Ulkavis 120MG N56 Tb
Bitib
Stokda olanda mənə xəbər verin.ULKAVİS, 120 mq örtüklü tabletlər
ULKAVİS tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 303,03 mq bismut trikalium disitrat (120,00 mq bismut oksidə ekvivalent) vardır.
İstifadəsinə göstərişlər
Mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi kəskinləşmə fazasında, o cümlədən Helicobacter pylori ilə bağlı. Xroniki qastrit və qastroduodenit kəskinləşmə fazasında, o cümlədən, Helicobacter pylori ilə bağlı. Əsasən diareya simptomları ilə müşayiət olunan qıcıqlanmış bağırsaq sindromu. Mədə-bağırsaq traktının üzvi xəstəlikləri ilə bağlı olmayan funksional dispepsiya.
Əks göstərişlər
Ağır böyrək çatışmazlığı (kreatinin klirensi 30 ml/dəq -dən aşağı), hamiləlik və laktasiya dövrü, preparata qarşı fərdi dözümsüzlük, 4 yaşa qədər yaş dövrü.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Ulkavis preparatının hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Ulkavis preparatının nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirinə dair məlumat yoxdur.
ULKAVİS istifadə qaydası və dozası
Böyüklərə və 12 yaşdan böyük uşaqlara Ulkavis preparatı gündə 4 dəfə qida qəbuluna 30 dəqiqə qalmış və gecəyə 1 tablet və ya gündə 2 dəfə qida qəbuluna 30 dəqiqə qalmış 2 tablet təyin edilir. 8 yaşdan 12 yaşa qədər uşaqlara Ulkavis preparatı gündə 2 dəfə qida qəbuluna 30 dəqiqə qalmış 1 tablet təyin edilir. 4 yaşdan 8 yaşa qədər uşaqlara 8 mq/kq/gün dozada təyin edilir, uşağın bədən kütləsindən asılı olaraq, gündə 1 -2 tablet təyin edilir (müvafiq olaraq gündə 1 -2 qəbula). Bu zaman gündəlik doza hesablanmış dozaya (8 mq/kq/gün) maksimum yaxın olmalıdır.
Tabletlər yeməkdən 30 dəqiqə əvvəl az miqdarda su ilə qəbul edilir. Müalicə kursunun müddəti 4-8 həftədir. Sonrakı 8 həftə müddətində tərkibində bismut olan dərman preparatı qəbul edilməməlidir. Helicobacter pylori -nin eradikasiyası üçün Ulkavis preparatının antihelikobakter aktivliyə malik digər antibakterial preparatlarla kombinasiyada istifadə edilməsi məqsədəuyğundur (həkimin tövsiyəsinə əsasən).