Geri qaytarma/Dəyişdirmə Siyasəti
1) Onlayn qaydada təqdim edilən malların digəri ilə əvəzlənməsi və ya geri qaytarılması ilə bağlı bank xərcləri istifadəçidən tutulacaq.
2) Malların digəri ilə əvəzlənməsi və ya geri qaytarılması zamanı nağd qaydada ödənişlər bilavasitə mallar geri qaytarılan ünvanda aparılacaq, onlayn qaydada aparılmış ödənişlər isə, 7 (yeddi) iş günü ərzində malların ödənişi aparılmış hesaba geri qaytarılacaq.
3) Malların digəri ilə əvəzlənməsi və ya geri qaytarılması müştərinin seçiminə uyğun olaraq mağazada və ya müştərinin ünvanında aparıla bilər.
4) Malların geri qaytarılması və ya digəri ilə əvəzlənməsi zamanı öncədən sifariş olunmuş məhsulun kuryer xidməti müştəriyə geri ödənilmir.
5) Müştəri öz ünvanında geri qaytarılma və ya digəri ilə əvəzləmə etmək istəyərsə, əlavə olaraq müştəri kuryer xidmətini öhdəliyinə götürür.
6) Xüsusi saxlama rejimi tələb edən mallar (temperatur və işığa həssas olan dərman preparatları və.s) tamlığı pozulmadan açıla bilən dərman preparatları geri qaytarılmır.