Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 flakonda 3,0 mq salbutamol sulfat ( 2,5 ml-də 2,5 mq salbutamola
ekvivalent) vardır.
Tərkibindəki təsiredici maddəyə və ya köməkci maddələrə qarşı yüksək həssaslıq.
İntravenoz olmayan SALBUKORT formaları ağırlaşmamış vaxtından qabaq doğuşları
yüngülləşdirmək üçün istifadə olunmamalıdır.
Hamiləlik kateqoriyası: C
Reproduktivlik/Kontrasepsiya
Reproduktivlik potensialı olan qadınlarda salbutamolun istifadəsi haqda kifayət qədər məlumat
yoxdur.
Hamiləlik
Heyvanlar üzərində kifayət qədər tədqiqat yoxdur. İnsanlarda potensial risk məlum deyil.
Hamilələrdə preparatın istifadəsi yalnız ana üçün fayda döl üçün riskdən üstün olduğu halda
nəzərdən keçirilə bilər. Hamiləlik zamanı çox vacib olmadıqca istifadə olunmamalıdır.
Dünya səviyyəsində marketinq təcrübəsində salbutamolla müalicə alan pasiyentlərin körpələrində
damaq yarığı və əl/ayaq qüsurları kimi anadangəlmə anomaliyalar haqda məlumatlar vardır. Bəzi
analar hamiləlik zamanı müxtəlif dərman vasitələrindən istifadə etmişdirlər.
Lakin bu qüsurlarda qanunauyğunluq yoxdur və anadangəlmə qüsurlar üçün əsas tezlik 2%-3%
dir, salbutamol və bu qüsurlar arasında əlaqə müəyyən edilməmişdir.
Laktasiya dövrü
Salbutamolun ana südünə nüfuz etməsi ehtimalı olduğu üçün potensial risk dəyərləndirilmədən
südverən analarda istifadəsi məsləhət görülmür. Salbutamolun yenidoğulmuşa zərərli təsir
göstərməsi məlum deyil.
Reproduktivlik/Nəsilvermə
Salbutamolun insanlarda reproduktivliyə və nəsilvermə qabiliyyətinə təsiri haqda məlumat
yoxdur. Heyvanlarda nəsilvermə qabiliyyətinə əlavə təsiri qeydə alınmamışdır.
SALBUKORT-un təsir müddəti əksər pasiyentlərdə 4-6 saatdır.
Salbutamolun nəm inhalyasiya yolu ilə başlanğıc dozası 2,5 mq-dır.
Doza 5 mq-a qədər artırıla bilər və müalicə gündə 4 dəfə təkrarlana bilər. Tənəffüs yollarının ağır
obstruksiyası olan böyüklərə xəstəxanada, ciddi tibbi nəzarət altında 40 mq-dək yüksək dozalarda
təyin etmək olar.
β2-aqonistin istifadəsinin artması astmanın pisləşməsini göstərir. Bu halda müalicə planı yenidən
dəyərləndirilməli və yanaşı olaraq qlikokortikosteroidlərlə müalicə nəzərdən keçirilməlidir.
İnhalyasion məhlul aerozol maska yolu ilə, “T” piece və ya endotraxeal boru vasitəsilə verilə bilər.
Pozitiv təzyiqli fasiləli ventilyasiya (IPPV) istifadə oluna bilər, lakin buna nadir hallarda ehtiyac
olur. Hipoventilyasiya səbəbindən anoksiya riski varsa, inhalyasiya olunan havaya oksigen əlavə
edilməlidir.
Doza həddinin aşılması səbəbindən əlavə təsirlər müşahidə oluna bilər, buna görə də doza və
istifadə tezliyi yalnız həkim məsləhəti ilə artırıla bilər.
Bəzi inhalyatorlar fasiləsiz axın əsasında işlədiyinə görə preparatın ətraf mühitə buraxılması
ehtimal olunur. Buna görə də SALBUKORT yaxşı havalandırılan otaqda istifadə olunmalıdır,
xüsusilə də xəstəxanalarda müxtəlif pasiyentlər eyni zamanda inhalyatorlardan istifadə edirsə.
İstifadə metodu
SALBUKORT uyğun inhalyator ilə həkim nəzarəti altında istifadə olunmalıdır.
SALBUKORT durulaşdırılmadan istifadə olunur. Daha uzun müalicə (10 dəqiqədən çox) tələb
olunan zaman inyeksiya üçün nəzərdə tutulmuş fizioloji məhlulla durulaşdırmaq tələb oluna bilər. Məhlulu inyeksiya etmək və ya udmaq olmaz.
Xüsusi əhali qruplarında əlavə məlumat
Böyrək/Qaraciyər çatışmazlığı:
Məlumat yoxdur.
Pediatrik pasiyentlər
12 yaşında və daha böyük uşaqlar: Böyüklərin dozasına əsasən.
4-11 yaşında uşaqlar: 2,5 mq-5 mq (sutkada 4 dəfəyədək).
4 yaşından kiçik uşaqlarda digər farmasevtik formalar daha uyğun ola bilər.
18 aylıqdan kiçik körpələr: inhalyasion salbutamolun 18 aylıqdan kiçik uşaqlarda kliniki
effektivliyi müəyyən edilməyib. Müvəqqəti hipoksemiya ehtimalı olduğundan dəstəkləyici
oksigen müalicəsi nəzərdən keçirilə bilər.
SALBUKORT inhalyasion məhlulu durulaşdırılmadan istifadə olunur. Lakin daha uzun müalicə
(10 dəqiqədən çox) tələb olunan zaman steril fizioloji məhlulla durulaşdırmaq tələb oluna bilər.
Yaşlı pasiyentlər
Məlumat yoxdur.