Təsiredici maddələr: 100 ml-nin tərkibində 1 ml Gentiana lutea D1, 10 ml Aconitum napellus D6, 10 ml Bryonia D6, 10 ml Ferrum phosphoricum D12, 10 ml Acidum lacticum D12 vardır. Köməkçi maddələr: 43% etanol (kütləyə görə), təmizlənmiş su, laktoza monohidrat izi. 1 ml = təxminən 25 damcı.
İstifadəsinə göstərişlər:
Qrip, qripəbənzər infeksiyaların və soyuqdəymə xəstəliklərinin profilaktikası - Kəskin respirator xəstəliklərin (qrip və paraqrip infeksiyası daxil olmaqla), həmçinin oynaqların ağrı sindromu ilə müşayiət olunan iltihabi və revmatik xəstəliklərin müalicəsi (simptomlarını yüngünləşdirmək məqsədi ilə)
Əks göstərişlər:
Preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə həkimin məsləhəti ilə istifadə oluna bilər.
AFLUBİN ® damcı təmiz halda və ya bir qədər suda həll edilərək qəbul olunur. Uşaqlara yalnız suda həll edilmiş şəkildə verilməlidir.
Məhsul Filtrləri | ||
|---|---|---|
| Təchizatçı Məhsul Kodu | : | 111-05580 |