digər lipidləri azaltma üsullarına (məsələn, ASLP aferezi) əlavə kimi və ya bu cür müalicə üsulları uyğun olmadıqda. Əsas ürək-damar xəstəliklərinin ağırlaşmalarının (insult, infarkt, arterial revaskulyarizasiya) profilaktikasında.

Əks göstərişlər

Dərman vasitəsinin hər hansı komponentinə qarşı yüksək həssaslıq. Qaraciyərin aktiv xəstəlikləri və ya transaminazaların plazma aktivliyinin artması. Ağır böyrək çatışmazlığı (KK 30 ml/dəqiqədən az). Hamiləlik və laktasiya dövrü.

Dərman vasitəsi hamiləlik əleyhinə müvafiq metodlardan istifadə etməyən reproduktiv yaşlı qadınlara təyin edilmir. Rozuvastatin istifadə edən qadınlar münasib qorunma vasitələri ilə hamilə qalmaqdan qaçınmalıdırlar. Müalicə dövründə hamilə qaldıqda dərhal həkiminizə müraciət edin. Əzələ ağrılarından əziyyət çəkirsinizsə, preparatın qəbulu yolverilməzdir.

Siklosporin preparatı ilə birlikdə qəbul olunmur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə təyin olunmur (FDA-nın X kateqoriyası).

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitəsini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri məlum deyil.

ROZUVİN istifadə qaydası və dozası

Dərman vasitəsi qida qəbulundan asılı olmadan daxilə qəbul edilir (ac qarına və ya yeməkdən sonra). Tövsiyə olunan gündəlik doza 5-40 mq təşkil edir və 1 dəfə qəbul olunur. Başlanğıc doza 5-10 mq təşkil edir. Müalicənin əvvəlində rozuvastatin başlanğıc dozada təyin olunur və xəstənin müalicəyə cavabından asılı olaraq titrləşdirilir.

Müalicəyə başladıqdan və rozuvastatinin dozası tənzimləndikdən 4 həftə sonra dozalanma rejimi korreksiya oluna bilər. Ağır hiperxolesterinemiya zamanı Rozuvastatinin gündəlik dozası 40 mq-a qədər artırılır. Pediatrik xəstələrdə ailəvi hiperxolesterinemiya zamanı (10-17 yaş) Gündəlik doza 5-20 mq təşkil edir. Maksimal tövsiyə olunan gündəlik doza 20 mq təşkil edir.

Doza fərdi olaraq müəyyən olunur və 4 həftədən sonra korreksiya olunur. Ailəvi hiperxolesterinemiya zamanı Tövsiyə olunan başlanğıc doza gündəlik olaraq 20 mq təşkil edir. Müalicəyə müsbət cavab ASLP-in səviyyəsi ilə qiymətləndirilir. 70 yaşdan yuxarı, böyrək xəstəlikləri olan və miopatiyalı şəxslərdə müalicəyə 5 mq doza ilə başlamaq lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-11810

Oxşar Məhsullar

Adrenalin-Darnitsa 0.18% 1 ml N10 Amp
3,90 AZN -%0
3,90AZN
Aeoprol Sterile 5 ml N5 Amp
7,08 AZN -%0
7,08AZN
Albunorm 20% 50 ml Infuziya üçün Məhlul
90,50 AZN -%0
90,50AZN
Albunorm Albumin 200 Mq 100 ml(oktafarma)
170,00 AZN -%0
170,00AZN
Alotendin 10 Mq/ 10 Mq N30 Tablet
19,70 AZN -%0
19,70AZN
Alotendin 10MG/5MG N30 Tb
16,48 AZN -%0
16,48AZN
Alotendin 5 Mq/ 10 Mq N30 Tablet
16,48 AZN -%0
16,48AZN
Alotendin 5 Mq/5 Mq N30 Tablet
13,86 AZN -%0
13,86AZN
Amlessa 4/10MG N30 Tb
9,50 AZN -%0
9,50AZN
Amlessa 4/5 Mq N30 Tablet
7,50 AZN -%0
7,50AZN
Amlessa 8/10 Mq N30 Tablet
11,04 AZN -%0
11,04AZN
Amlessa 8/5MG N30 Tb
8,76 AZN -%0
8,76AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce