Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 2 mq molsidomin vardır.
Ürəyin işemik xəstəliyi (ÜİX) – stabil və qeyri-stabil stenokardiya zamanı anginal tutmaların profilaktikası, xüsusilə yaşlı xəstələrdə və nitratlara qarşı fərdi dözümsüzlük olduqda. Xroniki ürək çatışmazlığının kombinəolunmuş müalicəsi zamanı. Ağırlaşmalardan qaçmaq məqsədi ilə preparatı həkimin təyinatına ciddi riayət edərək istifadə etmək lazımdır.
- Preparatın aktiv maddəsinə və ya tərkibində olan hər hansı digər komponentə (“Tərkibi” bölməsində göstərilən) qarşı yüksək həssaslıq; - kəskin anginal tutma, kəskin miokard infarktı, ağır dərəcəli hipotoniya, kardiogen şok; - hamiləliyin birinci trimestri və laktasiya dövrü; - arterial hipotenziyanın inkişaf etmə riski yüksək olduğu üçün fosfodiesteraza 5 fermentinin (FDE 5) inhibitorları ilə (sildenafil, vardenafil, tadalafil) eyni zamanda istifadəsi; - ağciyərlərin toksik ödemi; - mərkəzi venoz təzyiqin aşağı düşməsi.
Hamiləlik dövrü Hamiləliyin birinci trimestrində preparatın istifadəsi əks göstərişdir. İlk trimestrdən sonrakı hamiləlik dövrü göstərişlərin və ana üçün müalicənin faydasının və döl üçün potensial riskin nisbətinin hərtərəfli qiymətləndirilməsini tələb edir. Laktasiya dövrü Laktasiya dövründə preparatın istifadəsi tövsiyə olunmur. Preparatın istifadəsi tələb olunduğu halda, müalicə müddətində ana südü ilə qidalanmanı mütləq dayandırmaq lazımdır.
Preparatın əlavə təsirlərini və bu kateqoriyadan olan şəxslərin aktiv diqqətinə ehtimal edilən mənfi təsirləri nəzərə alaraq, riski hərtərəfli qiymətləndirdikdən sonra, preparatı ehtiyatla istifadə etmək olar.
Preparatı daxilə, yemək zamanı və ya yeməkdən sonra, kifayət qədər su ilə qəbul etmək lazımdır. Dozalanması Böyüklər Stenokardiya tutmasını aradan qaldırmaq üçün preparatı 1-2 mq dozada sublinqval (dil altına) təyin etmək lazımdır. Stenokardiya tutmalarının profilaktikası üçün müalicənin birinci və ikinci günü, preparatı sutkada 4-6 dəfə 1-2 mq dozada təyin etmək lazımdır. Dozalanma rejimi fərdidir və xəstəliyin növündən, mərhələsindən və klinik simptomatikanın şiddətindən asılıdır.
Sutkalıq doza, adətən, 2-4 mq təşkil edir; bu doza 2 bərabər qəbula bölünür. Bəzən dozanı 6-8 mq-a qədər artırmaq olar; bu zaman dozanı 3-4 hissəyə bölüb qəbul etmək lazımdır. Terapevtik kursun davametmə müddəti fərdidir. Maksimal sutkalıq doza 12 mq-dır.