Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 kapsulda 250 mq ursodeoksixol turşusu vardır.
✓ Öddaşı xəstəliyi (ÖDX): biliar slac; yüksək əməliyyat riski ilə üzləşən pasiyentlərdə və litotripsiyadan sonrakı dövrdə olan pasiyentlərdə fəaliyyət göstərən öd kisəsində xolesterin mənşəli öd daşlarının əridilməsi. Müalicənin uğurlu olması üçün şərt – fəaliyyət göstərən öd kisəsi və diametri 15 mm-dən artıq olmayan təmiz radiotransparant xolesterin daşlarının olmasıdır; ✓ Dekompensasiya əlamətləri olmadıqda birincili biliar sirroz (simptomatik müalicə) ✓ 6-dan yuxarı uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə mukovissidozla əlaqədar hepatobiliar pozuntular.
• Preparatın tərkibindəki təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
• Öd kisəsinin və ya öd yollarının kəskin iltihabı.
• Öd yollarının tutulması (ümumi öd axacağının və ya öd kisəsi axacağının tutulması).
• Öd sancılarının tez-tez baş verməsi.
• Öd daşlarının radiokontrast kalsifikasiyası.
• Öd kisəsinin yığılma qabiliyyətinin pozulması.
• Qastrit və ya onikibarmaq bagırsaq xorası.
• Obstruktiv sarılıq.
• Ekstraxolestaz və intraxolestaz, bağırsaq keçməzliyi, yerli ileit, ileostomiya.
Hamiləlik Hamilə qadınlarda ursodeoksixol turşusunun istifadəsinə aid məlumatlar olmamış və ya məhdud sayda olmuşdur. Heyvanlar üzərində aparılan tədqiqatlar erkən hestasiya fazası dövründə reproduktiv toksikliyi nümayiş etdirmişdir. Əgər aşkar ehtiyac olmasa hamiləlik zamanı Ursobil istifadə olunmamalıdır. Nəsilartırma qabiliyyəti olan qadınlar yalnız etibarlı kontraseptivlərdən istifadə etdiyi zaman müalicə olunmalıdırlar: qeyri-hormonal və ya az estrogen tərkibli peroral kontraseptiv tədbirlər tövsiyə olunur. Buna baxmayaraq, öddaşı həll olunması üçün Ursobil kapsullar qəbul edən xəstələrdə effektiv qeyri-hormonal kontrasepsiyadan istifadə olunmalıdır, çünki hormonal oral kontraseptivlər öddaşı yaranmasını yüksəldə bilər. Müalicəyə başlamadan əvvəl hamiləlik ehtimalı istisna edilməlidir. Laktasiya Az sayda sənədləşdirilmiş hadisələrdə südverən qadınların südündə ursodezoksixol turşusunun səviyyələri çox aşağı olmuşdur və südəmər körpələrdə əlavə təsirlərin olması ehtimal olunmur. Fertillik Heyvanlar üzərində aparılan tədqiqatlar ursodeoksixol turşusunun fertilliyə təsirini təsdiq etməmişdir. Ursodeoksixol turşusu ilə müalicəni qəbul edən insanlarda fertillik üzrə məlumatlar əldə olunmamışdır.
Ursodeoksixol turşusu sürücülüyə və mexanizmlərdən istifadə qabiliyyətinə təsir etmir və ya çox cüzi təsir göstərir.
Peroral qəbul üçün
Xolesterin öd daşlarının əridilməsi üçün: daxilə, 5-10 mq/kq/gün ursodezoksixol turşusu qəbul edilir (aşağıdakı cədvəldə göstərilən qaydada).
250 mq kapsullar
Bədən kütləsi Kapsul < 60 kq 2 61-80 kq 3 81-100 kq 4 100 kq > 5
Kapsullar hər gün axşam yatmazdan əvvəl su ilə daxilə qəbul edilir. Müalicə müddəti 6-12 ay. 12 aylıq müalicədən sonra öd daşlarının ölçülərində kiçilmə müşahidə edilmirsə müalicənin davam etdirilməsi tövsiyə olunmur. Müalicənin effektivliyi 6 aydan bir ultrasəs və ya rentgen müayinələri ilə yoxlanılmalıdır. Əlavə tədqiqatlarda zamanla daşların kalsifikasiyasının baş vermədiyini yoxlamaq lazımdır. Belə hal baş verərsə müalicə dayandırılmalıdır. Birincili biliar sirrozun simptomatik müalicəsi Gündəlik doza bədən çəkisindən asılıdır və 2 kapsuldan 6 kapsul arasındadır (1 kq bədən çəkisi üçün təxminən 10-15 mq ursodezoksixol turşusu). Aşağıdakı tətbiq rejimi tövsiyə olunur.
250 mq kapsullar
Bədən kütləsi Sutkalıq doza (kapsul) Səhər Günorta Axşam 34-50 kq 2 1 1 51-65 kq 3 1 1 1 66-85 kq 4 1 1 2 86-110 kq 5 1 2 2 110 kq > 6 2 2 2
6-18 yaşlı mukovissidozlu uşaqlarda hepatobiliar pozğunluqlar zamanı 20-30 mq/kq 2-3 dəfəyə qəbul edilir.