Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Serebrolizin 215.2 mq 10 ml N5 ampul

Məhsul Kodu : 111-02110
İstehsalçı ölkə: Almaniya
46,76 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SEREBROLİZİN, inyeksiya  üçün  məhlul

Serebrolizin tərkibi

  Təsiredici maddə:   1 ml məhlulun tərkibində 215,2 mq serebrolizin konsentratı (donuzun baş beyinindən alınmış peptidlər kompleksi) vardır.  Serebrolizinin aktiv fraksiyası, molekul kütləsi 10 000 daltondan çox  olmayan peptidlərdən ibarətdir. Köməkçi maddələr: natrium hidroksid, inyeksiya üçün su.

İstifadəsinə göstərişlər:

  Alsheymer xəstəliyi, müxtəlif mənşəli demensiya sindromu, xroniki serebrovaskulyar çatışmazlıq, işemik insult, baş beyinin və onurğa beyinin travmatik zədələnməsi; - uşaqlarda əqli inkişafın ləngiməsi, hiperaktivlik və diqqət çatışmazlığı; - kompleks müalicənin tərkibində antidepressantların təsirinə qarşı davamlı endogen depressiya zamanı.

Əks göstərişlər:

 - preparata qarşı fərdi dözümsüzlük; - ağır dərəcəli böyrək çatışmazlığı; - epileptik status.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik və laktasiya dövründə Serebrolizini yalnız müalicənin müsbət effektini və preparatın istifadəsi ilə əlaqədar risk nisbətini dəqiq təhlil etdikdən sonra istifadə etmək olar. Eksperimental tədqiqatların nəticələri Serebrolizinin hər hansı teratogen təsirə malik olduğunu və ya dölə toksik təsir göstərdiyini ehtimal etmək üçün əsas vermir. Bununla belə, bu istiqamətdə klinik tədqiqatlar aparılmamışdır.

Serebrolizin istifadə qaydası, dozası

 Parenteral yolla istifadə edilir. Preparatın dozaları və müalicənin müddəti xəstəliyin xüsusiyyətlərindən və ağırlıq dərəcəsindən, həmçinin pasiyentin yaşından asılıdır. 50 ml-ə qədər birdəfəlik dozaların təyin edilməsi mümkündür, lakin müalicə kursunun aparılmasına daha çox üstünlük verilir. Tövsiyə olunan optimal müalicə kursu 10-20 gün müddətində preparatı gündəlik inyeksiyalar şəklində yeridilməsidir.

 

Prepared by  T-Soft E-Commerce.