Support Line : +994503023010
Menu
Account
Forgot password?
REGISTER
Cart

Ultrox 10 mq N28 tablet

Comment
Ratings & Reviews (1)
5.0 Average ratings
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Product Code : 111-12530
İstehsalçı ölkə: Türkiye
12.52 AZN
Like

Out Of Stock

Notify me when its in stock
Add to List Recommend It Comment Price Alert

ULTROKS 10, 20, 40 mq örtüklü tabletlər

ULTROKS 10, 20 tərkibi

Təsiredici maddə: 1 örtüklü tabletin tərkibində 10, 20 və ya 40 mq rozuvastatinə ekvivalent olan rozuvastatin kalsium vardır.

İstifadəsinə göstərişlər

Hiperxolesterinemiyanın müalicəsi Böyüklərdə, yeniyetmələrdə, 6 yaş və 6 yaşdan yuxarı uşaqlarda ilkin hiperxolesterinemiyanın (IIa tip heteroziqot ailəvi hiperxolesterinemiya daxil olmaqla) və ya qarışıq dislipidemiyanın (IIb tip) müalicəsində pəhriz və digər qeyri-farmakoloji müalicə (məs., idman, bədən çəkisinin azaldılması) qənaətbəxş deyilsə, pəhrizə əlavə kimi təyin edilir. Homoziqot ailəvi hiperxolesterinemiyanın müalicəsində pəhrizə və digər lipidazaldıcı müalicələrə (məs., ASLP-aferez) əlavə kimi və ya belə müalicələr xəstəyə müvafiq deyilsə təyin edilir. Ürək-damar xəstəliklərinin profilaktikası İlkin ürək-damar xəstəlikləri üçün yüksək risk faktorlarına malik xəstələrdə risk faktorlarının korreksiyası üçün təyin edilir.

Əks göstərişlər

- Rozuvastatinə və ya hər hansı bir köməkçi maddəyə qarşı yüksək həssaslıq olan xəstələrə.

- Aydın olmayan səbəblərdən qan zərdabı transaminazalarının miqdarının yüksəlməsi daxil olmaqla aktiv qaraciyər xəstəliyi olan və istənilən qan zərdabı transaminazalarının miqdarı normanın yüksək limitindən (NYL) 3 dəfə çox olan xəstələrə.

- Ağır böyrək çatışmazlığı olan xəstələrə (kreatinin klirensi < 30 ml/dəq).

- Miopatiyası olan xəstələrə.

- Yanaşı olaraq siklosporin qəbul edən xəstələrə.

- Hamiləlik, laktasiya dövrü, həmçinin, hamilə qalma ehtimalı olan müvafiq kontraseptiv istifadə etməyən qadınlara. 40 mq doza miopatiya/rabdomiolizə meyllilik faktorları olan xəstələrə əks göstərişdir. Bu faktorlara aşağıdakılar aiddir:

- Orta dərəcəli böyrək çatışmazlığı (kreatinin klirensi < 60 ml/dəq).

- Hipotireoz.

- Şəxsi və ya ailə anamnezində irsi əzələ pozulmaları.

- Anamnezində digər HMQ-KoA reduktaza inhibitoru və ya fibratın qəbulu ilə əlaqəli əzələ toksikliyi.

- Spirtli içkilərdən sui-istifadə.

- Plazma konsentrasiyasının yüksəlməsinə səbəb ola biləcək hallar.

- Asiyalı xəstələr.

- Fibratlarla birgə istifadə.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ultroks® hamiləlik və laktasiya dövründə əks göstərişdir. Hamilə qalma ehtimalı olan qadınlar müvafiq kontraseptiv vasitələr istifadə etməlidir. Xolesterin və xolesterin biosintezinin digər məhsulları dölün inkişafı üçün önəmli olduğundan, hamiləlik dövründə HMQ-KoA reduktazanın blokada riski müalicənin faydasından üstündür. Heyvanlarla aparılan tədqiqatlarda reproduktiv toksiklik barədə

məhdud sübutlar təmin etmişdir. Əgər qadın müalicə zamanı hamilə qalıbsa, dərman qəbulu dərhal dayandırmalıdır. Rozuvastatin siçovullarda ana südünə keçir. İnsanlarda ana südünə keçməsi ilə bağlı məlumat yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Rozuvastatinin sürücülük və maşın idarəetmə bacarığına təsiri öyrənilməmişdir. Lakin, farmakodinamik xüsusiyyətlərinə əsaslanaraq rozuvastatin belə bir effektə malik olduğu güman edilmir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən nəzərə alınmalıdır ki, müalicə zamanı başgicəllənmə ola bilər.

ULTROKS 10, 20 istifadə qaydası və dozası

Müalicəyə başlamazdan əvvəl xəstə xolesterin azaldan pəhrizə başlamalı və müalicə müddətində də pəhrizə davam etməlidir. Mövcud olan təlimatları istifadə edərək, dozalanma müalicənin məqsədindən və xəstənin müalicəyə cavabından asılı olaraq fərdi seçilməlidir. Ultroks® günün istənilən vaxtında qida ilə və ya onsuz təyin edilə bilər. Hiperxolesterinemiyanın müalicəsi İstər əvvəllər statin qəbul etməmiş, istərsə də digər HMQ-KoA reduktaza inhibitorlarını dəyişən xəstələrdə başlanğıc doza kimi 5 mq və ya 10 mq gündəlik, birdəfəyə, peroral təyin edilir. Başlanğıc doza fərdi xəstənin xolesterin səviyyəsindən və gələcəkdə ürək-damar problemləri riskindən, eləcə də arzuolunmaz reaksiyaların potensial yaranma riskindən asılı olaraq seçilir. Sonrakı doza uyğunlaşdırması, əgər mütləqdirsə, 4 həftədən sonra edilir. Aşağı dozalara nisbətən 40 mq dozanın təyini zamanı əlavə reaksiyaların başvermə tezliyinin yüksək olduğunu nəzərə alaraq, 40 mq doza yalnız ağır formalı hiperxolesterinemiya (xüsusilə, ailəvi hiperxolesterinemiya) və ürək-damar xəstəlikləri riski yüksək olan xəstələrdə, əgər 20 mq dozada müalicəyə nail olunmursa, təyin edilir və xəstə müvafiq olaraq nəzarətdə saxlanılır. 40 mq dozanın təyini mütəxəssis nəzarəti altında aparılması məsləhətdir. Ürək-damar xəstəliklərinin profilaktikası Ürək-damar xəstəliklərinin risk hallarını azaltmaq məqsədilə aparılan tədqiqatlarda gündəlik doza olaraq 20 mq təyin edilmişdir. Uşaqlarda istifadəsi Uşaqlarda istifadəsi yalnız mütəxəssis nəzarəti ilə aparılmalıdır. 6-17 yaşlı uşaqlar və yeniyetmələrdə (Tannerə görə < II-V mərhələ)

- 6-9 yaşlı heteroziqot ailəvi hiperxolesterinemiyası olan uşaqlarda doza gündə bir dəfə 5-10 mq-dır. Bu qrup xəstələrdə gündəlik 10 mq-dan yüksək dozanın istifadəsi zamanı effektivlik və təhlükəsizlik ilə bağlı tədqiqatlar aparılmamışdır.

- 10-17 yaşlı heteroziqot ailəvi hiperxolesterinemiyası olan uşaqlarda doza gündə bir dəfə 5-20 mq-dır. Bu qrup xəstələrdə gündəlik 20 mq-dan yüksək dozanın istifadəsi zamanı effektivlik və təhlükəsizlik ilə bağlı tədqiqatlar aparılmamışdır. 8-17 yaş arası homoziqot ailəvi hiperxolesterinemiyası olan uşaqlar və yeniyetmələrdə istifadəsinə dair təcrübələr məhduddur. 6 yaşdan kiçik uşaqlarda Bu yaş qrupuna aid uşaqlarda istifadəsinə dair məlumatlar yoxdur. Bu səbəbdən 6 yaşdan kiçik uşaqlara Ultroks® təyini məsləhət görülmür. Yaşlılarda istifadəsi Yaşı 70-dən çox olan xəstələrdə başlanğıc doza kimi 5 mq məsləhət görülür. Yaşla bağlı digər doza uyğunlaşdırılması vacib deyil. Böyrək çatışmazlığı olan xəstələrdə dozalaşdırma Yüngül və orta ağırlıqlı böyrək çatışmazlığı olan xəstələrdə dozalaşdırılma tələb olunmur. Orta ağırlıqlı böyrək çatışmazlığı olan xəstələrdə (kreatinin klirensi < 60 ml/dəq) başlanğıc doza olaraq 5 mq məsləhət görülür. Orta ağırlıqlı böyrək çatışmazlığı olan xəstələrdə 40 mq

doza əks göstərişdir. Ağır böyrək çatışmazlığı olan xəstələrdə Ultroks®-un istənilən dozada təyini əks göstərişdir. Qaraciyər çatışmazlığı olan xəstələrdə dozalaşdırma Çayld-Pyu şkalasına görə göstəricisi 7 və daha aşağı olan xəstələrdə rozuvastatinin sistem təsirində yüksəlmə müşahidə edilməmişdir. Lakin, Çayld-Pyu şkalasına görə göstəricisi 8-9 olan xəstələrdə rozuvastatinin sistem təsirində yüksəlmə müşahidə olunmuşdur. Belə xəstələrdə qaraciyər funksiyasının göstəriciləri nəzarətdə saxlanılmalıdır. Çayld-Pyu şkalasına görə göstəricinin 9-dan yüksək olduğu hallarda tədqiqat aparılmamışdır. Ultroks® aktiv qaraciyər xəstəliklərində əks göstərişdir. İrq Asiyalı xəstələrdə sistem təsirin artması müşahidə edilmişdir. Asiya mənşəli xəstələr üçün başlanğıc doza 5 mq məsləhət görülür. Belə xəstələrə 40 mq doza əks göstərişdir. Miopatiyaya meylli xəstələrdə dozalaşdırma Miopatiyaya meylli xəstələrdə məsləhət görülən başlanğıc doza 5 mq-dır . Bu xəstələrin bəzisində 40 mq doza əks göstərişdir.

Prepared by  T-Soft E-Commerce.