Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq trifluoperazin vardır.
Psixotik pozğunluqlar, o cümlədən şizofreniya.
Preparatın tərkibində olan komponentlərə, fenotiazin sırasından olan digər preparatlara qarşı yüksək həssaslıq; keçiriciliyin pozulması ilə müşayiət olunan və dekompensasiya mərhələsində olan ürək xəstəlikləri, şiddətli arterial hipotenziya, MSS-nin depressiyası, baş beyinin və onurğa beyinin proqressivləşən sistem xəstəlikləri, stenokardiya, qapalı-bucaqlı qlaukoma, qaraciyər və böyrək funksiyalarının pozulması, qaraciyər zədələnməsi, qaraciyərin kəskin və xroniki iltiabi xəstəlikləri, mədənin və onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşmə dövrü, epilepsiya, Parkinson xəstəliyi, tənəffüsün mərkəzi tənzimlənmə mexanizminin pozulması (xüsusilə uşaqlarda), Rey sindromu, kaxeksiya, feoxromositoma, miksedema, prostat vəzinin hiperplaziyası, qanda patoloji dəyişikliklər (qanyaranmanın pozulması ilə əlaqəli), sümük iliyində baş verən qanyaranmanın tormozlanması, prolaktindən asılı şişlər, süd vəzi xərçəngi, 60 yaşdan yuxarı pasiyentlər.
Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Laktasiya dövründə preparatın istifadəsi üçün zərurət yarandıqda, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Preparatla müalicə müddətində nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən, həmçinin yüksək diqqət konsentrasiyası, sürətli psixi və hərəki reaksiyalar tələb edən fəaliyyətlə məşğul olmaqdan çəkinmək lazımdır.
Daxilə, yeməkdən sonra qəbul etmək lazımdır. Böyüklər üçün müalicənin əvvəlində trifluoperazinin birdəfəlik dozası 5 mq (1 tablet) təşkil edir. Sonra, dozanı hər qəbulda 5 mq (1 tablet) tədricən artıraraq, sutkalıq 30-80 mq-a (bəzi hallarda 100-120 mq-a qədər) çatdırmaq olar. Sutkalıq dozanı 2-4 qəbula bölmək lazımdır.
Terapevtik effekti əldə etdikdən sonra, 1-3 ay müddətində optimal dozalar təyin etmək və daha sonra isə tədricən sutkada 5-20 mq-a qədər aşağı salmaq lazımdır. Sonuncu göstərilən dozaları gələcəkdə dəstəkləyici dozalar kimi istifadə etmək lazımdır. Böyüklər üçün trifluoperazinin maksimal sutkalıq dozası 100-120 mq-dır. Xəstəliyin gedişindən asılı olaraq, preparatla müalicəni tam fərdi aparmaq lazımdır.
Müalicənin effektivliyindən asılı olaraq, preparatla müalicənin müddəti 3-9 ay və daha çox davam edə bilər. Uşaqlar Bu dərman formasında preparatı uşaqlar üçün istifadə etmək olmaz.