Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 kapsulda 250 mq ursodezoksixol turşusu vardır
Dekompensasiya əlamətləri mövcud olmadıqda birincili biliar sirrozun (birincili biliar xolangitin) müalicəsi. Öd daşı olan, ancaq ödçıxarıcı yolların normal funksiyasını saxlanmış x əstələrdə rentgen müayinə zamanı kölg ə verməyən, diametri 15 mm-dən az olan öd kisəsində xolesterin öd daşlarının əridilməsi. Qaraciyər transplantasiyası olan xəstələrdə öd daşların/ xolestazın profilaktikası. Hamiləlik zamanı qaraciyərdə xolestazın müalicəsi.
Mukovissidozla (kistoz fibrozla) əlaqəli hepatobiliar xəstəliklərin müalicəsi.
Preparatın hər hansı bir komponentinə və ursodezoksixol turşusu kimi öd turşularına qarşı yüksək həssaslıq. Öd kisəsinin və öd yollarının kəskin iltihabi xəstəlikləri. Öd yollarının keçməzliyi (ümumi öd axarının və ya kisə axarının keçməzliyi). Tez-tez təkrarlanan öd sancıları tutmaları.
Rentgenkontrast kalsifikasiya olunmuş öd daşları. Öd kisəsinin yığılma qabiliyyətinin pozulması. Aktiv mədə və ya onikibarmaq bağırsağın xora xəstəliyi və ya öd turşularının enterohepatik sirkulyasiyasını inhibə edən bağırsaq, yaxud qaraciyər funksiyasının pozulması. Qalça bağırsağın rezeksiyası və stoma, regionar ileit, ekstrahepatik xolestaz, ciddi və kəskin qaraciyər xəstəlikləri.
6-18 yaşlı uşaqlarda kistoz fibrozla əlaqəli hepatobiliar pozulmaların müalicəsində istifadə zamanı: • Ödçıxarıcı yolların atreziyası olan uşaqlarda uğursuz nəticələnən portoenterostomiya və ya normal öd axınının bərpa olunmaması halları.
Hamiləlik dövründ ə ursodezoksixol turşusu yalnız mütl əq göstəriş olduqda istifad ə edilməlidir. Laktasiya dövründ ə ana üçün müalic ənin faydası / körp ə üçün potensial riski nisbəti qiymətləndirilməlidir.
Preparat nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
Birincili biliar sirrozun (BBS) müalicəsi: Gündəlik doza 14±2 mq ursodezoksixol turşusu (UDT)/kq bədən kütləsinə (2 -4 bərabər bölünmüş dozada və ya bir dəfəyə qəbul olunur) Xolesterin öd daşlarının əridilməsi: Gündə 10 mq/kq (axşam yatmazdan əvvəl və ya bir dəfəyə qəbul olunur) Qaraciyər transplantasiyası olan xəstələrdə öd daşlarının/ xolestazın profilaktikası: Gündə 10-15 mq/kq (2-4 bərabər bölünmüş dozada və ya bir dəfəyə qəbul olunur) Hamiləlik zamanı qaraciyərin xolestazı: Gündə 10-20 mq/kq (2-4 bərabər bölünmüş dozada və ya bir dəfəyə qəbul olunur) Kistoz fibrozla əlaqəli hepatobiliar xəstəliklərin müalicəsi: Ehtiyac olduqda, 6 yaşda və daha böyük uşaqlarda və böyü klərdə gündə 20 mq/kq-a qədər artırıla bilər (2-3 bərabər bölünmüş dozada və ya bir dəfəyə qəbul olunur). İstifadə tezliyi və müddəti: • Xolesterin öd daşlarının əridilməsi: Kapsullar hər axşam, çeynəmədən kifayət qədər su ilə qəbul edilir. Adətən xolesterin öd daşlarının əridilməsi üçün 6-24 ay müalicə lazımdır. Müalicədən 12 ay sonra öd daşının ölçüsündə azalma müşahidə olunmasa, müalicə davam etməməlidir.
Müalicənin effektivliyi hər 6 aydan bir ödçıxarıcı yolların rentgenoloji və ultrasəs müayinə si ilə yoxlanılmalıdır. Birincili biliar sirrozun (BBS) simptomatik müalicəsi: • Müalicənin ilk 3 ayında Udeks™ preparatını, günd əlik dozanı böl ərək, gün ərzində qəbul etm ək lazımdır. Qaraciy ərin funksional göst əricilərinin yaxşılaşması zamanı günd əlik dozanı günd ə bir dəfə axşam qəbul etmək olar. BBS zamanı Udeks™ preparatının qəbul vaxtına dair məhdudiyyət yoxdur.
BBS olan x əstələrdə nadir hallarda müalic ənin əvvəlində klinik əlamətlər ağırlaşa bil ər (m əs., qaşınma). Belə hallarda gündə 1 kapsul q əbul edərək, müalicəni davam etdirirl ər və gündəlik doza hər həftə, tövsiyə olunan dozaya qədər 1 kapsul artırılır. Öd daşının/ xolestazın profilaktikası, hamiləlikdə qaraciyər xolestazı, kistoz fibrozla əlaqəli hepatobiliar x əstəliklərin müalic əsi zamanı tətbiqin tezliyi və müddəti həkimin qərarı ilə planlaşdırılır. İstifadə qaydası Kapsullar mütəmadi olaraq qəbul edilməlidir.
• Xolesterin öd daşlarının əridilməsi Kapsullar yatmazdan əvvəl kifayət qədər su ilə qəbul edilir. • Birincili biliar sirrozun (BBS) simptomatik müalicəsi: Kapsulları çeynəmədən kifayət qədər su ilə qəbul edilir. Xüsusi qrup xəstələrə dair əlavə məlumat Qaraciyər çatışmazlığı olan xəstələr Dozalanmaya dair tövsiyələr "İstifadə qaydası və dozası" bölməsinin "Birincili biliar sirrozun (BBS) simptomatik müalicəsi" hissəsində baxın. Böyrək çatışmazlığı olan xəstələr Dozanın tənzimlənməsinə dair tövsiyələr yoxdur.
Pediatrik xəstələr Udeks™ preparatının istifad əsinə dair yaş m əhdudiyyəti yoxdur. Preparatın istifad əsi b ədən kütləsindən və xəstənin klinik vəziyyətindən asılıdır. Yaşlı xəstələr Udeks™ preparatının istifadəsinə dair yaş m əhdudiyyəti yoxdur.Yaşlı xəstələrdə istifadə qaydası və dozası böyüklərdəki kimidir.