Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 40 mq pantoprazola ekvivalent olan 45,15 mq pantoprazol natrium seksvihidrat vardır.
- Reflüks ezofaqit;
- Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi;
- Helicobacter pylori–nin eradikasiyası (antibiotiklərlə kombinasiyada);
- Zollinger-Ellison sindromu və mədə sekresiyasının yüksəlməsi ilə əlaqəli digər patoloji vəziyyətlər.
- Pantoprazola, benzimidazol törəmələrinə, həmçinin preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq;
- 12 yaşa kimi yaş dövrü (bu yaş qrupu üçün effektivliyi və təhlükəsizliyi üzrə klinik məlumatların kifayət qədər olmamasına görə).
Pantoprazolun hamilə qadınlarda istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Heyvanlar üzərində tədqiqatlar reproduktiv toksiklik aşkar etmişdir. İnsan üçün potensial riski məlum deyil. Zərurət yoxdursa, Ulsetid hamiləlik dövründə istifadə olunmamalıdır.
İnsan südünə ifraz olunması barədə məlumatlar vardır. Buna görə də, ana südü ilə qidalandırmanın davam etdirilməsi/dayandırılması və ya Ulsetid ilə müalicənin davam etdirilməsi/dayandırılması barədə qərar ana südü ilə qidalandırmanın uşağa və Ulsetid ilə müalicənin anaya olan faydasını nəzərə almaqla qəbul edilməlidir.
Tabletləri çeynəmək və ya xırdalamaq olmaz, yeməkdən 1 saat əvvəl, kifayət qədər su ilə bütöv şəkildə qəbul etmək lazımdır. Preparat adətən səhər yeməyindən əvvəl qəbul olunur. İki dəfə təyin olunduqda preparatın ikinci dozasını axşam yeməyindən əvvəl qəbul etmək məsləhət görülür.
12 yaşdan böyük yeniyetmələrə və böyüklərə:
Reflüks ezofaqit: Gündəlik doza 40 mq təşkil edir. Tək-tək hallarda lazım gələrsə doza 80 mq-a qədər artırıla bilər. Simptomların yüngülləşməsi adətən 2-4 həftə ərzində baş verir. Müalicə kursu 4-8 həftə təşkil edir.
Böyüklərə:
Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi: Gündə 40-80 mq təyin edilir. Onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi zamanı müalicə kursu adətən 2 həftə, mədənin xora xəstəliyi zamanı isə 4-8 həftə təşkil edir.
Helicobacter pylori–nin eradikasiyası üçün: gündə 2 dəfə 40 mq, iki antibiotik ilə kombinasiyada, müalicə kursu 7-14 gün.
Zollinger-Ellison sindromu: başlanğıc doza gündə 80 mq, lazım gələrsə artırılır.
Qaraciyər funksiyası pozulmuş xəstələr:
Gündəlik doza 20 mq-dan çox olmamalıdır.
Yaşlılar və böyrək xəstələri:
Dozanın dəyişilməsinə ehtiyac yoxdur.
Uşaqlar (12 yaşdan kiçik):
Ulsetid istifadəsi tövsiyə edilmir.
Mədə-bağırsaq: fundal vəzilərin polipləri (xoşxassəli), ishal, ürəkbulanma, qusma, meteorizm, qəbizlik, ağızda quruluq, qarında ağrılar və narahatlıq.
Hepatobiliar: qaraciyər fermentlərinin və bilirubinin artması, hepatosellyular zədələnmə, sarılıq, çatışmazlıq.
Metabolizm: hiperlipidemiya, bədən çəkisinin dəyişməsi, hiponatriemiya, hipomaqnezemiya, hipokalsemiya, hipokalemiya.
Sinir sistemi: başgicəllənmə, baş ağrısı, dadbilmə pozğunluqları, paresteziya.
Görmə: dumanlı görmə.
Psixika: yuxu pozğunluqları, depressiya, dezorientasiya, hallüsinasiyalar, huşun qarışması.
Skelet-əzələ: sınıqlar, əzələ spazmları, artralgiya, mialgiya.
Dəri: səpgi, övrə, Stivens-Conson sindromu, Layella sindromu, fotosensibilizasiya.
Qan: aqranulositoz, trombositopeniya, leykopeniya, pansitopeniya.
İmmunitet: hiperhəssaslıq reaksiyaları.
Böyrəklər: interstisial nefrit.
Reproduktiv: ginekomastiya.
Digər: asteniya, periferik ödemlər, temperaturun yüksəlməsi.