Bitib
Stokda olanda mənə xəbər verin.ALSET tərkibi, 5 ml şərbətin tərkibində 5 mq setirizin dihidroxlorid vardır
Setirizin böyüklərə və 2 yaşlı və daha böyük uşaqlarda aşağıdakı hallarda istifadə olunur: allergik rinitin burun və göz simptomlarının, idiopatik övrənin simptomlarının müalicəsi, qaşınmanın simptomatik müalicəsi.
• Anamnezində ALSET-in təsiredici maddəsinə və ya köməkçi maddələrindən hər hansı birinə, hidroksizinə və ya piperazin törəmələrinə qarşı yüksək həssaslığı olan pasiyentlərdə preparatın istifadəsi əks göstərişdir. • Kreatinin klirensi 10 ml/dəq-dən aşağı olmaqla, ağır böyrək çatışmazlığı olan pasiyentlərdə istifadəsi. • Fruktozaya dözümsüzlük kimi nadir irsi çatışmazlığı olan pasiyentlərdə istifadəsi.
Ümumi tövsiyə: Hamiləlik kateqoriyası: “B”. Doğuş potensialı olan qadınlar setirizinlə müalicə oluna bilər. Setirizinlə oral kontraseptivlərin birlikdə istifadəsi zamanı kontraseptivlərin effektivliyinin azalması gözlənilmir. Setirizinin hamilə qadınlara təsirinə dair mövcud klinik məlumatlar çox məhduddur. Heyvanlar üzərində aparılan tədqiqatlarda setirizinin hamiləliyə, embrionun/dölün inkişafına, doğuşa və ya postnazal inkişafa birbaşa və ya dolayı zərərli təsiri aşkar edilməmişdir. Yalnız hamilə qadınlar üçün mütləq zəruri hallarda istifadə etmək və ehtiyatlı olmaq lazımdır. Setirizinin istifadəsindən sonra nümunənin götürülmə vaxtından asılı olaraq, o, ana südünə 0,25-dən 0,9-a qədər konsentrasiyalarda nüfuz edir və ona görə də südəmər uşağı olan qadınlarda istifadəsi tövsiyə olunmur. Heyvanlar üzərində aparılan tədqiqatlarda setirizinin fertilliyə təsiri aşkar edilməmişdir.
2 - 6 yaşlı uşaqlar: gündə 1 dəfə 2,5 mq (yarım qaşıq) istifadə edilir. Bu yaş qrupunda gündəlik doza 5 mq-a qədər yüksəldilə bilər. 6 - 12 yaşlı uşaqlar: gündə 5 mq (tam qaşıq) və ya 10 mq (iki tam qaşıq) istifadə edilir və ya gündəlik dozanı iki yerə bölmək olar. 12 yaşlı və daha böyük uşaqlar və böyüklər: gündə 5 mq və ya 10 mq istifadə edilir. ALSET şərbət oral istifadə üçün nəzərdə tutulmuşdur. Şərbət olduğu kimi udula bilər. Böyrək çatışmazlığı olan pasiyentlərdə istifadə tezliyi insanın böyrək funksiyasına müvafiq olaraq tənzimlənir. Kreatinin klirensi əsasında dozaya düzəliş edilir.