Добавить в любимое
Делиться

TRENTAL 100MG N60 TB

Код продукта : 111-01767
İstehsalçı ölkə : Hindistan
Reseptlə satılır
0 Комментарий Комментарий
КоллекцияЦена сигнализации

TRENTAL, bağırsaqda həll olan tabletlər

TRENTAL tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq pentoksifillin vardır.

İstifadəsinə göstərişlər

- Periferik qan dövranının aterosklerotik mənşəli pozğunluğu (növbələşən axsama, diabetik angiopatiya), trofik angiopatiya (topuğun trofiki xorası, qanqrena).

- Beyin qan dövranının pozğunluğu (serebral aterosklerozun nəticələri – diqqət pozğunluğu, başgicəllənmə, yaddaşın pisləşməsi), işemik insult və insultdan sonrakı vəziyyət.

- Gözün torlu qişasında və damarlı qişasında qan dövranının pozğunluğu, otoskleroz, daxili qulağın damarlarının zədələnməsi və eşitmənin zəifləməsi fonunda degenerativ dəyişikliklər.

Əks göstərişlər

- Pentoksifillinə və digər metilksantin törəmələrinə qarşı yüksək həssaslıq

- massiv qanaxma

- torlu qişaya geniş qanaxma

- beyinə qansızma

- kəskin miokard infarktı

- 18 yaşa qədər dövr

- hamiləlik və laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi

İstifadə etmək olmaz.

TRENTAL istifadə qaydası və dozası

Dozalanma həkim tərəfindən fərdi olaraq aparılır. Adi dozalanma 1 tablet gündə 3 dəfə olmaqla aparılır, daha sonra doza 200 mq gündə 2-3 dəfəyə qədər artırılır. Birdəfəlik maksimal doza 400 mq-dır. Maksimal gündəlik doza – 1200 mq. Preparat yemək vaxtı və ya yeməkdən dərhal sonra, bütöv şəkildə su ilə daxilə qəbul olunur.

Böyrək funksiyası pozğunluğu olanlarda (KK < 30 ml/dəqiqə) doza azaldıla (1-2 tablet/gün) bilər. Qaraciyər funksiyasının ağır pozğunluğu olan xəstələrdə fərdi dözülməzlik nəzərə alınmaqla dozanın azaldılması vacibdir. Arterial hipotenziyası olan xəstələrdə və həmçinin arterial təzyiqin enmə təhlükəsinə görə risk qrupuna (ÜİX-nin ağır forması, baş beyin damarlarının stenozu) daxil olan xəstələrdə müalicəyə kiçik doza ilə başlamaq olar.

Фильтры продуктов
Код продукта поставщика:111-01767
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce