Bitib
Stokda olanda mənə xəbər verin.Aqua-82.94qr, Deniz duzu-3qr, Propolis W/G ekstarkt (Qliserin 80-95%, Propolis 15-25%, Aqua-5-10%) -10qr, Asetil sistein-1qr, Disodium EDTA-0.1qr, Benzalkonium xlorid-0.01qr, Sodium xlorid-2.3qr, Polisorbat 20-0.5qr, Mayoran (Qaraqınıq) yağı-0.05qr, Reyhan yağı-0.1qr. Vasitə haqqında: Sinusol Majoran burun spreyi tərkibindəki komponentlərin birgə effekti sayəsində tənəffüs yollarının keçiriciliyini yaxşılaşdıraraq, artıq seliyin xaric olmasını təmin edir, yüksək antimikrob və iltihab əleyhinə təsir göstərir. Dəniz duzunun hipertonik məhlulu (2,3%) - Burun yollarının təbii yolla təmizlənməsinə kömək edərək burunla düzgün tənəffüsü və tənəffüs yollarının keçiriciliyini bərpa edir. Burun hissəsində qıcıqlanma, qaşınma, öskürək, burun axması, sinusit, üz, göz və qulaq ətrafı ağrılar, çətin nəfəs alma və yuxu pozğunluğu kimi simptomları yüngülləşdirir.
Bundan başqa dəniz duzunun hipertonik məhlulu sekresiyaya yığılmış selikde ion rabitəsini dağıdır, seliyin qatılığını ve yapışqanlığını azaldaraq onun axmasını təmin edir. Bu selik də öz növbəsində axaraq yuxarı tənəffüs yollarına yığılmış tozu, allergenləri və infeksiya törəmələrini təmizləyir. Qaraqiniq (lat. Origanum majorana) - Qaraqınıq bitkisi 3% efir yağı, zənginləşmiş flavanoid, polisaxarid və titerpenlərdən ibarət olub antiseptik, antiviral, antibiotik, spazmolitik və iltihab əleyhinə təsir göstərən vasitədir.
Yuxarı tənəffüs yollarında infeksiya yarada biləcək zərərli mikroorqanizmləri məhv edir, tənəffüs yollarında keçiriciliyi yaxşılaşdırır və iltihab əleyhinə təsir göstərir. Reyhan (lat. Ocimum basilicum) - Tərkibi bakteriya, göbələk və virusları məhv edən yüksək miqdarda linalul ve eugenol olan efir yağlarından ibarətdir. Bu da sinusitlərdə infeksiya yaradan seliyin və mikroorqanizmlərin məhv edilməsi və ağrının azaldılması üçün çox vacibdir.
N-asetilsistein (NAC) - iltihablaşmış tənəffüs orqanlarında yaranmış aralıq məhsullar və sərbəst radikalların sufhidril qrupları ilə reaksiyaya girərək onları neytrallaşdırmaqla güclü pnevmoprotektor və antioksidant təsir göstərir. Hava keçidlərindəki selikləri yumşaldan bir antioksidan və ifrazatçı kimi Çıxış edərək tənəffüs vəziyyətinin yaxşılaşdırır. Bunun sayəsində də sinusitlərdə və burunda yaranan seliyi xaric edərək sinusitlərin xroniki iltihabında ağrı yaranmasına imkan vermir. Propolis - tebii məhsul olaraq öz tərkibi sayəsində müxtəlif mikroorqanizmlərin hücumlarının qarşısını alır.
Əsasən flavanoidlər, fenol və terpenlərdən ibarət olan 150-dən çox birləşmələrdən ibarətdir. Bunların sayəsində Propolis güclü antibakterial, antivirus, göbələk əleyhinə, immunomodulyator ve antioksidant təsir göstərir. 约⇧
Burun boşluğunun, burunetrafı ciblərin, burun-udlağın kəskin və xroniki iltihabı xəstəlikləri (kəskin virus infeksiyası, sinusit (haymorit), qrip, zökəm və s.); Kəskin Sinusitin (Haymoritin) müalicəsində; Sinusətrafı (Xroniki Haymorit zamanı), üz, göz, qulaq ətrafı təzyiqlər və ağrılarla müşayət olunan sinusitlərdə (Haymoritdə); Burun boşluğunun gündəlik gigiyenasında; Burundan bakteriyaların, virusların və göbələklərin xaric edilməsi; Burundan seliyin xaric olunması və tənəffüsün bərpa olunması; 0 Burunun selikli qişasının şişkinliyini azaldır; • Burunda ödemin azaldılmasında.
Vasitənin komponentlərinə qarşı yüksək həssaslıq. Xüsusi göstərişlər və ehtiyat tədbirləri: Daxilə qəbul etməyin. O Uşaqlar böyüklərin nəzarəti olmadan istifadə etməməlidir • Gigiyenik səbəblərə görə, hər bir şəxsin öz flakonu olmalıdır (virus və bakteriyaların bir şəxsdən digər şəxsə keçməməsi üçün).
Qeyd: Burun spreyinin tərkibindəki hər hansı komponente qarşı həssas olan şəxslər, 3 yaşdan kiçik uşaqlar, hamilə və laktasiya dövründə olan qadınlar üçün istifadə edilməsi tövsiyə olunmur. Burun spreyinin tətbiqi zamanı tərkibində efir yağlarının olması səbəbindən yandırıcı effekt verə bilər. Həmçinin Asetil sistein məhsula xarakterik bir qoxu verə bilər, bu da məhsulun özünün keyfiyyətinə və effektivliyinə təsir göstərmir.
Gündə 2-3 dəfə olmaq şərti ilə hər burun dəliyinə 1-2 püskürtme (ehtiyac olduqda). Məhsulun içindəki mexaniki sprey pompası sayəsində məhlul çox kiçik damcılar şəklində yayılır və məhlulun burun dəliyindən homojen paylanmasına şərait yaradır. Birinci istifadədən əvvəl qoruyucu halqanı pulvezatorun altından çıxarın. Flakonu şaquli vəziyyətdə tutun.
**Qoruyucu qapağı çıxarın və ilk sprey görünənə qədər nasosu bir neçə dəfə basın. **Eyni zamanda flakonu şaquli tutun. Başınızı arxaya söykəmədən püskürdün. **Püskürtmə zamanı burunla yüngül nəfəs alın.
**İstifadədən sonra nasosun ucluğunu salfet ilə təmizləyərək qoruyucu qapağı ucluğa taxmaq lazımdır. Qeyd: Burun spreyinin tərkibindəki hər hansı komponente qarşı həssas olan şəxslər, 3 yaşdan kiçik uşaqlar, hamilə və laktasiya dövründə olan qadınlar üçün istifadə edilməsi tövsiyə olunmur. Burun spreyinin tətbiqi zamanı tərkibində efir yağlarının olması səbəbindən yandırıcı effekt verə bilər. Həmçinin Asetil sistein məhsula xarakterik bir qoxu verə bilər, bu da məhsulun özünün keyfiyyətinə və effektivliyinə təsir göstərmir.
İstifadədən əvvəl flakonu silkələyin.
Əgər Sinusol Majoran spreyinin tərkibindəki komponentlərdən birinə qarşı allergiya varsa istifadə etməyin. İstifadə zamanı hər hansı allergik reaksiya baş verərsə (burunda şişkinlik, ağrı, nəfəsalmanın çətinləşməsi) qorxmayın. Sinusol Majoran spreyin istifadəsini dayandırın və həkimə müraciət edin.