Линия поддержки клиентов : +994503023010
Меню
Мой счет
Я забыл свой пароль
регистр
моя тележка

Amaril 2 mq N30 tablet

Код продукта : 111-06071
İstehsalçı ölkə: Italiya
нравиться

Распроданный

Дайте мне знать, когда он прибудет
Добавить в список Рекомендовать Комментарий Оповещение о цене

AMARİL, 2 mq, 3 mq, 4 mq tabletlər

Amaril tərkibi

 Amaril  2 mq  Təsiredici maddə:        1 tabletin tərkibində 2 mq qlimepirid vardır. Köməkedici maddələr: laktoza monohidrat, natrium nişasta qlikolyatı (tip A), povidon 25000  (E1201), monokristallik sellüloza (E460), maqnezium stearat (E470), sarı  dəmir oksidi boya maddəsi (E172), indiqokarmin alüminium lakı (E132).  Amaril  3 mq  Təsiredici maddə:        1 tabletin tərkibində 3 mq qlimepirid vardır. Köməkedici maddələr: laktoza monohidrat, natrium nişasta qlikolyatı (tip A), povidon 25000  (E1201), monokristallik selüloza (E460), maqnezium stearat (E470), sarı  dəmir oksidi boya maddəsi (E172), indiqokarmin alüminium lakı (E132).  Amaril  4 mq  Təsiredici maddə:        1 tabletin tərkibində 4 mq qlimepirid vardır. Köməkedici maddələr: laktoza monohidrat, natrium nişasta qlikolyatı (tip A), povidon 25000  (E1201), monokristallik selüloza (E460), maqnezium stearat (E470), sarı  dəmir oksidi boya  maddəsi (E172), indiqokarmin alüminium lakı (E132). 

İstifadəsinə göstərişlər:

 2-ci tip şəkərli diabet, yalnız pəhriz, fiziki məşğələlər və ya bədən çəkisinin azaldılması vasitəsi ilə müvafiq nəzarətin təmin olunması mümkün olmadığı halda.

 Əks göstərişlər:

 Qlimepirid aşağıda sadalanan hallarda istifadə edilməməlidir: Qlimepiridə və ya preparatın hər hansı bir köməkçi maddəsinə, digər sulfonil sidik cövhəri törəmələrinə və ya  digər sulfanilamid preparatlarına qarşı yüksək həssaslıq (hiperhəssaslıq reaksiyalarının inkişafı riski); 1-ci tip şəkərli diabet; Diabetik koma; Ketoasidoz; Qaraciyər funksiyasının ağır pozulmaları; Böyrək funksiyasının ağır pozulmaları (həmçinin, hemodializdə olan xəstələr);  Hamiləlik və laktasiya dövrü.  

Hamiləlik və laktasiya dövründə istifadəsi:

  Qlimepiridin hamilə qadınlarda istifadəsi əks göstərişdir.  Hamiləliyin planlaşdırılması zamanı və ya hamiləlik zamanı qadın insulin ilə müalicəyə keçirilir.  Qlimepiridin ana südünə nüfuz etdiyi məlum deyil. Siçovullarda qlimepirid ana südünə nüfuz edir. Digər sulfonil sidik cövhəri törəmələri ana südünə nüfuz etdiyi üçün və südəmər uşaqlarda hipoqlikemiyanın inkişafı riski mövcud olduğu üçün, qlimepiridin laktasiya dövründə olan qadınlara təyini tövsiyə edilmir

Amaril istifadə qaydası, dozası

 Peroral qəbul üçün nəzərdə tutulmuşdur. Diabetin uğurlu müalicəsinin əsası müvafiq pəhriz, müntəzəm fiziki məşğələlər və, həmçinin, qan və sidik göstəricilərinin müntəzəm nəzarəti. Qidalanma rejiminə dair tövsiyələrə riayət edilməməsi medikamentoz üsul ilə kompensasiya oluna bilməz.  Başlanğıc doza və dozanın seçimi  Qlimepiridin dozası qlükozanın qanda və sidikdə səviyyəsinə əsasən müəyyən edilir.  Başlanğıc doza - 1 mq gündə 1 dəfə təşkil edir. Göstərilən dozanın istifadəsi zamanı metabolik nəzarət əldə edildiyi halda, həmin doza saxlayıcı müalicə zamanı istifadə edilməlidir. Ehtiyac olduğu halda gündəlik doza tədricən (1-2 həftəlik fasilə ilə) artırıla bilər. Dozanın artırılması qanda qlükozanın səviyyəsinə nəzarət altında aşağıda qeyd olunan qaydada olunmalıdır: 1 mq – 2 mq – 3 mq – 4 mq. Gündə 4 mq-dan yüksək olan dozanın istifadəsi zamanı yalnız istisna hallarında daha yaxşı nəticələr əldə etmək olar. Maksimal tövsiyə edilən gündəlik doza 6 mq təşkil edir.  Amaril preparatının qəbul vaxtı və gündəlik dozanın paylanması pasiyentin həyat tərzindən asılı olaraq həkim tərəfindən təyin edilir.  Adətən gün ərzində Amaril preparatının birdəfəli qəbulu kifayətdir.  Birdəfəli gündəlik dozanın birbaşa səhər yeməyindən əvvəl və ya səhər yeməyi zamanı və ya, gündəlik doza qəbul olunmadığı halda, birbaşa əsas qida qəbulundan əvvəl və ya əsas qida qəbulu zamanı qəbul edilməsi tövsiyə olunur. Preparatın qəbulunun ötürülməsi növbəti daha yüksək dozanın qəbulu ilə aradan qaldırılmamalıdır. Tabletlər çeynənilmədən, kifayət qədər miqdarda su ilə (təxminən 0,5 stəkan) qəbul edilir. Amaril preparatının qəbulundan sonra qida qəbulunun ötürülməməsi çox zəruridir. Pasiyentdə gündə 1 mq dozada qəbul edilən qlimepiridə qarşı hipoqlikemik reaksiya inkişaf edirsə, bu o deməkdir ki, şəkərli diabetə yalnız pəhrizə riayət edilmə yolu ilə nəzarət oluna bilər. Metabolik nəzarətin yaxşılaşması insulinə qarşı həssaslığın yüksəlməsi ilə bağlı olduğu üçün müalicə gedişində qlimepiridə olan tələbat azala bilər. Hipoqlikemiya inkişafının qarşısını almaq üçün Amaril preparatının dozası vaxtında azalmalıdır və ya preparatın qəbulu dayandırılmalıdır.  Qlimepirid dozasının tənzimlənməsi, həmçinin, pasiyentin bədən çəkisi və ya həyat tərzi dəyişdiyi və ya hipo-və hiperqlikemiyanın inkişafı riskini yüksəldən digər faktorlar təsir etdiyi hallarda  tələb oluna bilər.  Pasiyentin digər peroral hipoqlikemik preparatın qəbulundan qlimepiridin qəbuluna keçirilməsi Qlimepirid və digər peroral hipoqlikemik preparatların dozaları arasında dəqiq nisbət mövcud deyil. Həmin preparatların qəbulundan qlimepiridin qəbuluna keçirilməsi zamanı qlimepiridin başlanğı gündəlik dozası 1 mq təşkil etməlidir (hətta qlimepiridin qəbuluna digər peroral hipoqlikemik preparatın maksimal dozasının qəbulundan keçirildiyi halda). Qlimepiridin dozasının artırılması yuxarıda göstərilən tövsiyələrə əsasən qlimepiridə qarşı cavab reaksiyası nəzərə alınaraq tədricən aparılmalıdır. Əvvəl qəbul edilən hipoqlikemik vasitənin dozası və effektinin müddəti nəzərə alınmalıdır. Bəzi hallarda, xüsusilə də yüksək yarımxaricolma dövrünə malik olan hipoqlikemik preparatların (məsələn, xlorpropamidin) qəbulu zamanı hipoqlikemiyanın inkişafı riskini yüksəldən additiv effektin qarşısını almaq məqsədi ilə müalicənin müvəqqəti (bir neçə gün müddətində) dayandırılması tələb oluna bilər. Pasiyentin insulinin qəbulundan qlimepiridin qəbuluna keçirilməsi İstisna hallarda, 2-ci tip şəkərli diabetli pasiyentlər insulin ilə müalicə aldığı halda, xəstəliyin kompensasiyası və mədəaltı vəzinin beta-hüceyrələrinin funksiyasının saxlanıldığı zaman pasiyentlərin qlimepirid ilə müalicəyə keçirilməsi tövsiyə oluna bilər. Pasiyentin qlimepirid ilə müalicəyə keçirilməsi preparatın minimal dozası (1 mq) ilə başlanılmalı və həkimin ciddi nəzarəti altında aparılmalıdır.  Böyrək və qaraciyər çatışmazlığı ilə pasiyentlərdə istifadəsi   Preparatın böyrək və qaraciyər çatışmazlığı ilə pasiyentlərdə istifadəsində dair məlumat məhduddur (Əks göstərişlər bölməsinə bax).  Uşaqlar və yeniyetmələr Qlimepiridin 8 yaşdan aşağı pasiyentlərdə istifadəsinə dair məlumat mövcud deyil. 8-17 yaşlı uşaqlarda qlimepiridin monoterapiyada istifadəsinə dair məhdud məlumatlar mövcuddur (Farmakokinetika və Farmakodinamika bölmələrinə bax). Effektivliyə və təhlükəsizliyə dair əldə olan məlumatlar qlimepiridin pediatrik təcrübədə istifadəsi üçün kifayət deyil, bu səbəbdən qlimepiridin uşaqlarda istiadəsi tövsiyə edilmir. Amaril dərman preparatının növbəti dozasını qəbul etməyə unutduğunuz halda ötürülən dozanın bərpası məqsədi ilə  ikiqat dozanı qəbul etməyin.  Amaril preparatı ilə müalicənin dayandırılması Müalicəni dayandırdığınız halda siz bilməlisiz ki, qanda şəkər səviyyəsinin azalmasının arzu olunan effekti əldə edilməyəcək və xəstəlik daha da ağırlaşacaq.  Amaril preparatının qəbulunun dayandırılmasına dair qərar yalnız həkim tərəfdən verilir. 

Prepared by  T-Soft E-Commerce.